Buradasınız Əsas » Xəbər
  • Bookmark and Share

Xəbər

Lənkəran futbolunun yaşlı azarkeşi… Allah, rəhmət eləsin!

Lənkəran futbolunun ən stajlı azarkeşi dünyasını dəyişib. Sovetlər dönəminin ikinci dünya müharibəsindən sonrakı illərində Lənkəranda nə vaxt futbol olubsa Musarıza dayı seyr etmişdi, izləmişdi. Azərbaycanın müstəqilik qazandığı illərin ilk dövrlərində Lənkəranda futbol həvəskarlar səviyyəsinə enəndə də o hamıdan öncə azarkeş kimi öz yerini tuturdu. “Xəzər Lənkəran”ın da bütün oyunlarını hətta bütün məşqlərini onun qədər izləyən Davamını oxu

“12-ci Oyunçu”, 7 yaşında… Təbrik edirik!

22 Fevral “Xəzər Lənkəran” camiəsi və Azərbaycan futbolu üçün yaddaqalan bir tarixdir. Məhz bu tarixdə ölkənin adlı-sanlı bir futbol klubu olan “Xəzər Lənkəran”ın ilk müsəqil fanat qrupu yarandı. Bu nəinki cənubda, eləcə də Azərbaycanda ilk müstəqil fanat klubu oldu ki, buda “Xəzər Lənkəran”ın ətrafında yarandı. Bir il sonra isə bu yenilikçilər, bir addım daha irəiliyə Davamını oxu

“Bosman”, 6 yaşın Mübarək!

Bu gün fanklubumuz üçün ən əlamətdar gündür. Belə ki, 2009-cu ilin Fevral ayının 9-da on üç “Xəzər Lənkəran” azarkeşi tərəfindən “Bosman” fan klubunun təsis edilməsi haqqında qərar qəbul olundu. “Xəzər Lənkəran”ın ətrafında sayca dördüncü olaraq təsis edilmiş “Bosman” fanklubu, niyə yarandı?-kimi sual da səsləndirmək olar. Belə ki, fanat hərəkatında müəyyən yeri olan məsələlər də var Davamını oxu

LFT: “Xəzər” – “Neftçi” derbisi haqqında

 “Xəzər” – “Neftçi” derbisi haqqında. Bu gün adı çəkilən komandaların harada görüşməsindən asılı olmayaraq “Böyük oyun“ adı verilən derbiyə qısaca da olsa nəzər yetirmək istədik. Dünyada elə bir ölkə çempiianatı tapılmaz ki, həmin çempionatda iki əzəli rəqibin qarşılaşdığı derbi matçı olmasın. Əgər əvvələr Azərbaycan çempionatında “Kəpəz” Gəncə – “Neftçi“ Bakı matçı Azərbacanın 1 nömrəli derbisi Davamını oxu

3 yaşın mübarək olsun, “Arena”!

Televiziya kanallarında izlədiyimiz futbol icmalları arasında özünəməxsus yeri olan “Arena” verilişi bu günlərdə 3-yaşını qeyd edəcək. Yarandığı gündən bəri öz prinsiplərinə sadiq qalaraq ölkə futbolunda baş verən hər hansı bir hadisəyə münasibətdə yalnız ədalətli mövqeyi ilə diqqət çəkən bu verilişin fəaliyyəti haqqında ancaq xoş sözlər demək olar. Bir çox futbol icmallarından fərqli olaraq buraya qonaqlar Davamını oxu

Hüseyn Cəbrayıloğlu-39! Təbrik edirik!

Noyabrın 27-də Hüseyn Cəbrayıloğlunun 39- yaşı tamam olur. Hələ “Futbol +” qəzetinin cənub bölgəsi üzrə müxbiri kimi çalışarkən Cəbrayıloğlu cənublu azarkeşlərin rəğbətini qazana bilmişdi. Köşə yazılarında ölkə futbolunun problemlərini aşkar şəkildə göstərir, “Xəzər Lənkəran” klubunu axsadan məqamları analiz edib konkret mövqe nümayiş etdirir, futbolumuzda baş verən hadisələrə özünəməxsus yanaşma tərzi ilə və qeyri adi lakin Davamını oxu

33-cü doğum gününüz mübarək Elvar bəy!

Bu günü “Xəzər Lənkəran” ailəsində xoş bir gün hesab etmək olar. Çünki bu böyük ailədə hamının sevimlisi və xüsusi hörmət bəslədiyi bir insan doğum gününü qeyd edir. Bu şəxsin Elvar Quliyev olduğunu desək, əlbətdə hamı ona ən xoş ürək sözlərini bildirəcək. Çünki bu şəxs yorulmadan “Xəzər Lənkəran” üçün can yandıran bir insandır. Bunu sıravi azarkeşdən Davamını oxu

LFT: Lənkəran “Xəzər”inin Bolqarıstan səfəri …

Lənkəran “Xəzər”inin Bolqarıstan səfəri və İordaniya yığması ilə görüş. Yəqin bu başlığı oxuyanda təəccüblənəcəksiniz. Məncə təəccüblənməyə dəyməz. Sovet İttifaqının ən tanınımış müğənniləri, şair və yazıçılarını hətta 2-3 ay sonra kosmosa uçacaq kosmonavt, Sovet İttifaqı Qəhrəmanı German Titovu Lənkərana qonaq gətirən və az sonra kosmik peyklə fəzada olarkən , Titovu:- “Biz indi Lənkəran üzərindən uçuruq” kəlməsin dedirdə bilən Davamını oxu

LFT: SSRİ Çempionatları səhifələri

1977-ci ildə “Xəzər” futbol komandasının qazandığı “bürünc” medal SSRİ çempionatının II dəstəsində çıxış etmək şansı qazndırdı. Bu gün Lənkəranlı futbol azarkeşləri fəxrlə deyir: —Bizim “Xəzər” SSRI çempionatında çıxış edib. Bəli, Azərbaycan futbolunu SSRİ çempionatında təmsil edən bir əlin barmaqları qədər sayılacaq rayon komandaları arasında “Xəzər” də olub. 1969-cu ildən 1976-ci ilə qədər olan aralıqda Lənkəran Davamını oxu

LFT: “Xəzər”in ilk kapitanı

Komandanın ilk kapitanı kim olub? Hər halda Lənkəran azrkeşi üçün maraq doğuracaq sualdır. Biz də bunu ayırd etmək üçün müxtəlif mənbələrə müraciət etdik. Amma ilkin olaraq bəzi anaşılmazlıq yarandı. Belə ki, qəzetlərdə dərc olunan materiallarda komandanın “8″ nömrəli oyunçusu Xanağa Məmmədov kapitan kimi təqdim olunursa, həmin illərin foto şəkillərində Məhəmməd (Mici) Məmmədov kapitan sargısını daşıyır. Davamını oxu