Bu günki qələbə, bizə hava və su kimi lazımdır. Bu həm də Elnur Abdullayevin 100-cü oyunu olacaq (Video)

Bu gün döğma divarlar arasında çox məsul bir oyuna çıxacaq “Xəzər Lənkəran” qalibiyyət seriyasını davam etdirməlidir. Niyə məsul oyun deyirik. Bilirsiniz ki, əvvəlcədən təqvimdən də  bəlli olduğu kimi, “Xəzər Lənkəran” ardıcıl olaraq, ilk üçlükdə qərarlaşmış komandalarla görüşdü. Bunlardan maxsimum da olmasa, iki çətin səfər qələbəsi və evdə çətin oyun sonrası tarazlıqla ayrıldığı bir oyun vardı. III dövrə başlamamışdan da bu bilinirdi və məşqçilərimiz komandanı, görünür maksimum bu oyunlara hərtərəfli hazırlaya bilmişdi. Bu hazırlıqların içində oyunların gedişində də aydın oldu ki, psixoloji hazırlığa xüsusi diqqət yetirmişdi, Mustafa Denizli.
İndi, ilk üçlük sindromuna maksimum motivasiya, bu oyunlardakı müvəffəqiyyətdən sonra süstələ bilər. Belədə komandamız meydna nisbətən arxayın çıxacaqsa, bu bizim bəlamıza çevrilə bilər və yenə uzunmüddətli depressiya halları komandanı öz təsiri altına sala bilər ki, bu fikri heç yaxın buraxmamağımız lazımdır. Çempionatı hissə-hissə bölmək, motivasiya baxımından köməyə çatsa da ümumi müvəffəqiyyəti buna qurban vermək olmaz! İndi daha bir motivasion fikirlə oyuna çıxmaq lazımdır. Bu gün “Bakı” ilə növbəti tur isə “İnter”lə qarşılaşacağıq. Hər iki rəqib bizdən üst pillələrdədir və 36 xala malikdirlər. Bizim isə 29-xalımız var. Bu gün qalib gələcəyimiz təqdirdə xallarımızı 32-yə çatdıra bilərik və “İnter”lə oyunda da qalib gəlsək, bu da növbəti 3-xal kimi hesabımıza yazılar və xallarımızı 35-ə çatdıra bilərik.
Göründüyü kimi bu iki tur qələbəsi belə, indi 36-xala malik rəqiblərimizə çatmaqda bizə hələ bəs etmir. Arzuladığımız nəticə bizə ancaq bu rəqiblərimizə yaxınlaşmağa bəs edir ki, növbəti turlarda xal ehtiyatı baxımından daha irəli gedə bilsək, o, cümlədən rəqiblərimiz bizdən başqa oyunlarda da xal itkisinə məruz qalarsa, mümkün iddiamızı davam etdirə bilərik. Allah eləməmiş, burda xal itkisi olarsa, onlara çatmağımız çox çətinləşəcək. Bu psixoloji motivasiya ilə komandamız oyuna hazır olmalıdır.
Bu arada “Bakı”nın futbolçusu Cavid İmamverdiyev, klubunun saytına açıqlama verərək, keçmiş komandası “Neftçi”yə qol vurmasından və eyni zamanda Lənkəranda oynamağın çətinliyindən danışıb ki, bu da azarkeşlərin basqısı ilə bağlıdır. Gəlin bütün sivil qaydalarla stadionu onlar üçün cəhənnəmə çevirək. Bu yolda azarkeşlər asayişi, əmin amanlığı tam qorumaq şərti ilə, sırf futbol baxımından rəqib üçün cəhənnəm ab-havası yaratmalıdır ki, vacib olan xalları hesabımıza yazdıra bilək. Komandamıza isə möhtəşəm dəstəklə, irəli getməsinə yol açaq!

3 thoughts on “Bu günki qələbə, bizə hava və su kimi lazımdır. Bu həm də Elnur Abdullayevin 100-cü oyunu olacaq (Video)”

  1. Komandamiza ugurlar. Inshaallah bugun sevinerik.
    *****
    İnanın ki, həyəcan indidən çox yüksək səviyyəyə qalxıb.

  2. “Baki” kamandasi bizə arzuolunan kamanda olmayib.Lakin indi fərqli duşunmək lazimdir.Kamandamiz istənilən kamandani məqlub etməyə qadirdir.Bu gun kamandamizin böyukhesabli qalibiyyət seriyasi başlayacaq.Ən azi uc cavabsiz top kamandamizdan gözləyirəm.Real baxandada kamandamizin ustunluyu bunu təsdiq edir.Bir qalir bunu meydanda həyata kecirtmək.
    *XƏZƏR_LƏNKƏRAN* 3 : 0 *BAKİ*

Comments are closed.