Buradasınız Əsas » Transferlər » Eduard Oriol, seçdi yeni yol!
  • Bookmark and Share

Eduard Oriol, seçdi yeni yol! 

Edu_Oriol

“Xəzər Lənkəran”ın ispan yarımmüdafiəçisi Eduar Oriolla yollar rəsmən ayrıldı. Futbolçu ilə klub arasında imzalanan müqaviləyə qarşılıqlı şəkildə xitam verildi.  ”Xəzər Lənkəran” FK klubumuzda olduğu müddətə görə Oriola təşəkkürünü bildirir, ona gələcək karyerasında müvəffəqiyyətlər arzu edir.

Mənbə: Lankaranfc.com

10 Şərh yazıya: Eduard Oriol, seçdi yeni yol!

  1. van persi

    yaxsi yol gule gule

     
  2. Zefer Lerikli

    Muəllim! Edu Oriolun getməsi məni hec acmadi.Aciği bu oyuncunun potensiali acilmağa qoyulmadi.Bu oyuncunun oynu Xl-da alinmadi,bəlkədə alinmağa qoyulmadi.Bu oyuncudan əvvəl getməklərini haqq edənlər vardi,nəisə…
    *****
    Zəfər bəy, Edu Oriolun gedişi nədənsə, mənim yadıma çox səviyyəli amma oyunu burda alınmayan Toni Doblas kimi qapıçını saldı.

     
  3. Qabil

    DOKTOR,yazıya yaxşı qafiyəli başlıq qoymusuz. İcazənizlə iki qafiyə də mən əlavə edim.
    Eduard Oriol,
    Görmədik bol-bol.
    Vurmadı heç qol,
    Ona yaxşı yol!
    *****
    Əhsən belə torpağa,
    Yetişdirir bəy, ağa.
    Ağası da, bəyi də,
    Bir meyvətək, borcludur,
    Asıldığı saplağa.

     
    • Zefer Lerikli

      Eduard Oriol,gəldi Xəzərə
      Görmədi,bir gun.
      Baxdi sağina o Pitsi gördu,
      Meydanda Nildo, Elnuru gördu.
      Rəqib qapida olmadi hec qol,
      Eduard Oriol, secdi yeni yol.
      *****
      Eduard Oriol, gəldi “Xəzər”ə,
      Gələndən bəri, dəydi nəzərə…
      Baxdi sağina o Piti gördu,
      Meydanda Nildo və iti gördu.
      Rəqib qapida olmadi hec qol,
      Eduard Oriol, secdi yeni yol.

       
      • Zefer Lerikli

        Allah sizi guldursun,Hec belə gulməmişdim.Axirinci dəfə belə gulməyim hec yadima duşmədi.
        *****
        Allah həmişə sevinc bəxş eləsin.

         
      • R.S.

        Mirhafiz bəy bilmək olarmı .it nə məsələdi ?( Nildonu və iti gördü )
        çox təssüf ki şeir deyə bilməyəcəyəm ədəbiyyatı şeir vurğunu olsam da yazmaq bacarığım yoxdur ,yoxsa M.P.Vaqif demiş az-az uydurardın yeri gələndə.
        *****
        Son zamanlar, komandamıza xəyanət edərək, adı yenə bizimlə hallanan oyuçulardan söhbət getdiyini bildirmək istəmişik. Əlbəttə xəyanətkara murdar it demək bizim mentalitetdə var. Burda it sözü vəfalılıq anlamında deyil.

         
  4. Qabil

    DOKTOR! Mənalı cavaba görə təşəkkür edirəm!

     
  5. Qabil

    Mən rəssamam, istəsəniz şəklin çəkim,
    Dediyiniz o meyvənin, o saplağın.
    Sizsə şair, söz ustadı həm də həkim,
    Hər birimiz övladıyıq bu torpağın.

    DOKTOR, mənə şerlə cavab yazdığınız üçün mən də özümü yoxlamalı oldum.
    *****
    Rəssamlığa böyük sənət deyirəm mən,
    Həm rəssamsan, həm də şair, Qabil bəy, sən.
    Qabil adı, Qabiliyyət anlamıdır,
    Qoy şad olsun, gözəl adı sizə verən.

     
  6. Qabil

    TƏŞƏKKÜR EDİRƏM, MİRHAFİZ MÜƏLLİM!

     

Şərh əlavə et


− dörd = 3