Buradasınız Əsas » Xəbər » Bu gün “Xəzər Lənkəran”-“Rəvan”! Turun nəticələri (Yenilənib)
  • Bookmark and Share

Bu gün “Xəzər Lənkəran”-“Rəvan”! Turun nəticələri (Yenilənib) 

XL-Revan

Dünən  açılışı olan Premyer Liqanın XVII turu çərçivəsində iki oyun keçirilib. Bu oyunlar “Simurq” – AZAL “İnter” –  “Sumqayıt” oyunları olub ki, müvafiq olaraq 3:02:0 ev sahiblərinin qələsi ilə yekunlaşıb. Bu qələbələr isə bizdən xal ehtiyatına görə irəlidə olan “İnter” və “Simurq”u bir az da irəli apararaq “Xəzər Lənkəran”ı arxada buraxıb. Komandamız bu günə qədər 16 turda cəmi 16 xal toplayıb ki, bu da çox aşağı göstərici sayılır. Bu gün, dekabrın 15-də turun qalan 3 oyunu keçiriləcək ki, “Xəzər Lənkəran” doğma meydanda “Rəvan” klubunu qəbul edəcək. Daha iki oyunda isə “Neftçi” “Qəbələ”ni və “Bakı isə “Qarabağ”ı sınağa çəkəcək.

Artıq, 14:00-da başlayan “Bakı” – “Qarabağ” oyunu da bitdi. Matç medan sahiblərinin minimal fərqli qələbəsi ilə yekunlaşıb, 2:1.

18:00-da başlayan və artıq final fiti səsləndirilən “Nefçi” – “Qəbələ” oyunu da meydan sahiblərinin eyni hesablı qələbəsi ilə yekunlaşdı, 2:1

“Fırtınalar meydanı”nda saat 16:00-da Rauf Cabbarovun fiti ilə qarşılaşma start götürəcək, ona laysmanlar Namiq Hüseynov və İsgəndər Əliyev, eləcə də dördüncü hakim Fərid Məmmədov yardım edəcəklər. Köməkçi hakimlər: Ömər Paşayev və Ramil Əhmədov da qapı arxasında duraraq, mübahisəli məsələlərdə baş hakimə kömək edəcəklər. Komandamızın bu ev oyunu  heç bir televiziya kanalı ilə translyasiya olunmayacaq. Oyun yalnız  “Xəzər Lənkəran” klubunun rəsmi saytı vasitəsi ilə canlı nümayiş olunacaq.

 “Xəzər Lənkəran” – “Rəvan” oyunu komandamızın minimal hesablı qələbəsi ilə bitincə, 1:0, xal ehtiyatımız 19-a çatdı və turnir cədvəlində aşağıdakı mənzərə yarandı:

17-ci tur cedvel

12 Şərh yazıya: Bu gün “Xəzər Lənkəran”-“Rəvan”! Turun nəticələri (Yenilənib)

  1. Zefer Lerikli

    Mirhafiz muəllim!.Məni bir mövzu maraqlandirir.Elnur Abdullayev haqinda video nə bosman.az , nədə 12cioyuncu saytda yerləşdirmədi.bunun səbəbi dunəndən məni narahat edir.Bəlkə dolayida olsa mənə bir ipucu verəsiniz. Nə baş verib, bilmirəm?
    *****
    Zəfər bəy, sizi salamlayırıq. Amma dünən göndərdiyiniz linkdən biz də bir şey anlamadıq və bu səbəbdən onu sayta buraxmadıq. İstəsəniz indi o linki sayta buraxarıq. Amma özünüz də baxıb məsələyə aydınlıq gətirərdiniz, zəhmət olmasa. Həmin link müvafiq yazıda şərh yerində sayta buraxıldı.

     
  2. van persi

    xezer3-0revan

     
  3. Zefer Lerikli

    Muellim!-Birinci hissəni rahatliqla bosman.az saytimizdan izlədim.Yenə hucumda problemlər və həlledici anda top itkiləri.Bu problemlər həll olunmaq bilmir.Görunən odur ki kamandamizda futbolcularimiz topu saxlamaği bacarmirlar.Rəvan vuruşur amma kamandamizdan zəif görsənir.Birinci dövrədə Bayilda bu kamandalarin oynunda cəkiliş etmişdim.Həmin vaxt kamandalar bərabər gucdə görsənirdilər.Sahin Diniyev inciməsin, -Rəvandada islahat aparmaq lazimdir.Xəzərdə sadəcə olaraq öz meydaninda oynayir deyə,-cuzi ustunluyu hiss olunur.Matc şərh olunmasada azarkeşlərimiz möhtəşəmdir.
    *****
    Həmin çəkiliş yadımdadır. Onu demək istəyirəm ki, indiki “Rəvan” o vaxtkından qətiyyətli görünür. Buna baxmayaraq, bir neçə dəfə müdafiədə komandamıza boşluq verdi. Lakin ilk hissədə nə Tounkara və ikinci hissədə də Nildo bu boşluqlardan yararlana bilmədi. Komandamızda əzmkarlıq artsa da, hələ dəqiq ötürmələrin sayı minimumdur.

     
  4. Zefer Lerikli

    Oynun ikinci hissəsi hər meydanda baş verən mubarizəni aciq göz önunə qoydu.Kamandamiz zəifdir, top saxlamaği bacarmir.Ikinci hissədə fiziki hazirliqda kamandamiz uduzurdu və vaxt aparmaqla oynun vaxtini almağa calişirdi.Kamandamizda aparici oyunculara ehtiyacimiz coxdur.Qişda lazimi transferlər olmalidir və mutləqdir.

     
  5. Zefer Lerikli

    Bu qələbə munasibətilə Sizi və butun azarkeşlərimizi təbrik edir, kamandamizim getdikcə guclənib növbəti qələbələr qazanmaqla camiəmizi sevindirməyi arzu edirəm!

     
  6. Qabil

    Hanınızı Salamlayıram! İndicə futboldan gəldim. Baxmayaraq ki, hesab minimal oldu amma, oyun məni qane etdi. Əvvəla komandamızın faktiki durumunda bizə mütləq qələbə qazanmaq lazım idi, qazandıq. “Sumqayıt”la oyunda da qələbə qazansaq heç olmazsa itirilmiş xalların yerini az da olsa doldurarıq. Qaldı komandada olan çatışmamazlıqlara, İnşallah Mustafa bəy qış fasiləsində lazım olan mövqelərə səviyyəli oyunçular gətirməklə həmən boşluqları doldura bilər.

     

Şərh əlavə et


9 − beş =