Buradasınız Əsas » Təqvim
  • Bookmark and Share

Təqvim

Etame Mbilla: Bundan sonra da belə olacaq

Topaz Premyer Liqasının XXI turunda “Qəbələ”nin qonağı olan “Xəzər Lənkəran” 3:2 hesablı əzmkar qələbə qazandı. Cənub təmsilçisinin heyətində dubl edən Etame Mbilla oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. – Qazandığınız çətin qələbə barədə düşüncələrini bilmək maraqlı olardı… – Gördüyünüz kimi, çətin qarşılaşma oldu. “Qəbələ”nin güclü rəqib olduğunu bilirdik. Turnir cədvəlində liderlər qrupunda məskunlaşıblar. Üstəlik, Davamını oxu

“İlk üçlüyün qənimi”: “Xəzər Lənkəran” hamıdan yaxşıdır!

Topaz Premyer Liqasında liderlərdən ən çox xal alan komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXI turda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan klublardan hamıdan çox – 9 xal qazanıb. Son qələbə ilə cənublular “Qarabağ”, “Neftçi”, “Qəbələ” “üçlüy”ünün qəniminə çevrilib. Bu matçadək liderlər üçün ən arzuolunmaz komanda AZAL Davamını oxu

“Xəzər Lənkəran” Qəbələ səfərində

Premyer liqanın XXI turu çərçivəsində səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün Qəbələyə yola düşüb. Matç gününə qədər Qəbələdə hazırlıq keçəcək komandamızda Adrian Pit, Rasim Ramaldanov zədə səbəbindən, Ağabala Ramazanov isə cəzalı olduğundan səfərə aparılmayıb. Xatırladaq ki, “Qəbələ”-“Xəzər Lənkəran” görüşü şənbə günü baş tutacaq. Mənbə: Lankaranfc.comDavamını oxu

“Qəbələ” ilə 23-cü görüş qabağı statistika

“Xəzər Lənkəran” komandası Premyer Liqanın XXI tur çərçivəsində fevralın 15-də səfərdə “Qəbələ” klubu ilə görüşəcək. Bu qarşılaşma cütlüyün tarixində 23-cü olacaq.Komandamız indiyə qədər “Qəbələ” ilə 20-çempionat oyununda və 2-kubok qarşılaşmasında üz-üzə gəlib ki, bunlardan 11-də qələbə qazandığı halda 6-görüşü heç-heçə bitirib. İndiyə qədər cəmi 5-oyunda komandamız “Qəbələ”yə məğlub olub. “Xəzər Lənkəran”ın “Qəbələ” klubu ilə keçirdiyi Davamını oxu

Dumanlı “Böyük Oyun”

Fevral ayının 9-da Böyük Oyun adı verilmiş və bu dəfə Lənkəranda keçiriləcək bir matçla Azərbaycan futbolu həyəcan içərisində çalxalanırdı. Bu iki komanda arasında keçirilən oyunlar hələ ki, Azərbaycan futbolunun şah əsəridir. Qoy digər komandalarımız bu ifadədən inciməsin. Çünki istəsək də istəməsək də bu belədir. Bu oyun ərəfəsində o qədər hadisələr cərəyan edir ki, adam informasiya Davamını oxu

Təlim-məşq düşərgəsi, üçüncü dövrənin ilk oyunu və lider üzərində səfər qələbəsi

“Xəzər Lənkəran” komandası son illərin uğursuzluğu girdabında, səkkizinci pillədə qış təlim-məşq toplanışı üçün adətən ənənəyə çevrilmiş Antalya məkanını seçdi. Con Toşak kimi dünya nəhənginin komandada uğursuzluğu səbəbindən, tələsik komandaya gətirilmiş, başqa bir türk əsilli dünya nəhəngi Mustafa Denizlinin gəlişi ilə təxminən eyni vaxta düşən bu təlim-məşq toplanışından azarkeşlərin gözləntiləri çox idi. Bunə səbəb də vardı. Davamını oxu

Çoxdan bəri gözlədiyimiz oyunun keçirilmə taleyi, qar və sual altındadır

Fevralın 2-də keçirilməli olan “Qarabağ”- “Xəzər-Lənkəran” görüşü təxirə salına bilər.Bu barədə məlumatı Tofiq Bəhramov adına stadionun direktoru Akif İsmayılov verib. Mərkəzi arenanın direktoru stadionun qardan təmizlənməsinin mümkün olmadığını etiraf edib: “Hazırda qazon qarla örtülüb. Biz onu təmizləmirik. Çünki, qar dayanmayıb, hələ də yağır. Gərək qarın yağması dayansın sonra biz onu təmizləyək. Hazırda -3-4 dərəcə şaxta var. Belə havada istilik Davamını oxu

“Xəzər Lənkəran” bu gün ölkə kuboku yarışlarına qoşulur (“XL-Tv” ilə Canlı izlə)

Bu gün, dekabrın 4-də, futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir. Təbii ki, 16 komandanın iştirak etdiyi bu mərhələdə keçirilən 8 matçın hamısı bu günə təsadüf edir. Azərbaycan bu kubok mövsümünə 1/16 final mərhələsi ilə başlayıb. 1/16 final mərhələsində birinci divizionun bir sıra komandaları qarşılaşıb ki, bunlardan qalib olanlar 1/8 final mərhələsinə vəsiqəni Davamını oxu

“Neftçi”nin prezidenti və kapitanı bu dəfə centlmenlik etsə də, Mahir Şükürov hazırın, naziri olmaq istədi

Bu gün Azərbaycan Superkubokunda “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” 1:2 hesabı ilə məğlub oldu. Oyundan sonra paytaxt klubunun prezienti Sadıq Sadıqov jurnalistlərin suallarını cavablandırıb. – Oyunla bağlı nə deyə bilərsiniz?  – Hər şey super idi. Ölkə başçısına, AFFA rəhbərliyinə, Naxçıvan rəhbərliyinə belə bir oyunu müqəddəs torpağımızda keçirdiklərinə görə təşəkkür edirəm. Mən də bu torpağın bir övladıyam. Davamını oxu

“Yaşıl Armada” Superkuboku Lənkərana aparacağına inanır

Premyer-liqanın son turunda “Simurq”a qalib gələn  “Xəzər  Lənkəran” rəhbərliyi komandanın Superkubok qarşılaşmasına  daha yaxşı hazırlaşması üçün üçün paytaxda qalıb “Neftçi”nin köhnə bazasında hazırlıq keçməsini daha məqsədəuyğun sayıb. Zaqatala təmsilçisi ilə matçdan sonra istirahətə buraxılan “ağ-yaşıllar” bazar günü axşam saatlarında “Modern” oteldə bir araya gəliblər. Komandanın mətbuat katibi Hüseyn Cəbrayıloğlundan aldığımız bilgiyə görə “gəmiçilər” dünən  12.00-da Davamını oxu