Buradasınız Əsas » Transferlər » Daha bir Rumıniyalı yarımmüdafiəçi Adrian Сorc İordake “Xəzər Lənkəran”da!
  • Bookmark and Share

Daha bir Rumıniyalı yarımmüdafiəçi Adrian Сorc İordake “Xəzər Lənkəran”da! 

IORDACHE_1

“Xəzər Lənkəran” klubu bu gün yeni futbolçu ilə iki illik müqavilə imzalayıb. Bu, rumıniyalı yarımmüdafiəçi Adrian Сorc İordakedir. 29-yaşlı futbolçu öz karyerasını 15 yaşında ölkəsinin 3-cü divizionunda oynayan “Forestierul Stilpeni” klubunda başlayıb. Daha sonra o, “Dinamo” Buxarest (1999-2005) komandasının şərəfini qoruyub, Çempionlar Liqasında iştirak edib və bu klubda 2003, 2004 və 2005-ci illərdə Rumıniyanın ən yaxşı mərkəz müdafiəçisi titulunu qazanıb.

“Dinamo”-dan Adrian İordake Rusiyanın “Şinnik” (Yaroslavl) (2005-2006) komandasına keçib. Maraqlıdır ki, onun transferinə Rusiya klubu 1 milyon avroya yaxın pul xərcləyib. Bu, o zaman üçün transferə çıxarılmış rumın futbolçuların arasında ən yüksək göstərici idi. Daha sonra futbolçu “Sinnik”-i tərk edərək vətəninə qayıdıb, “FC Arges” (Piteşti) (2007) klubuna keçib. Həmin il futbolçu Kiprə yollanıb və orada əvvəlcə “ALKİ” (2007-2008), sonra isə “AEL” (Limasol) (2008-2009) klublarının formalarını geyib. Son ildə isə Adrian İordake Rumıniyanın “Rapid” komandasında oynayıb.

Adrian İordake subaydır, ingilis və qismən rus dillərində danışır.

Mənbə: Lankaranfc.com

 

Arxiv: Bosman.at.ua

Şərh yazıya: Daha bir Rumıniyalı yarımmüdafiəçi Adrian Сorc İordake “Xəzər Lənkəran”da!

  1. Ageli

    (12/Avq/2010 01:40)
    Bildyime gore iordake cox istedadli futbolcudu, xeyirli olsun insallah.

     

Şərh əlavə et


4 + = onüç