Buradasınız Əsas » Təqvim » Ölkə kuboku » Çay gəmisi, ağır su basımlı dəniz gəmisinə asan təslim olmadı (Video)
  • Bookmark and Share

Çay gəmisi, ağır su basımlı dəniz gəmisinə asan təslim olmadı (Video) 

Azerbaycan-kuboku-main-081013

Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilirdi. Oyunlar müxtəlif saatlarda keçirilirdi və yarımfinala ilk adını yazdıran komanda “Rəvan” oldu. İlk oyunda, evdə “Bakı”ya 0:1 hesabı ilə uduzan “Uçan aslanlar”, bu dəfə səfərdə rəqibini, əsas vaxtda eyni hesabla məğlub edərək, yarımfinalçının taleyini əlavə vaxta daşıdı. Əlavə olunmuş vaxtda da hesab dəyişməyincə, qalibi penaltilər seriyası müəyyənləşdirməliydi. Çətin keçən penaltilər seriyasının ilk 5 zərbəsində də qalib aydınlaşmadı. Çünki hər iki rəqibin futbolçuları bütün zərbələri qolla tamamladı 5:5. Bundan sonra tək zərbələrdə də “Bakı” yalniz 4-cü zərbədə fərqlənməyincə, “Rəvan” bu zərbəni də qola çevirib 8:9 hesablı penalti zərbələri ilə yarımfinala adlayan tərəf oldu. “Uçan aslanlar” soyuqqanlılıqla bütün zərbələri dəqiq yerinə yetirib golla tamamlayınca, rəqibi “Bakı”nı yarışlardan kənara “uçurdu” və ilk yarımfinalçı belə məlum oldu.

 İkinci yarımfinalçı “Fırtınalar Meydanı”nda məlum olacaqdı. Çətin keçən bu oyunda da “Araz-Naxçıvan” komandasının heç də asan təslim olmayacağı aydın idi. Naxçıvanda qeydə alınan 1:1-lik nəticə də bunu deməyə əsas verirdi. Həqiqətən “Araz-Naxçıvan”ı bu oyunlara görə təbrik etməyə dəyər. Əskər Abdullayev qurduğu komanda ilə yaxşı mənada öyünə bilər.

Naxçıvandakı oyunu təhlil edən zaman biz “Xəzər Lənkəran”ın rəqibin oyun üslubunda, yəni fərdi oyun oynadığını yazmışdıq və bu taktika ilə qalibiyyətin çox çətin olacağını demişdik. “Xəzər Lənkəran”ın birtoxunuşlu ötürmələrlə həm də sürətli komanda oyunu oynamasının lazım olduğunu bildirmişdik və bu zaman rəqibin oyundan qopacağını söyləmişdik. Bu gün həqiqətən də “Xəzər Lənkəran” oyunun demək olar ki, çox hissəsini dediyimiz kimi oynadı və bu zaman rəqibin çaşıb qaldığı neçə-neçə epizodun şahidi olduq. Məhz bunun hesabına komandamız bir qol vura bildi və 1:0 hesablı qələbəni sonadək saxladı. Bəzi dəqiqələrdə komandamız ilk oyundakı kimi fərdi oyuna üstünlük verdiyi anlarda “Araz-Naxçıvan”ın bir və ya bir neçə oyunçularının əhatəsində qərq olur və topu itirirdilər. “Araz-Naxçıvan”ı belə güclu və əsl Azərbaycan futbolu oynadığına görə təbrik edirik və divizion fərqlərinin olmasına baxmayaraq demək istəyirik ki, çay gəmisi, ağır su basımlı dəniz gəmisinə asan təslim olmadı. Beləliklə, “Xəzər Lənkəran” ikinci olaraq adını yarımfinala yazdırdı. Komandamızın bütün azarkeşlərini bu münasibətlə təbrik edirik! (Aşağıdakı şəkli böyütmək üçün üzərinə klik edin.)

fotoğraf

Üçüncü yarımfinalçı, həm də bizim rəqibimiz olacaq, “Qarabağ”la “Qəbələ” cütünün qalibi isə Tofiq Bəhramov adına stadionda müəyyənləşəcəkdi. “Qarabağ” oyuna çox aktiv başladı. Lakin ilk hissənin sonlarında “Qəbələ” standart vəziyyətdən gözəl qolla hesabı açınca, “Qarabağ” oyun intizamını itirdi. Çünki ilk oyunda 0:0-lıq bərabərlik, artıq bu qoldan sonra “Qarabağ”ı iki top vurmağa məcbur edirdi. Birinci hissəni pozuq tamamlayan ev sahibləri ikinci hissədə toparlanmağı bacardılar. və nəticədə bir qol vura bildilər. Daha sonra “Qəbələ” ikinci topunu vurunca, “Qarabağ” bir də pozuldu və sona kimi bu hesab dəyişməz qaldı 1:2. Beləliklə, Syomin təcrübəsindən yararlanaraq səfərdə qalib gəlməyi və mərhələni adlamağı bacardı. Bununla da “Qəbələ” yarımfinala, “Xəzər Lənkəran”a rəqib olmaq üçün adını yazdırdı.

Dördüncü olaraq, yarımfinala adını yazdıracaq “Neftçi” – “İnter” oyununun qalibi olacaqdı. İlk oyun 1:1 nəticələndiyinə görə, bu günki oyunda “İnter”ə mütləq qol vurmaq lazım idi. Buna görə “İnter” nisbətən psixoloji gərginlik altında oynayırdı. Hesabı açmaq yubandıqca bu təzyiq özünü daha çox göstərirdi. Oyunda təşəbbüsü daha çox özündə saxlayan “İnter” meydanda daha çox görünsə də qapıya yaxınlaşdıqda sanki həyəcanlanır və dəqiq sonluğu gətirə bilmirdi. Əksinə, “Neftçi” rəqibinə görə ötürmələrində və oyun qurmaqda nisbətən zəif təsir bağışlasa da qapı istiqamətində zərbələri daha dəqiq idi. Amma qapıçı buna imkan versəydi. Qapılara qol vurulmayınca hesab oyun başlayarkən necə idisə, belə də bitdi 0:0. Bu isə rəqib meydanında qollu heç-heçə edən “Neftçi”yə sərf etdi. Beləliklə, yarımfinala sonuncu olaraq adını yazdıran “Neftçi” komandası oldu ki, bununla da “Rəvan”a rəqib oldu.

Sonda ənənəvi olaraq, Zəfər Lerikli komandamızın 1:0 qazandığı “Xəzər Lənkəran” – “Araz-Naxçıvan” oyunundan videogörüntülər göndərib ki, onu da sizlərə təqdim edirik:

6 Şərh yazıya: Çay gəmisi, ağır su basımlı dəniz gəmisinə asan təslim olmadı (Video)

  1. Qabil

    Salam, Müəllim! Maraqlı bir oyun izlədik. “Araz Naxçıvan”ın bütün heyətlə müdafiə olunmağına baxmayaraq komandamız lazım olan qələbəsini qazandı. Rəqibin birinci dəstə komandası olmasına baxmayaraq meydanın hər qarışında mübarizə aparırdı.
    *****
    Salam, Qabil bəy! Həqiqətən “Araz-Naxçıvan” elitada oynamağa layiq bir komandadır.

     
  2. R.S.

    Həqiqətn bu günki oyun pis deyildi .amma ki tam olaraq ürəyimizdən tikanı çıxara bilmədi .buna şükür edək .İnşAllah irəli getsinlər .geriyox.

     
  3. R.S.

    Amma onu deyim ki idi ki oyuna normal baxa bildim .heç bir dayanma olmadı

     
  4. R.S.

    Mirhafiz bəy ,Araz Naxçıvan komandasının azrekeşinin Sportarena saytında çox gözəl bir yazısı var oxumusunuzmu ? Bax belə azrkeşi olan komandaya ,necə deyərlər rəğbətim artır. Ölkə çempianatında öz komandamızdan sonra ,azerkeşlik edəcəyim komanda Araz olacaq .Düzgünlük , həmişə aiqışa layiqdir.
    *****
    Xeyr, oxumamışam. Çünki bu gün yollarda olmuşam. Yaxşı ki, xəbərdar etdiniz. Çalışıb mütləq oxuyacağam. Təşəkkür edirəm!

     
    • R.S.

      Allah köməyiniz olsun Həmin yazı indi yoxdur ,Zəfər bəy 12-ci oyunçuda keçidin verib .deyəsən .
      *****
      Allah sizə də kömək olsun!

       

Şərh əlavə et


− 4 = sıfır