Buradasınız Əsas » Xəbər
  • Bookmark and Share

Xəbər

Etibar Cəbrayıloğlu: Yerləri dəyişməyə tələsməyək

PFL-in yanındayam. Söhbət gözəl və maraqlı çempionatımızı keçirən təşkilatın Nobel qardaşları prospektindəki ofisinə tez-tez baş çəkməyimdən getmir. Məsələ tamam başqa cürdür. PFL mili Premyer Liqamızın oyunlarını iş günlərinin şıdırığı vaxtına salmaqla lap düz edir. Bizim azarkeşlərə hələ bu da azdı. Əlimdə möhürdən-filandan olsa, matçları sübh tezdən, məsələn səhər 4.30-a təyin edərəm ki, stadiona ümumiyyətlə, gəlib-gedən Davamını oxu

Etibar Cəbrayıloğlu: Yaşın fərqi çoxdur

“Neftçi” ilə düşmənçiliyin varsa onda niyə klubun avtobusuna benzin doldurursan? Boykot elə, qoy çənə su doldursunlar. Yoxsa ki… Bir yandan deyirlər “Neftçi” bizim əzəli və əbədi rəqibimizdi, bir yanda da klubun maşınları bütün günü yanacaqdoldurma məntəqələrində sıraya durur. Gəl bundan sonra  “Xəzər Lənkəran”ın rəhbərliyini anla görüm necə anlayırsan. İndi də başlayıblar əzəli rəqibin düşərgəsində “lipa” Davamını oxu

Mirhafiz Babayev-49! Təbrik edirik!

Bu gün “Bosman” fanklubunun və “Bosman.az” saytının rəhbəri Mirhafiz Babayevin 49 yaşı tamam olur. Bu dəyərli insan haqqında çox söz demək olar. Amma biz çoxumuzun yaxşı tanıdığı və Stavropolda yaşayan Fərhad Nəsirov adlı ziyalı azarkeşimizdən ötən il ad günü münasibəti ilə aldığımız təbrik məktubunun dili ilə bunu diqqətinizə çatdırırıq. Bilirsiniz ki, “12-ci Oyunçu” azarkeş qrupunun Davamını oxu

İslam Cabbarlı-45! Təbrik edirik!

Bu gün “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri və həmçinin “12cioyuncu.info” saytının rəhbəri İslam Cabbarlı doğum gününü qeyd edir. İslam Cabbarlı haqqında çox danışmaq olar ki, bunu əksər tanıyanlar yaxşı bilirlər. Keçən ilki ad günü təbrikimizdə bu haqda bir qədər ətraflı yazmağa çalışmışdıq. Bu gün də bunları bir daha xatırlatmaqla, İslam bəyə mənalı ömrün sağlam və Davamını oxu

Mirça Rednik “Dinamo” Buxarestlə müqavilə bağladı

Bilirsiniz ki, son iş yeri “Petrolul” klubu olan və bizlərin də yaxından izlədiyimiz təcrübəli mütəxəssis Mirça Rednik “Dinamo” Buxarestdən aldığı təklifi May ayının 5-də müsbət dəyərləndirərək bu kluba baş məşqçi keçib. Bu onun həm futbolçu həm də məşqçi kimi karyerası boyu ən çox uğur qazandığı klublardan hesab olunur. Qeyd edək ki, Rednikin yeni təyinatı ilə Davamını oxu

Muzeydəki qan izləri

Çingiz Abdullayev yaman bərk gedir. “Neftçi”nin oyunçuları Xalq yazıçısının sürəti ilə ayaqlaşa bilsələr, bəlkə bu mövsüm medaldan-zaddan qazanalar. Dəyərli ziyalımız, dünyaca məşhur qələm adamı “Neftçi”nin Müşahidə Şurasına rəhbər seçiləndən xeyli iş görüb. “Neftçi”nin indiki rəhbəri əzəli rəqibi “Xəzər Lənkəran”ın bazasına da baş çəkib, klubun muzeyini də ziyarət edib, hətta fəxri qonaqlar üçün açılan xatirə kitabına Davamını oxu

Komandası Mirça Redniki belə təbrik etdi (Video)

Bilirsiniz ki, bir neçə gün əvvəl bizim sevimli rumın mütəxəssis Mirça Redniki ad günü münasibəti ilə təbrik etmişdik. Təcrübəli və uğur ustası olan sevimli məşqçi, hal hazırda Rumıniyanın “Petrolul” Plueşti klubunun baş məşqçisidir. Maraqlı təsadüf Mirça Rednikin ad gününü Rumıniyanın ən köklü komandalarından biri və hal hazırda Rumıniya çempionatının lideri, həm də vaxtı ikən baş Davamını oxu

Unudulmaz Rednik-53, Təbrik edirik!

Bu gün unudulmaz baş məşqçimiz olan rumıniyalı dahi mütəxəssis Mirça Rednikin 53-cü doğum günüdür. Mirça Rednik bizimlə təxminən bir il müddətində birgə oldu ki, bu bir ildə sanki onunla bərabər 100 ilin həyəcanını yaşadıq. Bu bir ildə biz əsl futbolun nə demək olduğunu, əsl futbol həyəcanının necə yaşandığını dərk etdik və əsl həqiqətdə biz bir Davamını oxu

Novruz Bayramınız Mübarək!

Əziz həmvətənlər və ruhu, ürəyi bizimlə döyünənlər! Bu gün dünyanın bir çox xalqları qədim adət-ənənəyə dayanaraq, özlərinin milli, mənəvi, dini və sair özəllikləri özündə birləşdirən və ən əziz bayramlarından biri olan, Novruz Bayramını qeyd edir. Bu bayram təbiətin və bütün canlıların varlığında xüsusi tibbi, bioloji-kimyəvi  oyanma ilə müşayiət olunur. Şərq xalqlarının çoxunun dilində, Nov-Yeni və Davamını oxu

Əziz Xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bütün Xanımları təbrik edir, onlara can sağlığı, arzuladıqları xoşbəxtlikləri yaşayacaqları uzun ömür ərzində Allahdan nəsib almalarını arzu edirik. Qadınlar incə məxluq yaradıldığından, biz kişilərin də onlarla daim incə rəftarımızı, sevgimizi və ən müqəddəs ANA kəlmələrinə layiq hörmətlə yanaşacağımızı, əsl kişilər adından boynumuzun borcu olduğunu bir daha xatırlayaraq, təbrik edirik! Davamını oxu