D. Leyte gedir, O. Sadıqlı "Xəzər Lənkaran"da qalır

“Xəzər Lənkəran” Futbol Klubu və gənc qapıçısı Orxan Sadıqlı arasında yeni müqavilə imzalanıb. Klubumuzun yetirməsi ilə başa çatmaqda olan müqavilənin daha üç il müddətinə artırılması barədə razılıq əldə olunub.
duglas1_1duqlas_leyte_almaniyada_flas
Bununla yanaşı digər qapıçı, Braziliyalı Duqlas Leyte ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Xəzər Lənkəran” FK Duqlasa burada olduğu müddətdə komandaya etdiyi köməyə görə təşəkkürünü bildirir və ona gələcək karyerasında uğurlar arzu edir!
Mənbə: Lankaranfc.com

1 thought on “D. Leyte gedir, O. Sadıqlı "Xəzər Lənkaran"da qalır”

  1. Muəllim necəsiniz?-Rəsmi olaraq Duqlas Leyte kamandadan ayrilib və bunu hamimiz bilirik.Todorov, Nildo və Zohairində ayrilib getməsini nəinki saytlar yazir, hətta gedənlər cərgəsinə saliblar.Mustafa Dənizlinin bu oyuncularlada yollarini ayirdiğini yazan saytlarin məlumati nə dərəcədə doğrudur?.-Təşəkkur edirəm!
    *****
    Çox sağ olun Zəfər bəy, siz necəsiz? Əvvəla saytlarda “Xəzər Lənkəran”la bağlı populyarlaşma istəyi var! İkincisi, Mustafa Denizli kimi təcrübəli məşqçinin danışıqlarında olan ab-havadan müəyyən nüanslar hiss olunur deyə, məntiqi nəticələr çıxarmaq olur ki, saytlar xəbərlərini bu məlumatlara əsasən həmin məntiq üzərində qururlar. Hamı bilir ki, Denizli güclü komanda qurmaq istəyindədir və zəif mövqe oyunçuları yəqin ki, lazım olmayacaq.

Comments are closed.