Buradasınız Əsas » Muzey
  • Bookmark and Share

Muzey

Hüseyn Cəbrayıloğlunun “Xəzər Lənkəran”da bir ili tamam oldu

“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun SportArena.az saytına müsahibəsi.   -“Xəzər Lənkəran”da çalışmağınızın bir ili tamam oldu. Bu bir il ərzində hansı çətinliklərlə qarşılaşdınız? -Hər bir işin müəyyən çətin tərəfi olur. Amma gözəl bir kollektivdə çalışıram və qarşıya çıxan çətinlikləri adlaya bilirəm. Birdə işdə elə də böyük çətinliklərlə qarşılaşmamışam. Futbol klubunda hər bir sahə Davamını oxu

“Xəzər Lənkəran” və “Araz-Naxçıvan”ın Lənkəranda, birgə İlaxır Çərşənbəsi

Hər dəfə ilaxır çərşənbədə azarkeşlərimiz “Xəzər Lənkəran” komandasını ziyarət edir və futbolçulara bayram sovqatı aparırlar. Əldə olunan məumata görə bu ilki çərşənbə axşamı da maraqlı anlarla yadda qalıb. Belə ki, fəal azarkeşlərimiz ənənələrinə sadiq qalaraq klubun bazasına gedib futbolçularımıza bayram sovqatlarını təqdim ediblər. Daha sonra isə fəal azarkeşlər klub rəsmiləri ilə birgə Lənkəranın “Qala” otelində məskunlaşan Davamını oxu

Mirça Rednikin uğurları davam edir

“Xəzər Lənkəran”lı azarkeşlərin sevimlisi, unudulmaz dahi baş məşqçi, Mirça Rednik Belçikanın “KAA Gent” klubunda öz heyətini formalaşdırdıqdan sonra uğurlarını davam etdirir. İki tur əvvəl “Standard” Liege kimi öz əvvəlki klubuna və heyətcə üç dəfəyə yaxın baha qiymətli futbolçulardan qurulmuş bir komanda ilə dramatik səfər görüşündən sonra meydandan 2:3-lük bir qələbə ilə ayrıldıqdan sonra, ötən həftə Davamını oxu

O, həqiqətən də dahidir!

Bir, iki nəfəri çıxmaq şərti ilə, bütün “Xəzər Lənkəran” azarkeşlərinin qəlbində öz böyüklüyü və dahiliyi ilə ömürlük isti taxt quraraq, onların komandaları ilə unudulmaz tarix yazmış rumıniyalı böyük futbol mütəxəssisi Mirça Rednik, onu sevənlərə, bu sevginin boş yerə olmadığını dir daha, bir daha isbatlamaqdadır. Komandamızdan ayrıldıqdan sonra, bir müddət istirahət edib, daha sonra vətəni Rumıniyada qısa Davamını oxu

Neftçi ilə traxtorçu

Təbrizin “Traktorsazi” futbol klubu ilk dəfə İran Kubokunu qazandığına görə bütün azərbaycanlılar bayram içindədir. Niyə də olmasın? Biz də sevinirik. Necə olsa bir Təbriz klubu bir kubok alıb və Asiya Çempionlar liqasında İranı təmsil edəcək. Görünür Azərbaycanın quzeyində yaşayanlar kimi, güneyindəkilər də futbolda nadir hallarda uğur qazandıqlarına görə bu cür qələbələr ümummilli bayrama çevrilir. Arazın Davamını oxu

Mbilla Etame və Sadio Tounkara “Xəzər Lənkəran”ın “Top-10″da!

Topaz Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vuran Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb. Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 – 1 qol, 2012/13 – 5 qol, 2013/14 – 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan Davamını oxu

Rednikin ikinci yadigarı onluğa daxil oldu

Topaz Premyer Liqasının XIX turu “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün əlamətdar olub. “Qarabağ”ın qapısına vurduğu qolla komandamıza 1:0 hesablı qələbə qazandıran arxa xətt oyunçusu “ağ-yaşıllar”ın heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolu müdafiəçini klub tarixinin ən yaxşı 17 bombardiri sırasına daxil olmasına imkan verib. Belə ki, Skarlatakeyədək klub tarixində 16 futbolçu 10 və daha çox qol Davamını oxu

Mirça Rednik üçüncü matçına çıxır (Canlı)

Biz sevimlilərimizi unutmuruq. Əfsanəvi məşqçimiz Mirça Rednik bilirsiniz ki, Belçikanın “Gent” klubunun baş məşqçisidir. Müqavilə bağladıqdan sonra yeni komandasını iki oyuna çıxarıb ki, ilk oyununda “Rasing Genk”lə 1:0 öndə olsa da, sonda 1:2 məğlub olmuşdu. Rednikin hazırki komandası olan “Gent” komandası o qədər də güclü heyətə malik deyil. Lakin buna baxmayaraq ikinci oyununda “Lokeren”lə çətin Davamını oxu

Milli qəhrəmanın adı Palmali gəmisində

Milli kahramanın adı Palmali gemisinde  Palmali Şirketler Grubu, 15 Ekim’de suya indirilecek tankerine Azerbaycan’ın milli kahramanı Mübariz İbrahimov adını verdi.  Azerbaycan milli kahramanı Mubariz İbrahimov’un adının verildiği Armada tipli tankerin Beşiktaş Tersanesi’nde üretildiği ve 15 Ekim’de suya indirilmesinin planlandığı bildirildi. 1988 doğumlu olan Mubariz İbrahimov, 2005 yılında askere gitmişti. Vatana orduda kalarak hizmet etme kararı Davamını oxu

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin “Prosport.ro” saytına müsahibəsi

– Azərbaycanda sizi nə cəlb etdi? – Burada işləmək üçün yaxşı şərtlər var. Onlar yaxşı infrastruktur qurub və futbola böyük sərmayə qoyurlar. Azərbaycanda futbolun inkişafına çalışırlar. – Komandanız indi hansı səviyyədədir? – İndi o qədər də yaxşı vəziyyətdə deyil. Bilirsiniz ki, komanda Avropa Liqasında Moldovanın “Olimpiya” klubuna məğlub olaraq, mübarizəni dayandırdı. Amma komandanın sahibi olan Davamını oxu