Buradasınız Əsas » Xəbər » Fəxri prezident yaxın günlərdə Bakıya gəlib, burada qərar verəcək
  • Bookmark and Share

Fəxri prezident yaxın günlərdə Bakıya gəlib, burada qərar verəcək 

Televizor xarab

“Baş məşqçi təyinatının gecikməsinin səbəbi haqda məlumatım yoxdu. Bunun Mustafa Dənizli ilə bağlı olub-olmadığını bilmirəm”. Verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun tezliklə Bakıya gələrək, baş məşqçi məsələsinə nöqtə qoyacağını bəyan edib: “Klubumuzun fəxri prezidenti Mübariz Mənsimov tezliklə Bakıya gələcək. O, burada digər klub rəsmiləri ilə görüşəcək. Baş məşqçi məsələsi də həmin görüş zamanı həll olunacaq. Mübariz bəyin səfərinin dəqiq tarixi hələ bəlli deyil. O, Bakıya ya bu ayın sonu, ya da iyunun ilk günlərində gələcək”.

Mənbə: Futbolxeber.az 

22 Şərh yazıya: Fəxri prezident yaxın günlərdə Bakıya gəlib, burada qərar verəcək

  1. Mubariz

    Axsaminiz xeyir.Men son zamanlar serhleri oxuyaraq Rednik haqqinda yazilarin ifrat derecede oldugunu gorurem.Bezisi Lenkeranda Rednike abide ucaldilmasini teklif edir.Gelin Rednikin hansi kulublarda ne qeder islediyine baxaq.Niye Belcika kimi bir futbolu bizden ferqli inkisaf etmis olkede Rednike komanda tapilmir?Rednik oz musahibesinde azerbaycandan gelen teklifin maliyyesinin cox olduguna gore ‘Mexelen”kimi tarixi olan bir komandaya yox cavabi verdim deyir.Eger o’Xezer”-i ve Lenkeranlilari sevse idi bu sozleri isletmezdi.O da M.Soza kimi soz xatirine pulsuz islemeyini qeyd ederdi.Gelin Redniki o qeder de goylere qaldirmayaq.Bir de azarkeslerin demek isteyirem ki, ‘Masalli’ komandasini ‘Xezer’-e lazim olmayan oyuncularla quran Fazil Esedovu yaddan cixarmayaq.Esedov evezedicilerde olarken guclu komanda qurmusdu.Esitdiyime gore Mircavadovun gosterisi ile komandadan uzaqlasdirildi.Ozumuzkuler olsun deyen qardaslara demek isteyirem ki, Rednikdense Esedovu teleb etmek lazimdir.Xezer Rednikin adini cekmemisdan hec bir komanda onu istemirdi,ele ki onun adi tutuldu butun dunyadan ona elci dusduylerini bildirmeye basladi.Bundan bele neticeye gelmek olur ki,pulu coxaltmaq ucun yalanlara el atmaga basladi.Yalanci adamdan yaxsi is gozlemek sadelovlukdur.Menim fikrim budur ki,bir seyden cox yazanda iyrenc olur.Stadiona da kim Xezer-i urekden sevirse udub ,uduzmagina baxmayaraq gelecek.Kemiyyetin cox olmasindansa ,keyfiyyetin yaxsi olmas daha yaxsidir.
    *****
    Mübariz bəy, fikrinizə hörmətlə yanaşaraq onu bildirmək istəyirik ki, əsl mütəxəssis əlbəttə hər şeyi düşünməlidir. O bizə borclu deyil ki, gəlib havayı işləsin. İndi qardaş, qardaşa havayı işləmir. Deyirsiniz ki, Belçikadan təklif yoxdur! “Mexelen” məgər Belçikanın deyil? Bir də onu deyək ki, Bədxah rəhbərlər hər yerdə var. “Standard” Lyoj tərəfdarları Rednikin getməsinə görə komandanın prezidenti Duşeleti quşbeyin adlandırmışdılar. Onun maşınının önünü kəsib uzun müddət iş yerinə buraxmaq istəmirdilər. Bu hadisələr Avropa futbol tarixində nadir rast gələn şeylərdir.
    Qaldı Fazil bəyə biz onun əməyini və istedadını daim qiymətləndirmişik və bu yolda həmişə Fazil bəyə dəstək olmuşuq. Bunu Fazil bəydən soruşsaz daha yaxşı olar.

     
  2. Qabil

    Axşamınız xeyirli olsun, Doktor! Baş məşqçi təyinatında olan gecikmə acı bağırsaq kimi uzandıqca istər-istəməz adamda şübhələr yaranır və çoxlu suallar doğur.
    Görəsən baş məşqçi seçimində həlledici sözün və klubun sahibi bu dəfə hansı namizədə güvənəcək? Baş məşqçi seçiminin bu qədər lazımsız gecikməsinə lüzum varmı? Rəhbərliyin seçimində növbəti dəfə yanlışlığa yol verilməz ki? Axı bundan əvvəlkititullu və şöhrətli iki baş məşqçinin heç biri “Xəzər Lənkəran”ı ağ günə çıxara bilmədi. Bura gecikmiş transfer çalışmalarını da əlavə etsək, yenə yanlışlığa yol verilə bilər. Göz gördüyündən qorxar deyiblər təki, bu dəfə seçim yanlış olmasın.
    *****
    Salam, Qabil bəy! Biz işimizi görmüşük və yalnız gözləmək qalır.

     
  3. TELMAN

    SALAM DOKTOR INSALLAH MUBARIZ BEYIN GELISI PROBLEMLERIN HELLINE NOGTE GOYAR.

    GELIR FEXRI PREZIDENT,
    FIRTINA GOPACGDIR.
    XEZERDE BAS MESGCIMIZ
    MIRCAMIZ OLACAGDIR.
    *****
    Salam, Telman bəy! Biz işimizi görmüşük və yalnız gözləmək qalır.

     
  4. MALIK

    Deyilene gore Fexri prezident Agaselim mircavadovla gorusecek bir versiyada var ki komandanin postuna Mahmud Qurbanov gelsin…

     
  5. Mubariz

    Salam.Men oz serhimde Rednikin havayi gelib islemesini yazmamisam.Yazini diqqetle oxusuz gorersiz.Men yazmisam ki’soz xatirine olsa da’.Nece Soza deyib.Ikinci neye gore ancaq Rednike qanunsuzluq edirler?Biz ne qeder onu ilahilesdirsek ozumuzu gulus merkezine cevirmisolariq.Ona gore ki,mesqcilerne vaxtsa ugursuzluga ducar olub komandadan qovulurlar.’Mexelen’-ene de ozunun dediyine inansaq maliyeye gore yox deyib.
    *****
    Mübariz bəy, siz futboldan xəbəri olan adam kimi bilirsiniz ki, yüksək maliyyə nə deməkdir. Az maliyyə ilə qurulan komanda hər hansı məşqçinin nüfuzunu aşağı salar. Təbii ki, məşqçisinə az ödəniş verən komandanın heyətə ayırdığı pul nə olar ki?! Rednik də Avropa futboluna bələd olan bir mütəxəssis kimi bilir söhbət nədən gedir. Azərbaycanda ilinə 20 milyon ayrılan komandanı bir təhər ayaq üstə saxlamaq olur. Bu 20 milyonun da səfər, yemək, otel, təlim-məşq, digər işçilərin maaşı, viza və sair xərclərini çıxsaq, futbolçu heyətinə 6-9 milyon dollar vəsait düşür. Bu da avro (euro) ilə ölçsək 5-7 milyon edir.
    Amma Avropada ortabab və stabil klub saxlamaq üçün illik, ortalama xərci 50 milyon avro təşkil edən bir maliyyə lazımdır. Hansı ki, stabil qitə turnirlərinin qrupuna düşsün və bir az da bacarsa irəli getsin. Bunu biz dərindən araşdırmışıq və kifayət qədər ciddi Avropa futbol institutlarının rəqəmlərini sizə təqdim etdik.
    İndi Toşakın, Denizlinin uğursuzluğunun səbəbi aydın olur, yəqin ki. Amma burda daha başqa forma tətbiq oluna da bilər. Futbolçularla hansısa məbləğdə müqavilə bağlamadan, onları icarə əsasında komandaya cəlb etmək. Belədə 1,5-2 milyonluq futbolçuya 150-200 min illik (ancaq maaş hissəsi) xərc çəkib komandanda oynada bilərsən. Gəlin görək bunu ya Toşak ya Denizli ya da Yunis bacarardımı? Bunun üçün çevik futbol həyatında olmalısan. Bunu Rednik əlaqələri vasitəsi ilə bacarırdı. Biz isə ona sağ ol! Demək əvəzinə ağzımızı göyçək formaya salıb, Rednik 30-40 legioner gətirirdi kimi kütbeyin ittihamlarla şərləyirdik.
    Sənin üçün qollarını çırmalayıb, heçdən iş görənə beləmi qiymət verərlər. Sağ ol! Demək əvəzinə zavallıya böhtanmı atarlar? Budurmu haqqsevərliyimiz? İndi Rednik məsələsinin pul tərəfi bu cürdür. Qaldı ilahiləşdirmək məsələsinə! Xahiş edərdim bu barədə bir az ehtiyatlı danışaq! Allah təkdir ona şərik qoşan Allahsızdır, kafirdir ki, biz bu barədə qəti insanlarıq. Amma o, tək Allahın buyurduğu kimi insanlar arasında əqidəsinə, ruhi sağlamlığına (şeytana uyma dərəcəsinə), əməyinə görə fərq qoyulub qiymətləndirilməlidir ki, biz də bu qiymətləndirmə baxımından mütəxəssislərə fərq qoymuşuq!
    Sizdən incimirik, səhv başa düşənlər var deyə beləcə izah etdik! Bəlkə də sizə sağ ol! düşür ki, bəzi mətləblər də açılmış oldu!

     
  6. zaman

    Bəylər,hər halda bu vəziyyətdə Xəzəri normala qaytaracaq tək məşqçi Rednikdi,bunu danmaq olmaz

     
  7. Zəfər Lerikli

    Butun şərh yazanlarin fikirlərinə hörmətlə yanaşiram.Və şərh yazmağada xəsislik eləmirəm.Mən M.Dənizliyə vaxt vermək lazim olduğunu deyəndə onun səmimiliyinə inanirdim.Zaman keçdikcə M.Dənizli azarkeşlərə sayqi və hörmətlə yanaşmaği duşunməyərək, tikinti meydanlarimizda muhəndislik edən tipik turk mövqeyindən çixiş etməyə başladi.Turk işçilərinə yuksək əmək haqqi və çətin işlərdə azərilərin işləyib amma az əmək haqqi ilə təmin olunmasi kimi hallari nəzərdə tutaraq “bizə yuxaridan baxdi”.Bu kimi hallar “Xəzər lənkəran”da da baş verərdi.Amma alinmadi. Yenə ruslar insafli idi.M.Dənizlinin vaxtinin çatmağini deyəndə məni qinadilar.Qinadilar ki,ikili mövqe tuturam.Əslində belə deyil.Təbiətdə hər şey nisbidir.Qarda ağ rəngli dovşan görunmədiyi halda, ağac koğuşunda asanliqla görunur.

    Mən dəfələrlə qeyd etmişəm və yenə deyirəm: Biz Rednikin qara gözunə vurulmamişiq.Lakin ona olan haqsizliqlarida yaddan çixartmamişiq.Redniki camiyyə olaraq haqqin yerinə duşməsi uçun istəyirik.İstəyirik ki onada Toşak kimi M,Dənizli kimi şərait yaradilsin.Əgər Rednikdə atin su içməməyindən ,uşaq səhflərindən danişacaqsa elə onunda hansi aqibəti gğzlədiyini yəqin bilirsiniz.Rednikin qaytarilmasi azarkeşlərin naraziliqlari əsasinda haqqin qalibiyyəti kimi başa duşulməlidir.Başqa heç nə.Azarkeş olaraq haqqi mudafiə edərik və nahaqqa boyun əymərik. Nə Redniki dağin başina qaldirmamişiq nə də onu endirməmişik.Bunu subut etmək uçun Redniki istəyirik.Haqsizliq edilməsə və nəticə olmasa ilk mənim tənqid hədəfim –Rednik olar.Onda da məni qinayarsiniz, yəqin.Çunki həyatda real olan insandir.Lakin zamanca əməlləridə nisbi xarakterli olur.Əlbətdə bu nisbilik kamandada bəlli nişanələrlə bilinərsə,onda fikirlərində nisbiliyini sadəcə anlamaq qalir.Nə Rednik var, nə də..nisbilik!

     
  8. MALIK

    REDNIKE abide ucaltmag fikrini men ilk defe yazmisam hetta oz mehlemizi onun adina olmaginida men istemisem.. Bu menim sexsi fikrimdir.. Hec kime dexli yoxdur.. Mubariz bey- Rednik pis olsaydi butun Lenkeran Onu sevmezdi.MIRHAFIZ-bey profisional futbolun ne oldugunu yuxarida yazib… Mende ondan futbola aid cox seyleri oyrenmisem…

     
  9. Mubariz

    Axsaminiz xeyir doktor.Deyesen diskusiyamiz oz axarina dusmeye baslayir.Serh yazan azarkeslerden de xahis edirem diskusiyaya qosulsunlar.Beli men sizi cox yaxsi basa dusurem.Estafurullah ilahilesdirmek deyende Redniki allaha serik qosmaq fikrinde deyilem.Bir insan hami ucun yaxsi ola bilmez,ve sehfsiz de ola bilmez.Menim bunlari yazmaqda meqsedim Rednike vaxtile ‘istefa’ qisqiranlar da emellerin danib terif yagdirirlar.Indi bezi terif edenler /allah elemesin/iki ay komanda Rednikin rehberliyi altinda ugursuz cixis ederse tehqirler bir-birini evez edecek.Ona gore de gelsin, sonra ona qiymet verek.Yoxsa indiden terif etmek,umud baglamaq duzgun deyil.Men ‘Xezer’-e hansi mesqci gelse ona destek verecem,serh yazsam da onu destekliyecem.Doktor kim arasdirib ki Rednik islediyi komandalarda niye uzun omurlu olmur,o insanin sehfleri nedir.Bir basa hami sablon sozlerle terif yagdirir.Tosak,Mustafa gelende de biz bele terif yagdirmisiq sonra gormusuk ki, onlarda da alinmayib.Indiden xahis edirem allah elemesin ugursuzluq olarsa tehqir etmeyek.
    *****
    Axşamınız xeyir, Mübariz bəy! Çox düzgün vurğulamısınız. Belələri var və hazırda da siz deyən kimi oyun oynayırlar. Biz bunlara indidən hazır olmalıyıq, yalnız “Xəzər Lənkəran” sevgisi naminə. Fikrinizin ikinci hissəsinə aid onu deyə bilərəm ki, Rednikin komandamıza ilk gəldiyi gündə elə ilk məşqində onu yaxından izləmişəm, Zabrat qəsəbə stadionunda. Onunla “Xəzər Lənkəran” formasında da ilk fotoşəkil mənə məxsusdur. İkimizin şəklini isə Elvar bəy həmin günü çəkib. O vaxta qədər başqa komandaların formasında təqdim olunurdu. Mən çəkdiyim şəkil isə uzun müddət mətbuatda yer aldı. Bütün bunları ona görə yada saldım ki, həmin gündən, aradakı mübarizələr və onun ilk cəhddə geri qaytardığımız da daxil ta bu günə qədər, Avropadakı bütün addımlarını şəxsən özüm izləyib, nəzarətdə saxlamışam deyə hər hansı məqam maraqlıdırsa, deyə bilərəm. Üstəlik, “Bosman”ın təsisçilərindən biri olan hal hazırda Polşada yaşayan İdrak Muradov da onunla bir neçə dəfə görüşüb ki, bunu da yəqin mətbuatdan bilirsiniz. Rednik haqda hər hansı sualınızı cavablandıra bilərəm.
    Qaldı digər mütəxəssislərin, yəni Toşakın və Denizlinin təriflənməsinə, buna heç kimin şübhəsi olmasın. Sadəcə onların dahi mütəxəssis kimi fəaliyyətinə şərait yaratmadılar. Bunu son münasibətlərdə xırdalığına qədər incələmişik. Sözümüz faktlarla sübuta yetər. Saytımızı izləyənlər bunun canlı şahidləridirlər.

     
  10. Mubariz

    Malik bey axsaminiz xeyir.Men Rednikin elehdari deyilem.Menim demek istediyim on il erzinde nece sevile-sevile gelib,soyusle gonderdiyimiz mesqilerimiz olub.gelin indiden bu qeder terif etmeyek ki,yola salanda vicdan ezabi cekmeyek.Qaldi ki abide meselesine.Abide qoyulmali oglanlarimiz yeterincedir.Azerbaycanin cox generallari eslen Lenkeranlidirlar.Fikret Memmedov,Hezi Aslanov,Zaur Rzayev,Altay Mehdiyev,Eldar Ehmedov ve s.

     
  11. Mubariz

    Axsaminiz xeyir.Demek oler ki,iki aydir eyni sey haqqinda munasibet bildiririk.Mence daha rednikin gelisi oz tesdiqini taoib.Bundan sonra bizim ozumuzun Rednike nece destek olmaq haqqinda diskusiya aparaq.Ser demesen xeyir gelmez.komandatesaduf meglub olanda azarkes ne etmelidir,oyuncularimizdan her hansi birinin sehf ederken nece ruhlandirmaq lazimdir.Komandani teze suarlarla ruhlandirmaq lazimdir. Oyun zamani teze marsi ezberden oxumaq.Kimin ne fikri varsa bildirsin.
    *****
    Mübariz bəy, bir məqamı da yada salsaq yaxşı olar. Azarkeşlərin əksəriyyəti tükü-tükdən seçə bilir. Əzəli rəqibə 5:0 uduzdurulan oyunda Redniki heç kim istefaya çağırmamışdı. Çünki işin mahiyyətindən çoxu xəbərdar idi.

     
  12. TELMAN

    SALAM MEN MIRCANI SEVEN AZERKESLERDEN BIRYEM.HEC VAXT ONU YAXINDAN GORMRMISEM CUNKI BURALARDA OLMAMISAM.OYUNLARI ISE YALNIZ INTERNET VASITESIYLE IZLEMISEM. BU ADAM TERIFE LAYIGDIR.MEN BACARDIGIM GEDER SERHLERIMDE ONU TERIFLEYIREM. BUNA ESASIM DA VAR.COXSAYLI AZERKESLERININ SEVGISINI UGURLA GAZANMAG OLUR KI, ONUDA MIRCA GAZANIB.

    MIRCAYA MEN BU GUNDEN, VERDIM GARTAL ADINI,
    XEZERI YUKSELTMEYE, ACACAG GANADINI.
    GORUYACAG XEZERI, OZ GOLU GANADIYLA,
    LAZIM OLA ZIRVEYE, DARTACAG CIYNAGIYLA.

    MEGRUR DOYUSKEN OLUB, EN SURETLI UCANDIR,
    SIKARINI YERDE YOX, HAVADACA TUTANDIR.
    SECSEK EGER GARTALI, AFFA DUSER TESVISE,
    CUNKI DOYUSKENLIYI, GOL ATMIR SAXTA ISE.

    BIRE DUSUB AFFAnin, GARA YAGLI KURKUNE
    CUNKI GARTAL UCUSU, GOZLENILIR BU GUNE.
    DESTEK OLAG GARTALA, ONA VAR INAMIMIZ,
    GARTAL GARGA SAVASIN, GORMELIYIK HAMIMIZ.

     
    • Zəfər Lerikli

      Salam Telman bəy!

      Kamanda tapmasa oyunda inam,
      Mirçani mən tənqid edərəm inan.

       
  13. MALIK

    Biz oz qehramanlarimizi cox sevirik ve onlarla fexr edirik.Mirca Rednikde futbol aleminde bizim ucun qehramana cevrilib.. Lenkeranda Hezi Aslanov adina kuce var Fikred Memmedovunda yasadigi mehlede balacada olsa abidesi olmalidir,

     
  14. MALIK

    Mubariz-bey mence Rednik yegane mesqcidir ki soyulub yola salinmayib oz isteyi ile komandadan ayrilib… Birde Lenkeranli generallarimizin adina kuce olmasi meselesi bize yox, dovlet qurumlarina aiddir, movzu futbol oldugundan men simvolik olaraq mehlemizin adini onun adina olmasini demisem… Onu da deyim ki, Ağaselim Mircavadova Lenkeranin fexri vetendasi vermisdiler…

     
  15. Zəfər Lerikli

    Gəlin etiraf edək ki, Rednikə nə Toşak kimi ,nə də M.Dənizli kimi şərait yaradilmadi.İkincisi odur ki ,bu məşqçilər özlərini sevdirə bilmədilər.Azarkeşlərlə unsiyyət yaratmaği heç ağillarina gətirmədilər.Hər gun muxtəlif səpkidə gedən yazilar gundəmi zəbt etdi və azarkeşlərdə çaşqinliq kimi hisslər yarandi.Amma bu məşqçilər bir dəfədə olsun azarkeşlərlə munasibət qura bilmədilər.Mətbuatin yazilarina reaksiya vermədilər və başlica olaraq sevilmədilər.Yalan uzərindən qurulan transfer xəbərlərinə nə klubdan, nədə baş məşqçilərdən cavab gəlmədi.Gətirilən səviyyəsiz oyunçulari öz adlarina yazan məşqçilərin mətbuat konfranslari azarkeşləri özundən çixartdi.Buda başaduşulən sayilmalidir.Son zamanlara qədər artiq bu məşqçilərə inam qalmadiğindan, onlarin işləməyidə real görunmurdu.

    Lakin Rednik məsələsi tamam başqa cur alinmişdi.Buna görə azarkeş Redniki tələb edir.Bir neçə ildən sonra kim M.Dənizlini və ya Toşaki tələb edər?.Bu real görunurmu?.

     
  16. TELMAN

    SALAM ZEFER GARDAS.MEN UZUN MUDDET RUSIYYADA YASAMISAM.REDNIKI HEC GORMEMISEM.AMMA SEVGISI GELBIMDE VAR. NETICESIDE BELLIDIR.MEN INANMIRAM KI,ONUN BASCILIGI ILE KOMANDAMIZ TENGIDE MERUZ GALSIN. INDI LENKERANDAYAM COX ISTERDIM KI,MESGCIMIZ O OLSUN.DEYIRSEN KI KOMANDA OYUNDA TAPMASA INAM REDNIKI TENGID EDERSEN.TENGID NETICE CIXARTMAG UCUNDUR.YADINDADIRSA MUSTAFAYA NEGEDER TENGID YAZDIGSA NETICE CIXARTMADI.

    GARTAL VERMIYECEK TENGIDE ESAS
    GUCLU GORMEYI VAR, OZUDE HESSAS.
    BENZEMIR TOSAKA, NE MUSTAFAYA,
    HAZIRDIR REGIBLE HER CUR DAVAYA.

     
    • Zəfər Lerikli

      Rednik 5:0 uduzdurulandada azarkeşlərə tərəf gələrək yenə bizləri alqişladi.Həmin oyunu canli izləmişəm.Azərkeşlərimiz nələrin baş verdiyini anlamaqda çətinlik çəkirdilər.Bununla belə yenə ayiq azarkeşlər var idi.Hadisələrin nədən qaynaqlandiğini o haydi-haydi da anlatmağa çalişirdilar.Redniki yaxindan görmuşəm amma söhbət etmək uçun imkan olmayib.İnşallah siz onunla söhbət edəndən sonra yenə şer yazarsiniz.Amma bu dəfə daha həvəslə, daha urəklə.
      *****
      Zəfər bəy, bu dəqiqə çox təsirli bir filmə baxırdım, həyat və mənəviyyat çalarları ilə zəngin bir filmə. Baxıb qurtardım. Lakin təsiri keçməmiş, dərhal sayta baxıb sizin bu şərhinizi gördüm və bu dediyiniz səhnə, baxdığım filmi mənə unutdurdu…

       
  17. R.S

    Xəzərin oynuna Rednikin ilk dəfə komandanı oyuna çıxardığı Lənkaranda olan Qəbələ ilə oyunda ,və sonuncu oyunu olan İnterlə oyunlar olub .ikisi də 1-0 hesabı ilk oyun qələbə ,sonuncu oyun məğlubiyyətlə …
    Artıq Rednikin adını eşidənlər yaman fəaliyyətə başlayıblar .Ramin Musayev lənkaranlılarla dost olduğunu deyir . özünə öxşayan dostların ifşa etmək lazımdır .Babək Quliyev dedi amma ad çəkmədi .Amma çox nahaq demək lazımdır.belə insanları qorumaq lazım deyil .

     
  18. Mubariz

    Salam.Sizlerin cavabi ancaq eyni sozler oldu.Menim fikrim o idi ki,here oz fikrini deyecek amma gorurem fikirler bir-birinin tekraridir.Doktor bizde yene sovet psixologiyasi davam edir.Saytin rehberi ne dese men de terefdariyam.Zemane heqiqeti gosterecek.
    *****
    Salam! Mübariz qardaş biz heç kimi yönləndirmirik, hər kəs öz fikrini ifadə edir. Ümumiyyətlə saytımızın kifayət qədər izləyicisi var. Nədənsə hər 30-40 nəfərdən biri şərh yazır. Bu işlərdə azarkeşlərimiz bir az da fəal olsalar ümumi fikir daha qabarıq halda ortaya çıxa bilər. Sanki komandamızdakı son durum azarkeşləri üzüb.

     
  19. Zəfər Lerikli

    Mubariz bəy salam!Sizin fikirlərinizə hörmətlə yanaşiram.Şəxsən mənə qalarsa, fikirlərimi həmişə izah edirəm və onuda bildirmək istəyirəm ki, beynimə oturmayan heç bir fikir mənim mövqeyimi dəyişə bilməz.Bəzən qaranliq məqamlardan baş çixartmayanda onda saytdan faydalaniram.Saytinda fəaliyyətini danmaq olmaz.Rednik məsələsinədə dəfələrlə toxunmuşam.Yenə deyirəm.:Rednikin qara gözunə vurulmamişam.Ədalətin bərpasina nail olmaq istəyirəm.Azarkeş kimi özumə hörmət qoyulmasini istəyirəm.Məgər daha nə yazmaliyam ki…Rednikdə uğur qazana bilməsə onuda tənqid edərəm.Daha nə yazim axi….fikir muxtəlifliyi olsun?

     
  20. Mubariz

    Axsaminiz xeyir.Doktor sizin kimise yoneltmeyiniz menim hec aglimdan kecmirdi.Menim demeyim odur ki,fikir muxtelifliyi olsa daha maraqli olar.Ozude her kesden bunu gozlemirem.Bele Zefer kimi yazanlardan fikir muxtelifliyi gozleyirem.Butun yazilara da hormetle yanasiram.Men demek isteyirem ki,Redniki cox teriflemekle gelecekde onun ozune problem yaradar.Bezi sebirsiz azarkesler ilk oyundan cempionluq isteyecekler.Alinmasa vay siven onda qopacaq.Bir de doktor hec bir azarkes uzulmesin.Bu ugursuzluq tebii seydir ve her bir komandaduse bilir.Meselen;Milan,Inter,M.Yunayted ve s.Gelin bele tebligat aparaq ki,bedbinlikden cixaq.Sag olun.
    *****
    Salam, Mübariz bəy! Gərək azarkeşlər fikir bildirə. Biz də buna tərəfdar olduğumuzu vurğulamışıq. Sizin o, fikrinizlə də razıyam ki, belə vəziyyət bütün komandalarda ola bilən şeydir. Bu futboldur, bu həyatdır. Zatən mövsüm boyu da heç kim inkar edə bilməz ki, biz buna çalışmamışıq. Amma indi qərar vermək üçün əsl dönəmdir. Qarçıdakı vaxt ərzində lap sıfırdan bir komanda qurmaq olar. Gələn mövsümə qədər heç bir turnirdə də yoxuq ki, nədənsə çəkinək. Doğru və köklü qərarlar qəbul etmək üçün belə bir şans həmişə ələ düşən deyil. Yəqin bununla razılaşarsız. Bizim də istədiyimiz az-az düşən belə məqamın klub başbilənləri tərəfindən tam dəyərləndirmək istəyimizdir.

     

Şərh əlavə et


bir + 5 =