Buradasınız Əsas » Azarkeşlər » Etibar Cəbrayıloğlu: Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu 

Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti

Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu

 

Bir həftəlik bayram tətilinin necə gəlib keçdiyindən xəbərim olmadı. Az qala Novruzun yanında xəcalətli qalacaqdım. Hamısı da bizim “Xəzər Lənkəran”ın üzündən… Bu kluba könül verən mənim kimi minlərlə azarkeşin günü belədi, nə gecəmiz var, nə gündüzümüz. İllərdi göz dolusu bayram sevinci yaşaya bilmirik.

El-oba bayram tonqalından hoppananda klubun formasını geyinən futbolçular topun üstündən ora-bura o qədər tullandılar ki, “ağ-yaşıl gəmi” irəli üzmək əvəzinə geri getməyə başladı. Neft hasilatından, qızıl istehsalından və satışından ətraflı anlayışım olmasa da, futbolu az-maz bilən adamam. Zarafat deyil, Maradonanı taxtda görmüşəm, Messini qundaxtda. Amma və lakin “Xəzər Lənkəran”da nələrin baş verdiyini başa düşə bilmirəm. Vallah-billah başa düşməyə çalışıram, hər dəfə də görürəm ki, günah məndə deyil.

Az qala Everestlə bir olan Con Benjamin Toşak klubun baş məşqçisi gətirildi, azarkeşlərə Toşak boyda dağ çəkdirib getdi. Okean boyda Dənizli gətirildi, o da belə. Cənublu fanatlar hələ ki, Dənizlidən Viləşçay qədər də xeyir görməyiblər. Türkiyədə ad-san qazanan Mustafa hoca biz tərəflərdə əl-qolunu sallayıb gəzir. Üstəlik buna görə dəstə-dəstə para da alır. Dənizli ilə dənizlər fəth etmək istəyən “Xəzər Lənkəran” meydançada gün keçirməklə məşğuldu. Klubun formasını geyinənlər stadiona futbol oynamağa deyil, sanki domino vurmağa çıxırlar. Son qarşılaşmalarda bu komandanın futbol oynadığını görməmişəm. Azarkeşlərin bu yanaşmada mənimlə həmfikir olduqlarına tam əminəm. “Xəzər Lənkəran” öz meydanında-Mübariz Mənsimovun inşa etdirdiyi “Fırtınalar meydanı”nda xalları ehsan paylayırmış kimi sağa-sola xərcləyir. Rəqiblərin xalları artdıqca “Fırtınalar meydanı”nda tamaşaçıların sayı azalır. Hamı da klub rəhbərliyindən gileylənir. Bu yanaşmada fanatlarla həmfikirəm. Bildiyim qədəri ilə elə bütün dünyada belədi, stadionda baxımlı futbol görməyən azarkeşlərin gözü tribunda klubun başbilənlərini axtarır.

“Xəzər Lənkəran”ın kursunu müəyyən edənlər azarkeşlərin tənqidi ilə razılaşmayıb bir gəmi arqument gətirə bilərlər. Deyə bilərlər ki, bizdən daha nə istəyirsiz, çörəyi çörəkçiyə vermişik. Düz də deyirlər, indi komandanı oyunlara nə Biçər, nə də Bakes çıxarır. Bir müddət əvvəl futbolçulara göstərişi Toşak verirdisə, indi bu işi Dənizli görür. İlk baxışda hər şey əladı- çörək çörəkçiyə, pul Dənizliyə verilib. Pulu kisə ilə Dənizliyə verənlər Mustafa hocanın işlərinə qarışmır, start heyət yazılan hazır siyahını baş məşqçiyə göndərmir, ona “filankəsi oyundan al, bəhmənkəsi meydana burax” mesajı yollamır. İlin-günün bu zamanında klub para sıxıntısı keçirmir, futbolçular “qa” deyəndə meyvə şirəsi alırlar, “qu” deyəndə təzə mal əti. Amma…

Lakin “Xəzər Lənkəran” bunca miskin duruma düşübsə, mübarizə əzmi dənizlərdə düşüb itibsə hər tərəfdən baxanda klub rəhbərliyi günahkar görünür. Tutaq ki, biz azarkeşlərin keçirdiyi stress, qazandığı əsəb xəstəliyi klub rəhbərliyinin heç umurunda deyil. Bəs paralar? Dənizliyə verilən, xərclənən paralar onları heçmi maraqlandırmır?

Niyə baş məşqçidən bunun hesabatı sorulmur? Bu qədər geniş heyəti olan komandada meydançaya çıxmağa 11 oyunçu tapmaq olmur. Futbolçuların yarıdan çoxu iynə vurur. Pardon, başqa şey başa düşməyin, oyunçular zədədən əziyyət çəkdiklərindən müalicə olunurlar. Axı klubun sahibi futbolçuların başına görə olmada da, ayaqlarına görə kisə-kisə pul xərcləyir. Mustafa hocadan bunun səbəbini niyə soruşan yoxdu? Dənizli ki dənizlərin o tayında, uzaqlarda deyil…

Klub rəhbərliyi Dənizlidən nə qədər tez hesab sorsa o qədər yaxşıdı. Mənim fikrimcə, bu işi azarkeşlərə buraxmaq daha böyük problemlər yarada bilər. Bu gün hər oyundan öncə tribunalarda “Mustafa!”, “Mustafa!” çağıran fanatlar nə vaxtsa “İstefa!”, “İstefa!” hayqıra bilərlər. Xalqımız onsuz da hər sözə qafiyə tapmağı çox sevir və bunun üçün bəhanə axtarır. Bunu klubun sahibləri yəqin ki, bilməmiş deyillər…

“Ədalət” qəzeti, 29 mart 2014-cü il

7 Şərh yazıya: Etibar Cəbrayıloğlu: Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu

  1. mavrib322

    Her vaxtiniz xeyirli olsun! Youtube dan maraqli bir videonu sizinle bolushmek isteyirem.https://www.youtube.com/watch?v=W53bfy4mxvc

     
  2. lovethegame

    Yaxşı yazıdır. İnanın ki, hesabatı sorsanız, elə siz azarkeşlr sorarsınız. Bəlkə bu yazı elə ilk təkan oldu?

     
  3. Qabil

    ETİBAR qardaşımı salamlayıram! Qələmin həmişə belə iti olsun. Əksər azarkeşlərin demək istədiyini demisən. Çoxları bilməsə də sadiq azarkeşlər bilir ki, həm də Siz ta qədimdən “Xəzər Lənkəran” aşiqisiz. Öpürəm Sizi!
    *****
    Topal Teymur tamaşasında döyüşçü demişkən, “Nəmə lazım, mən qarışmam!” kim-kimi öpür… (Zarafat da hərdən etməliyik. Yoxsa, bu “Xəzər Lənkəran” azarkeşliyi və iztirabı axırımıza çıxacaq).

     
  4. Zəfər Lerikli

    Lənət olsun o gunə, haqqi ayaqladilar,
    Dostunu duşmən bilib haqq yolunu azdilar,
    Dağ boyda xalqi qoyub duşmənlə dost oldular.
    Nə deyim sənə dunya!-Vəfasizsan sən yaman.
    Çörəkçiyə çörək ver, birinidə ustəlik
    Dənizliyə pulun ver, qoy olsun birdəfəlik.

    Rednik dedi el-oban, kor oldu niyə gözun?
    Bəlkə yolun azmisan,duşmənlə olub sözun.
    İnan! Bu xalq deyəcək axirda sözun duzun,
    Rednik kimi dahini tanitdiracaq zaman.
    Çörəkçiyə çörək ver, birinidə ustəlik,
    Rednikə pulun vermə, qoy olsun həmişəlik.

     
  5. Vaqif Rəşidov

    Son vaxtlar klub tərəfindən və kluba yaxın olan insanlardan Dənizlini “İstefa” deyib “ğöndərməyi” təklif edirlər.Bu aqitasiyanı 10 gün olaraq mən müşahidə edirəm…Bu hardan gəlir, şüpəsiz məlumdu…

    Yazıqlar olsun!
    *****
    Vaqif bəy, Salam! Verilişdə dediyim fikirlərdən sonra dünən klubdan mənə zəng edib deyirdilər ki, Mustafa bəyin işinə heç kim qarışmır. Həm də dedilər ki, son zamanlarda Lənkəranda da bu söhbətlər gedir. Bir növ dediklərindən belə başa düşülürdü ki, guya biz bu söz-söhbətləri yayırıq. Mən təkcə Mustafanın işinə müdaxilə barədə demişdim, onu da həmin verilişdə.
    Fikrimi də onlar üçün əsaslandırdım və mənim güclü “Xəzər Lənkəran” görməkdən başqa, heç bir marağımın olmadığını bir daha nəzərlərinə çatdırdım. Halbu ki, həm mənim, həm də fanklubun tarixində heç zaman nəsə başqa marağın olması halına rast gəlinməyib. Necə ola bilər ki, Mustafa bəy gəlişindən, ta təlim-məşq toplanışından sonrakı üç oyuna qədər taktika qura bilirdi, indi niyə qura bilmir?

     
    • Vaqif Rəşidov

      Lənkəranda kecirilən “Simurq” la oyunda mən olmamışam,ona görə ki oyunu uduzulacağını mənə səhər saatlarında “dostlar” xəbər verdilər.Bu məni çox qəzəbləndirdi və son illər ilk dəfədir ki oyuna gedməməy qərarını özümə verdim.Ona görəki “mənəbə” son oyunlar oyunun necə bitirəcəyini mənə DÜZƏ-DÜZ xəbər verirdi…Oyunun səhəri veteran futbolçularla söhbət edərkən,onlar hiddətini gizlədə bilməyib dünənki oyunda onlara klub rəsmisi tərəfindən “Niyə istefaya Denizlini çağırmısız?!?” söyləməsini mənə açdılar.Bu təklif onları cox əsəbləşdirmişdir.Sössüz ki bu klub rəsmisinin MÜƏLLİMİN icazəsi olmadan deməyə möcüzə olardı.MÜƏLLİMDƏ icazəsiz bu əmri verə bilməzdi…Deməli…

      Hər şeyi acıb tökkməyə dəyməz,KOMANDA LƏNKƏRANI TƏMSİL ELƏYİR!

      (Bu günkü oyunda proqnoz düz verilmişdi:ev sahibi,alt)
      *****
      Bəs sonra bizi niyə günahkar çıxarırlar?

       
      • Vaqif Rəşidov

        Veteran futbolcular və onların yanında oturan azarkeşlər də sözlərimi təstiq edərlər…
        İNŞALLAH görüşəndə sizə Toşakın torba əməliyyatında söhbət edərəm…

        (Çaşki bunları mən bilməyərdim,hər şeyin dadı bitib,Redniki yayda gətirsələr belə ;-).
        *****
        OOOOO?!…

         

Şərh əlavə et


səkkiz + 8 =