Dünya Çempionatı-2010 nun “Mükəmməl futbolçusu”nun – ‘’FOTOROBOTU’’

Məşhur idman saytlarından biri olan – goal.com saytı dünya çempionatının ‘’mükəmməl futbolçusu’’nun fotorobotunu yaradıb. Saytın “Dünya çempionatındakı futbolçulardan mükəmməl oyunçunu inşa etmək” başlığı ilə yayımlanan dəyərləndirmədə turnirin diqqət çəkən isimlərinə çempionata damğa vurduqları özəllikləri ilə yer verilib.
Sayt mükəmməl futbolçunun fotorobotunu da təqdim edib. Fotorobotun hazırlanmasında Kaka, Mesut Özil, David Vilya, Frank Lempard, Bastian Şvanştayger, Asamoah Qian, Luis Suares, Xavyer Hernandes, Uesli Sneyder və Covanni van Bronxorstdan istifadə edilib.
Baş: Dieqo Forlan (Uruqvay)
“Qızıl Top”un sahibi olan oyunçu turniri 5 qolla tamamladı. Forlan həm futbolçu zəkası, həm də hava toplarındakı hakimiyyəti nəticəsində vurduğu qollarla 40 il sonra Uruqvayı yarımfinala çıxardı.
Gözlər: Məsut Özil (Almaniya)
Almaniyanın sürətli və bol qollu oyunu fərqli taktikalardan istifadəyə səbəb olur. Məsut Özil bu cür oyun sisteminin mərkəzində olaraq, vəziyyəti ən yaxşı şəkildə müşayiət etdi.
Burun: David Vilya (İspaniya)
Cəmi 8 qol vuraraq, dünya çempionu olan İspaniyanın bu uğura imza atmasında vurduğu 5 qolla ən böyük pay sahibi olan David Vilya qolun iyini alan bir buruna sahibdir və hücum xəttininin nə vaxt və harasında olacağını yaxşı bilir.
Ağız: Frank Lempard (İngiltərə)
İngiltərə qrupdan çıxa bilməmək təhlükəsi ilə üz-üzə idi. Con Terri futbolçuların baş məşqçi Fabio Kapellonun taktikası ilə bağlı toplantı keçirdiyini mətbuata açıqlayınca, komanda bir-birinə dəydi. Amma vəziyyəti yumşaldan açıqlamalar verən Lempard bu diplomatik manevri ilə diqqət çəkdi.
Ürək: Asamoah Qian (Qana)
Afrika qətiəsində düzənlənən ilk Dünya çempionatında qitənin 1/4 finaldakı tək təmsilçisi olan Qananın parlayan ulduzu vurduğu 3 qolla Asamoah Qian oldu. bununla da o, “məkəmməl oyunçu”ya ürəyini verdi.
Əllər: Luis Suares (Uruqvay)
Uruqvay – Qana matçının 120-ci dəqiqəsində qapı xəttini keçməkdə olan topu əllə qaytararaq, qola imkan verəmyən Suares bu riskin qarşılığını Qianın penalti zərbəsini boşa verməsi ilə aldı. Bununla da o, Maradona ilə tarixə keçən “Tanrının əli” ifadəsinə sahib çıxdı.
Ağ ciyər: Bastian Şvanştayger (Almaniya)
Turnirdə meydana çıxdığı 7 oyunda ümumilikdə 79.80 km qaçan futbolçu ən çox qaçan oyunçu Xavidən (İspaniya) cəmi 400 metr geri qaldı. Enerjisi və sürəti ilə hamını heyran qoyan Bastian Şvanştayger “mükəmməl oyunçu”ya ağ ciyərlərini verdi.
Ayaqlar: Xaviyer Hernandes (Meksika)
Meksikalı Xaviyer Hernandes saatda 32.15 kilometrlik sürətlə mundialın ən sürətli oyunçusu adını aldı.
Sol ayaq: Covanni van Bronxorst (Hollandiya)
Uruqvay matçında sol ayağı ilə 32 metr uzaqlıqdan vurduğu möhtəşəm qolla tarixə düşən Covanni van Bronxorst Dünya çempionatının ən gözəl qollarından birinə imza atmış oldu.
Sağ ayaq: Uesli Şneyder (Hollandiya)
Hollandiyanın 1978-ci ildən sonra ilk dəfə finala çıxmmasına vurduğu 5 qolla böyük dəstək olan Uesli Şneyder qollarının üçünə sağ ayağı ilə imza atdı.
P. S.  Sxemin Azərbaycan dili variantı “Fanat.az” saytından götürülmüşdür.
Arxiv: Bosman.at.ua