Buradasınız Əsas » Təqvim » Ölkə cempionati » Çoxdan bəri gözlədiyimiz oyunun keçirilmə taleyi, qar və sual altındadır
  • Bookmark and Share

Çoxdan bəri gözlədiyimiz oyunun keçirilmə taleyi, qar və sual altındadır 

T. Behramov_Qar altinda

Fevralın 2-də keçirilməli olan “Qarabağ”- “Xəzər-Lənkəran” görüşü təxirə salına bilər.Bu barədə məlumatı Tofiq Bəhramov adına stadionun direktoru Akif İsmayılov verib.

Mərkəzi arenanın direktoru stadionun qardan təmizlənməsinin mümkün olmadığını etiraf edib: “Hazırda qazon qarla örtülüb. Biz onu təmizləmirik. Çünki, qar dayanmayıb, hələ də yağır. Gərək qarın yağması dayansın sonra biz onu təmizləyək. Hazırda -3-4 dərəcə şaxta var. Belə havada istilik sisteminin istifadəsi də mümkün deyil. Matçın keçirilməsi sual altındadır. Çünki, hava sabah daha da pis olacaq. Oyunun təxirə salınması istisna deyil”.

 Mənbə: Azerisport.az

7 Şərh yazıya: Çoxdan bəri gözlədiyimiz oyunun keçirilmə taleyi, qar və sual altındadır

  1. Tənqidci

    Deyəsən Akif İsmayilov kosmosdan bu ğoruntunu və oyun gununu cəkib və bildirib.Oyun fevralin 1-də,yəni sabah kecirilməlidir.
    *****
    Düz qeyd etmisiniz. Xəbərin mənbəyini həmişəki kimi göstərmişik. Görəsən səhv mənbədə, yoxsa Akif müəllimdədir?

     
    • Tənqidci

      Akif muəllim 2-3sm qari Himalay daği boyda böyudursə,mənbədə cox yox,bir addim irəli gedibdə,necə deyərlər, qonşudan qalma geri.

       
  2. Demir Agaci

    Texire salinmada da bir xeyir var. Komandaya yeni qosulan oyuncular bu mudddet erzinde ustu ortulu yerlerde mesgler kecirib bir birlerine uygunalsa bilerler.

     
  3. Qabil

    DOKTOR, Mən istərdim ki, oyun təxirə salınsın. H.Cəbrayıloğlunun dediyinə görə yeni qapıçının sənədləri hələ AFFA-nın təsdiqindən keçməyib və üstəgəl bugün imzalanan Eliasın müqaviləsi. Əgər oyun təxirə salınarsa “Neftçi”ylə oyuna kimi həm sənədlər təsdiqini tapar həm də, yeni oyunçular heyətə bir qədər alışar. Bu ümumiyyətlə komandanın xeyrinə olardı.
    *****
    Təzə oyunçularımızın yeni komandalarına və şəraitə alışması baxımından təxirəsalınma xeyrimizə olardı…

     
    • Tənqidci

      Denən daha 1metr qar yağsada, təxirə salmazlar oynu daha.
      *****
      Həqiqətən, T. Bəhramov adına stadionda belə qurğuların quraşdırılması, futbol adına sevindirici haldır. Bəs bizim stadion bu işlərdə niyə geridə qalsın?

       
      • Tənqidci

        Bizdə bu qurğular quraşdirilarsa ,stadionun direktoru qişda belə deyər:BU QURĞULAR YAY UCUN NƏZƏRDƏ TUTULUB.Quraşdirilarsa qaq əruyəndən sonra işləyər.
        *****
        Yəni o, dərəcədə?

         
  4. van persi

    qarabag1-2xezer
    *****
    Van Persi, proqnozlarında, həmişə rəqibləri, əzər!

     

Reply to Tənqidci


üç + = 5