Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » Dünya çempionatlarının tarixindən
  • Bookmark and Share

Dünya çempionatlarının tarixindən 

FIFA_Emblem.gif

1904-cü ildə FİFA beynəlxalq futbol təşkilatı yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi.

1908-ci və 1912-ci illərdə keçirilən Olimoiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər. 1908-ci ildə bu turnirə 8 komanda, 1912-ci ildə isə 12 komanda qatılmışdı. Hər iki turnirin qalibi futbolun yarandığı hesab olunan ölkənin təmsilçiləri-ingilislər oldular. Vaxt keçdikcə, digər ölkələrin təmsilçiləri də bu turnirdə fərqlənməyə başladılar. 1920-ci ildə Belçika, 1924-cü ildə isə Cənubi Amerika təmsilçisi Uruqvay komandası birinci oldu.

Ötən əsrin 20-ci illərində bir çox ölkələrdə futbol həvəskar oyunundan peşəkar oyununa çevrilməyə başladı. Olimpiya oyunlarında əsasən həvəskar futbolçulardan ibarət milli komandalar iştirak edirdilər.Peşəkar futbolçuların iştirak etdiyi daha nüfuzlu turnirin təşkil olunmasına zərurət yaranmışdı. Bu barədə əvvəllər də müxtəlif təkliflər irəli sürülürdü. 1920-ci ilin aprel ayında FİFA-nın Antverpen şəhərində keçirilən konqresində dünya birinciliyinin keçirilməsi prinsipləri müzakirə olunub razılaşdırıldı. Təşəbbüsün ideya müəllifi Fransa Futbol Federasiyasının prezidenti Jül Rime idi. Elə həmin konqresdə o, FİFA-nın prezidenti seçildi, turnirə isə onun adı verildi.

1928-ci ildə FİFA-nın konqresi dörd ildə bir dəfə futbol üzrə dünya çempionatı keçirməyi qərara aldı. Yarışların rəsmi adı bir neçə dəfə dəyişdirilmişdir. “Dünya kuboku”, “Jül Rime kuboku”, “Dünya kuboku-Jül Rime kuboku” və nəhayət yenə “Dünya kuboku”. Braziliyalılar üçüncü dəfə dünya çempionu adını alanadək yarışların qalibinə yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikenin fiqurundan ibarət olan, xalis qızıldan hazırlanmış 1 kiloqram 800qram ağırlığında kubok verilirdi. Braziliyalılar bu yüksək mükafatı həmişəlik ələ keçirdikdən sonra çempiona təqdim olunmaq üçün yeni mükafat – FİFA-nın “Dünya kuboku” təsis edilmişdir.

İlk dünya çempionatı 1930-cu ildə öz istiqlaliyyətinin 100 illiyini qeyd edən Uruqvayda keçirildi. Meydan sahibləri bütün iştirakçıların xərclərini ödəməyi və turnirin açılışınadək  yeni iri stadion tikməyi öhdələrinə götürmüşdülər.

Dunya kuboku

P.S. Növbəti yazılarımızda bütün Dünya çempionatları haqqında geniş məlumatlar verəcəyik.

 

Arxiv: Bosm an.at.ua

 

Şərh əlavə et


− 6 = üç