Buradasınız Əsas » Rəylər » Etame Mbilla: “”Neftçi”ni məğlub edəcəyik!”
  • Bookmark and Share

Etame Mbilla: “”Neftçi”ni məğlub edəcəyik!” 

Etame mbilla_1

Sabah “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” meydana qələbə qazanmaq üçün çıxacaq.

 

Bu barədə cənub klubunun hücumçusu Etame Mbilla məlumat verib:

“Oyuna ciddi hazırlaşırıq. Bu oyunda qələbə qazanmağın bizim üçün nə qədər önəmli olduğunu hər kəs anlayır. Heyətdə bəzi problemlər var, amma bu bizim oyuna o qədər də təsir etməyəcək”.

SportArena.az

5 Şərh yazıya: Etame Mbilla: “”Neftçi”ni məğlub edəcəyik!”

  1. Qabil

    Salam Müəllim! Etame Mbillanın “Neftçini məğlub edəcəyik” deməsi təqdirəlayiqdir. Amma xeyli vaxtdır ki, hər oyunqabağı verilən bu tip açıqlamalar elə söz olaraq qalır. Ümidvaram ki, komandamız söz xatirinə yox, əsl istəklə, döyüşkən ruhda meydana çıxıb öz sözünü deməlidir. Bugün mən də daxil olmaqla əksər azarkeşlərimiz komandadan yalnız döyüşkən ruh, əzmkar mübarizə gözləyir.
    *****
    Salam, Qabil bəy! Bu tip oyunlarda yüksək istək və əzmkarlıq avtomatik futbolçuların özündə yaranmalıdır məncə.

     
  2. MALIK

    Etame azerkesleri hec olmasa umudlendirib.. Azerkeslerin umudu ise coxdan qirilib.

     
  3. Zəfər Lerikli

    Əzəli rəqib dediyimiz kamandanin saytlari bizə çoxdan “informasiya muharibəsi” elan ediblər.Ən azi bir dəfə saytlarina gedib və onlarin bizim haqqinda necə neqativ rəylərinin formalaşdirdiqlarini bilmək bəzi azarkeşlərimizə dərs olardi.İndi mənim kimi çox insanlar haqqi demək istəyir və çox vaxtda bunu qorxa-qorxa edir.,nəticədə ilk zərbəni elə özununkundən alir.Həmişə demişəm və həmişədə deyerəm.Azərbaycan futbolunun “mənbə”si uzun və muəmmali bir çayin başlanğicina oxşayir və yerdən lil kimi çirkabla çixir.Bu durulmaq əvəzinə sonraki nöqtələrdə birazda mundarlanir və axa-axa “PREMYER LİQA” əmələ gətirir. “XL” azarkeşi isə tamam saf və pak bir bulağdir.Suyunu nə qədər bu gölməçəyə axitsada durulaşmasina nail ola bilmir.Çunki bizim bulağada yəqin o cirkabdan nəsə yeridilib.Bizim xəbərimiz olmasa belə…

     
    • Zəfər Lerikli

      2148 günlük qələbə həsrəti

      Martın 29-da turun daha 2 qarşılaşması olacaq. Günün və turun prinsipial oyununda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul edəcək. Turnir cədvəli baxımından bu oyun yalnız “Neftçi” üçün əhəmiyyətli sayıla bilər. Ancaq klubların rəqabəti baxımından yanaşsaq bizi gərgin mübarizənin gözlədiyi şəksizdi. Cənublu fanatlar üçün “Neftçi” ilə oyunun əhəmiyyəti olduqca böyükdü. Çempionatda bütün iddiasını itirən “Xəzər Lənkəran”ın futbolçuları necə, bunun əhəmiyyətini anlayırlarmı? Son oyunlar göstərir ki, “Xəzər Lənkəran”ın futbolçuları ruhən ölmüş vəziyyətdədirlər. Mustafa Dənizli isə onları diriltmək əvəzinə “biz çempionat oyunlarına diqqət ayırmırıq” deməklə, futbolçularını daha da ruhdan salır. Deyəsən nəinki futbolçuların, türkiyəli mütəxəssisin özünün də Lənkəranda mübarizlik əzmi itib.

      Rəqiblər çempionatda 29-cu dəfə qarşılaşacaqlar. Bu qarşılaşmalarda “Neftçi” 9, “Xəzər Lənkəran” 7 qələbə qazanıb. 12 oyunda tərəflər meydandan bir xalla ayrılıb. “Ağ-qaralar”ın 30 qoluna lənkəranlılar 23 dəfə cavab verə bilib.

      10-cu qələbəsinin astanasında olan “Neftçi” son 5 ev oyununda meydanı qolsuz tərk etməyib. Paytaxtdakı son 3 dueldə hər iki komanda qol sevinci yaşayıb. “Xəzər Lənkəran” “Böyük oyun”larda qonaqların 2148 günlük qələbə həsrətinə son qoymağa çalışacaq. Belə ki, 6 ilə yaxındı rəqiblərdən heç biri səfərdə qalib gələ bilmir.

       
  4. emil917

    Son oyunlarda komndada istek olan wey gorenmir bele musahibelerde soz xetrine deyilir cunki cixib deye bilmezler ki biz uduzariq. Cox yaxwi bilirler ki neftcini meglub ede bilmezler bunu baw mewqcide oyuncularda cox gozel bilirler….
    *****
    İnşallah biz pərişan olmarıq. Komandamız bu oyuna böyük ölçüdə motivasiya olub qələbə qazanar. Bilirsiniz, Lənkərandakı axırıncı oyunda Böyükağa demişdi ki, qoy Mustafa Bakıya gəlsin, onun komandasına 5 top vuracağam. Mən bunu həzm edə bilmirəm. Komandamız qalib gəlsə onun o sözünə görə qəşəng bir cavab yazısı yazmağı planlaşdırırıq.

     

Şərh əlavə et


7 − altı =