Buradasınız Əsas » Xəzər Lənkəran
  • Bookmark and Share

Xəzər Lənkəran

XXXIII “Böyük oyun”

Premyer Liqanın son dövrəsinin start turu “Böyük oyun”la əlamətdar olacaq. Paytaxtda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran” 10 illik rəqabətin tarixində 33-cü dəfə qarşılaşacaq. 3 dəfə Azərbaycan kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 28 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb.  İndiyədək baş tutan qarşılaşmalar kimin güclü olduğunu müəyyənləşdirməyib. Belə ki, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” 9 Davamını oxu

Əvəzedicilərimiz minimal hesabla məğlub oldu

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının XXVIII  tur oyunları baş tutub. “Xəzər Lənkəran”lı gənclər  “Neftçi” klubunun əvəzedicilərinin qonağı olublar. “Bayıl Arena” stadionunda hakimlər – Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Xəlil Xəlilovun idarəçiliyində saat 14:00-da start götürən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Matçın 12-dəqiqəsində qapımıza vurulan bircə qol Davamını oxu

Əvəzedicilərdən məhsuldar heç-heçə

Əvəzedici heyətlər arasında ölkə çempionatının 27-ci turu çərçivəsində 22.03.2014 tarixində “Fırtınalar meydanı”nın ehtiyat meydançasında “Xəzər Lənkəran” və “Simurq”un əvəzedici heyətləri qarşılaşdılar. Maraqlı və dramatik keçən matçda qalib müəyyənləşməyib. İlk dəqiqələrdən qonaqlar üstünlüyü ələ alaraq hücumlar qurur və əvəzedicilərimizin qapısı ağzında ardıcıl təhlükəli vəziyyətlər yaradırdılar. Bir neçə epizodda qapıçımız Tərlan Qasımzadə xilaskar rolunda çıxış etdisə bir dəfə Davamını oxu

Əvəzedicilərimiz səfərdən bir xalla döndü

Sabah “Rəvan” komandası doğma klubumuz “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu gün isə bu komandaların əvəzedici heyətləri, əsas komandaların görüşəcəyi “Bayıl Arena” stadionunda qarşılaşıblar. XXV  tura təsadüf edən bu qarşılaşmanı baş hakim Yusif Hüseynov, laysmanlar Vüsal Qənbərov və Elnur Ağayev, o cümlədən, dördüncü hakim Səbuhi Bayramov idarə ediblər. Qarşılaşma adıçəkilən məkanda, saat 13:00-da start götürüb. Oyun Davamını oxu

Növbəti yubiley müsabiqəsinə start verildi

“Xəzər Lənkəran” Futbol Klubunun 10 illik yubileyi ilə əlaqədar İdman Araşdırmalar Mərkəzi klubumuzla birgə yeni bir lahiyəyə start verib. İAM klubla birgə “ Xəzər Lənkəran” futbol klubunun tarixi və  inkişaf perspektivləri”mövzusunda yazı müsabiqəsini aşağıdakı formada  elan edib: Müsabiqənin şərtləri: 1. Yazı elan edilmiş mövzuya uyğun olmalıdır (Elan olunmuş mövzunun sərlövhəsinin dəyişdirilməsinə yol verilmir); 2. Müsabiqəyə hər jurnalist Davamını oxu

Əvəzedicilərimiz yenə meydandan tarazlıqla ayrıldı

Sabah keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması yüksəlişdə olan komandamız üçün xal ehtiyatı baxımından böyük əhəmiyyətə malikdir. Həm də özümüzdən qabağa buraxdığımız “Bakı” klubuna qalib gəlməklə, üst pillələr baxımından bir neçə tur sonra özünü göstərəcək yüksəlişin açarı rolunu oynayacaq. Mövcud reqlamentə görə əsas komandaların görüşündən bir gün öncə,  həmin komandaların əvəzedici heyətləri görüşür ki, bu Davamını oxu

Əvəzedicilərimiz qalib gəlməklə, əsas heyəti sabahkı Böyük Oyuna, böyük ölçüdə motivə etdi

Bu gün əvəzedici heyətlər arasında ölkə çempionatının 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” “Neftçi”ni qəbul etdi. İlk hissə qarşılıqlı hücumlarla keçdi və komandalar bərabər səviyyədə mübarizə apardı. Oyunun əvvəlində paytaxt futbolçuları hesabda irəli çıxdı. Birinci yarıya əlavə olunmuş vaxtda təyin olunan kornerdən sonra Mirqasım Cabbarlı qarışıqlıqdan lazımi şəkildə istifadə edib hesabı bərbərləşdirdi. Fasilədən sonra isə üstünlük Davamını oxu

Əvəzedicilərimiz fasilədən sonra ilk rəsmi oyununda. XIX tur başlandı…

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 19-cu tura start verilib. 12cioyuncu.info aldığı məlumata görə, “Qarabağ” ev oyununda  “Xəzər Lənkəran”la qarşılaşıb və rəqibini 3:2hesabı ilə məğlub edib.   Topaz Premyer Liqası          19-cu tur          31 yanvar    Qarabağ – Xəzər Lənkəran – 3:2 Qollar: Ülvi Rəfizadə, 8, Elvin Nəsibov, 69, Davamını oxu

Əvəzedici heyət, iki dövrənin yekunu

Ötən həftə “Sumqayıt” üzərində 4:0 hesablı qələbə ilə təqvim ilinə yekun vuran “Xəzər Lənkəran” əvəzediciləri qış fasiləsinə 4-cü pillədə yollanırlar. 18 turdan sonra bir neçə statistik məqamı diqqətinizə çatdırırıq.  “Xəzər Lənkəran” məhsuldarlığa görə əvəzedicilər çempionatında ikincidir – 37 qol.  Gənc futbolçularımız 9 ev oyununda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub. Lənkəranda Davamını oxu

U-15 Liqası: ”Xəzər Lənkəran” 4:2 ”Neftçi”

U-15 Liqasının 2-ci dövrəsinin IV turunda “Xəzər Lənkəran” “Neftçi”ni qəbul etdi. Komandamızın 2:0 hesabı ilə irəlidə olduğu matçda rəqib hesabı bərabərləşdirsə də, daha iki dəfə fərqlənən yeniyetmələrimiz inamlı qələbə qazanıb – 4:2. “Xəzər Lənkəran”ın heyətində Kənan Səfərov dubl edib, digər iki qolu isə Mirabbas Qədirli və Xəqani Sadıqov vurublar. Mənbə: Lankaranfc.comDavamını oxu