Buradasınız Əsas » Bosman » Elbrus Məmmədov-42 və Oğuz Çetin-51 Təbrik Edirik!
  • Bookmark and Share

Elbrus Məmmədov-42 və Oğuz Çetin-51 Təbrik Edirik! 

XL_10-illik-loqo

15-fevral tarixi “Xəzər Lənkəran” camiəsində ən xoş günlərdən biri kimi qeyd olunur. Belə ki, Premyer Liqanın XXI turu çərçivəsidə “Xəzər Lənkəran” komandası səfərdə çempionatın liderlərindən biri olan “Qəbələ” klubunu 3:2 hesabı ilə məğlub etmişdir. Qələbə sevinci ilə yanaşı klubumuzda çalışan iki məşqçi doğum günlərini qeyd edirlər. Bunlar Mustafa Dənizlinin köməkçisi Oğuz Çetin və əvəzedici heyətin baş məşqçisi Elbrus Məmmədovdur.

Oğuz Çetin.

Futbolçu karyerasının uzun müddətini “Fənərbağça”da keçirən Oğuz Çetin yarımmüdafiəçi mövqeyində çıxış edib. 10 il Türkiyə millisinin şərəfinin qorumuş Çetin 70 oyunda millinin formasını geyib. Sonrakı illərdə məşqçilik karyerasına başlamışdır. Mustafa Dənizlinin “Xəzər Lənkəran”a baş məşqçi təyin olunmasından sonra ölkəmizə gəlmişdir.

Elbrus Məmmədov.

Futbolçu karyerasını “Xəzər universiteti”ndə başlayan Elbrus Məmmədov uzun müddət Masallının “Viləş” komandasında forma geyinib. Məşqçilik fəaliyyəti zamanı “İnter”, “Standard”, “Neftçi”də əsas heyətlərdə köməkçi məşqçi işləyib. 2012-ci ilin əvvəllərindən etibarən “Xəzər Lənkəran”ın əvəzedici heyətini çalışdırır. Gördüyü işlərsə göz önündədir. Belə ki, məhz Elbrus Məmmədovun dövründə  əvəzedici heyət prespektivli  gənc futbolçuların yetişdirməsi baxımından rekordlara imza atır, onun məşqçiliyində gənclərimiz gözəl futbol nümayiş etdirib uğurları sıralayırlar.

Fevralın 15-də  Oğuz Çetin 51-ci, Elbrus Məmmədov isə 42-ci doğum gününü qeyd edir. Bütün “Xəzər Lənkəran” azarkeşləri adından hər iki mütəxəssisi doğum günü müansibəti ilə təbrik edir, uzun ömür can sağlığı, həmçinin bundan sonrakı məşqçilik fəaliyyətlərində  böyük-böyük uğurlara imza atmalarını arzulayırıq.

“12cioyuncu.info” saytının təbrikinə “Bosman.az” olaraq, biz də qoşulur və hər iki məşqçinin doğma “Xəzər Lənkəran”la böyük uğurlara imza atmasını, həyatlarında isə firavanlıq və can sağlığı arzu edirik.

4 Şərh yazıya: Elbrus Məmmədov-42 və Oğuz Çetin-51 Təbrik Edirik!

  1. Qabil

    Salam, MÜƏLLİM! “Xəzər Lənkəran”ın bugün gücünə güc qatılmasında OĞUZ bəyin də zəhməti danılmazdır. “Qarabağ”la oyunda Mustafa bəy
    xəstəxanada olarkən Oğuz bəy bunu sübut etdi.
    ELBRUS müəllimə gəldikdə isə onu deyə bilərəm ki, komandamızın əvəzedici heyəti indiyə kimi heç vaxt bu səviyyədə güclü olmamışdı. Bu Elbrus müəllimin zəhməti bahasına əldə olunub.
    HƏR İKİ MƏŞQÇİMİZİN AD GÜNÜNÜ TƏBRİK EDİR, ONLARA UCA YARADANDAN CAN SAĞLIĞI DİLƏYİRƏM!

     
  2. van persi

    her ikisinin ad gunu mubarek

     
  3. van persi

    admin bugun elnur abdullayevinde ad gunudur.
    *****
    Çox sağ olun ki, diqqətlisiniz!

     

Şərh əlavə et


6 − = sıfır