Buradasınız Əsas » Bosman » “Bosman” mövqeyi!
  • Bookmark and Share

“Bosman” mövqeyi! 

fotoğraf

Düz on il əvvəl bir şad xəbər futbolsevərləri istiliyi ilə ovutdu. Əbəs deyildi… Ölkədə sovet rejimindən sonra pərakəndə vəziyyətə düşmüş futbol ciddi sıçrayış yolunu tutmuşdu. Belə ki, bir neçə ciddi maliyyə imkanlarına malik təşkilat yeni dövrün qaydalarına uyğun futbola sərmayə qoyacaqdı. Təbii ki, ölkə futbolunda əsl Avropa və dünya idman prinsiplərinə uyğun sağlam və barışmaz futbol görəcəydik. Futbolla yaşayan və bu idman növünə hədsiz bağlı olan insanlar üçün bunun nə olduğunu demək, artıq olar. Bir ara bu idman maraqlarına görə uzaq və yaxın xarici ölkə klublarına meylini salmış bütün təbəqələrdən olan insanların diqqəti ölkə içinə yönələcəydi. Xarici futbola əlçatmaz bir xəyal kimi baxan insanlar üçün xüsusən 2004-cü ilin futbol sıçrayışı bir tarix olaraq qalacaq.

Bu inkişaf ölkənin bütün ərazisini əhatə edərək Bakıda, Lənkəranda, Gəncədə, Tovuzda, Qəbələdə, Sumqayıtda, Zaqatalada, İmişlidə, indi Naxçıvanda və bir çox şəhər və rayonlarımızda əsaslı bərpa və təşəkkül tapmalı idi. Həqiqətən futbola maraq göstərən ciddi təşkilatlar ölkənin göstərilən ərazilərində elə ciddi işlərə də başladılar. Müxtəlif yerlərdə stadionlar və futbol adına infrastrukturlar inşa edildi, komandalar yaradıldı ki, bunun da ən nümunəvi olanlarından biri Lənkəran şəhərində təşkil edildi.

Bir lənkəranlı və bu idman növünə hədsiz bağlı olan insanlar kimi həmin dövrdə sevincimizin həddi hüdudu yox idi. Sanki ən əziz bayramlardan biri kimi hamı bir-birini təbrik edir, bir-birinə gözaydınlığı verirdi. Futbol təsislərinin sürətli və ciddi olaraq qurulması, gözəl futbol gələcəyi vəd etdiyindən o vaxtlar bunun insanda yarada biləcək xoşbəxtliyi ifadə etmək üçün isə indi səhifələr belə azlıq edər.

Lənkəranda futbol xeyli əvvələ, rəsmi futbol isə sovet dövrünə aiddir. Bu o dövr idi ki, bütün dünyada futbol az fərqlə, əsasən həmin dövrdə təşəkkül tapmışdı.  Bəli, XX əsrin ortalarında Lənkəranda rəsmi futbol və o vaxtın tələblərinə cavab verən 12-13 minlik stadion artıq var idi. SSRİ Futbol Çempionatının II Liqasının zaman-zaman IV və IX zonalarında (zona anlayışı kateqoriya olmayıb, sadəcə coğrafi xarakter daşıyırdı) mübarizə aparan, elə o zamanlar da Azərbaycanı şərəflə təmsil edən iddialı və döyüşkən “Xəzər” adlı komandası var idi.

Biz, Lənkəran futbolunun, onun “Xəzər” komandasının azarkeşləri 2004-cü ildə, indiki “Xəzər Lənkəran”  klubunun təsis edilməsindən hədsiz məmnun olduq.  O zaman çox arzulayırdıq ki, bu yeni təsis edilmiş klub Lənkəran futbolunu layiqincə ölkəmizdə və beynəlxalq arenada təmsil etsin. Bunun üçün kifayət qədər əsas da var idi. Çünki kluba sponsorluq edən şirkət geniş imkanlara malik və özünü çox sahələrdə doğrultmuş bir qurum idi. Elə ilk ilindəcə necə bir iddialı komanda və futbol təsisləri yaratmaqla bu iddiasını ortaya qoydu. Amma bu hələ futbolu anlayan adamlar üçün hər şey demək deyildi. Daha sonralar isə bu yöndə kifayət qədər çoxşaxəli addımlar atan komandanın artıq öz prinsipləri ortaya çıxınca, daha da ürəkləri fəth etməyə başladı. Komandanın öz iddialı dəst-xətti, uşaq futboluna diqqət ayırması, aşağı yaş qrupları üzrə komandaların təşkili, təməl prinsipləri, transfer siyasətini ortaya qoyunca, artıq futbolu anlayanların da qəlbinə yol tapdı. Həmin dövr xarici futbolda əlçatmaz isimlərin, futbolçu və mütəxəssislərin “Xəzər Lənkəran”a gətirilməsi, elə ölkə futbolu adına da yeniliklər idi ki, bu komanda gün-gündən daha çox qəlbləri fəth etməyə başlamışdı. Çünki burada əsl futbol baxımından işlər gedirdi.

Bütün bu işlərə önəm verən və qiymətləndirən Lənkəran futbolunun azarkeşləri kimi bu ciddi komandaya dəstək olmaq üçün biz bir qrup ziyalı azarkeşlər “Bosman” fanklubunu təsis etdik. Biz bu fanat qurumu ilə komandaya bacardığımız dəstəyi verdik, döyüşdük və bununla da fəxr edirik. Məqsədimiz həyat yolumuzda da göründü. Lənkəran futboluna və onu təmsil etmə gücündə olan “Xəzər Lənkəran” klubuna sevgidən başqa, hər hansı marağımızın olduğunu da heç bir nə şəxs, nə də bir fakt, deyə bilməz. Bir futbol klubuna azarkeş tərəfindən nə cür dəstək vermək mümkünsə, onu da “Xəzər Lənkəran”a verdik və bunu saf sevgiylə etdik. Lakin fəaliyyətimiz bununla da məhdudlaşmadı. Ölkə futbolunda əmin-amanlıq, azarkeş intriqalarının aradan qaldırılmasında müstəsna fanat hərəkatı ilə və çoxşaxəli işlərimizlə yadda qaldıq.

Amma bir müddət sonra, könül verdiyimiz komandada haqsızlıqlar, sağlam idmanla uzlaşmayan qəribəliklər baş verdi. Bir müddət bütün bunların aradan qaldırılması yönündə fəaliyyət göstərdik. Bütün bunlara baxmayaraq, klubda geriləmələr səngisə də dayanmadı. Son iki mövsüm klubun tarixinə çox pis nəticələrlə yazıldı. Kluba dünya şöhrətli mütəxəssislər gətirilsə də son iki mövsüm nə iddialı komanda qurula bildi, nə də nəticələr ürək açan oldu. Bunu son iki mövsümün turnir cədvəli də təsdiq edir. Buna baxmayaraq, çətin gündür deyə, daim komandanın yanında olduq. Lakin klub bütün təməl prinsipləri sanki unutmuş kimi davrandı. Aşağı yaş qruplarında bir çox futbolçuların idmançıya yaraşmayan həyat tərzinə qurşanması, əsas heyətə ölkədə belə heç bir kluba lazım olmayan legioner futbolçulara qucaq açılması, klubun daxili işlərində kənar müdaxilələrə boyun əymə və sair təməl prinsiplərin tapdanması sonda gətirib bu barışmaz duruma çıxardı. Bir müddət əvvəl ölkə idman ictimaiyyətini öz transferləri ilə təəccübləndirən və ölkə klublarının güclü legionerlərimizə elçi belə düşmələrinə gətirib çıxarmanın əksinə olaraq, indi komanda həmin klublara lazım olmayan legionerlərə möhtac olmasının səbəbi belə anlaşılan deyil. Bütün prinsiplər tapdanarsa, bu günki durum heç də gözlənilməz deyildi.

Son mövsümü də uğursuz tamamlayan komanda baş məşqçisindən imtina etdi. Məhz bu imtinadan sonra və yığılıb qalaqlanmış problemlərdən qurtarmaq üçün baş məşqçi seçimində yaranmış tarixi şəraiti düzgün dəyərləndirmək naminə klubun fəxri prezidenti və sahibi Mübariz Mənsimova müraciət ünvanlandı. Müraciəti bir çox fanklublarla birlikdə “Xəzər” (Lənkəran) veteranları və bir çox elm adamları və ziyalılar imzalamışdı. Lakin absurd iddialar ortaya atıb müraciəti şübhə altına salmaq istəyənlər də oldu. Məhz belə iddiaların klubun sahibinə təsir edə biləcəyini nəzərə alıb, bu dəfə iki fanat qurumunun imzası ilə daha səmimi və arqumentlərlə dolu ikinci müraciət imzalandı. İkinci müraciət “12-ci Oyunçu” azarkeş qrupu və “Bosman” fanklubu adından göndərildi. Bu imzaları bir daha təsdiq etmək üçün edildi. Göründüyü kimi komandada problemlərin bitməsini və tükənməsini istəməyənlərin cəhdlərinə son ana qədər adekvat addımlar atıldı ki, daha bundan artığını etmək mümkün deyildi.

Məşqçi seçimini məhz klubun sahibi edir, iddiaları vardı deyə müraciətimiz də həmin ünvana göndərildi. Lakin son məşqçi təyinatı heç də müraciətimizə məhəl qoyulmadığını göstərdi. Xeyli alim və ziyalının müraciətinə nə cavab gəldi, nə də əməldə əksini tapdı. Bunu komanda üçün son ana qədər vuruşanlara bir hörmətsizlik və sayğısızlıq kimi qiymətləndiririk və Lənkəran futbolu naminə qoşulduğumuz fanat hərəkatının nümunəsi olan “Bosman”ın, “Xəzər Lənkəran” fəaliyyətinə son verməyi qərara alırıq.

Amma nə “Bosman” fanklubunu nə də onun nəşri olan “Bosman.az” saytını “Xəzər Lənkəran” yaratmayıb. Bu mənada biz fəaliyyətimizi qoşulduğumuz məramla davam etdirəcəyik. Lənkəranın “Xəzər” komandası, onun tarixi, canlı əfsanələrinin xatirələri ilə vaxtaşırı görüşünüzə gələcəyik. Biz hər hansı şəxsə və ya şirkətə görə “Bosman”ı təsis etmədik. “Bosman” Lənkəran futboluna xidmətini davam etdirəcək!

 

“Bosman” fanklubu İH        08. 06. 2014

12 Şərh yazıya: “Bosman” mövqeyi!

  1. Tənqidci

    Bosman yaşayacaq və bosman fəaliyyətini həmişə davam etdirəcəkdir.
    İndi fikirləşmək gecdir.Nəyə layiq olduğumuzu bildirdik.Bundan sonra nəyə layiq olduğumuzu qoy görsunlər. Əlvida “XƏZƏR LƏNKƏRAN”! Həmişə səninlə olsamda ,hələlik məni səndən ayri saldilar.Sən yenə mənə qovuşarsan, mən buna cəhd etməsəmdə. Göruşərik bir gun! Kaş o gun uduzan mən olaydim.

     
  2. Rəşidov Vaqif

    Oxudum..çox üzüldüm.
    Deməyə SÖZ bitib,həyat davam edir…
    İnşallah gözəl başlanğıcılrla sizi təbrik edirəm.Çalışaram bu işdə bacardığım qədər sizə köməim dəysin.

    Dünya birincliyi başlayır,sizə gözəl həyacan dolu dəqiqələr arzu edirəm.Özüm Belçikaya azarkeşlik edəciyəm..)

     
  3. Qabil

    Salam, Mirhafiz müəllim! “BOSMAN”ın “Xəzər Lənkəran” fəaliyyətinin dayandırmasını bir köhnə “Xəzər”li kimi, lənkəranlı kimi və nəhayət “Bosman”ın bir izləyicisi kimi təəssüf hissiylə qarşıladım. Amma, bütün hadisələrin gedişini nəzərə alıb Sizə haqq qazandırır və düzgün qərarınızı müdafiə edirəm. Çünki, “Bosman”ın “Xəzər Lənkəran üçün təmənnasız etdiklərinin qarşılığında “Xəzər Lənkəran”ın Sizlərə qarşı atdığı addımlar heç bir humanizm prinsiplərinə sığmır. Sevinirəm, ona görə ki, əski “Xəzər”imizin tarixini,onun canlı əfsanələrini gündəmə gətirməklə yenidən yaddaşları təzələyəcəksiz. Buna görə də “Bosman”ın kollektivinə, başda Siz olmaqla, qabaqcadan təşəkkür edirəm!
    *****
    Çox sağ olun, Qabil bəy!

     
  4. Demir Agaci

    Uzucu olsada her seyde bir hikmet var…Biz, “Bosman” fan klubu, xususile Mirhafiz Bey, deyerli vaxtini, canini, ureyini Xezer Lenkeran ucun serf etdi… Eger butun bunlari qiymetlendire bilmedilerse…cox heyf… Yadima “Yaxsiliq et at denize, baliq bilmezse Xaliq biler” ifadesi dusdu. “Bosman” ne edibse ilk olaraq Allah rizasi ucun sonra da Lenkeran ucun edib…Hemise de Lenkeran ucun elimizden geleni edeceyik…Elvida

     
  5. MALIK

    Bu xeber uzucu de olsa duz addimdir.. Azadliq ustunde tarixde minlerle insanlar qirilib. Amma biz yasayaraq subut etmisik ve edeceyik ki, LENKERAN FUTBOLU namine her seyi etmisik ve edeceyik. Yeni BOSMAN-fk bu addimla oz dusunce azadligini ve hec kimden asli olmadigini subut etdi…

     
  6. R..S

    Sizin qərarınıza hörmətlə yanaşıram.Amma çox təssüf edirəm .Çünki biz “bosman”la göğmalaşmışdıq.Sizin kimi insanla həmsöhbət olmaq insanı daha da saflaşdırırdı, çünki sizin yazılarınız və şərhlərə verilən cavablar bir bulağdı, bizdə bu bulağın suyunu içirdik .Mən bu çeşmənin daim axmasını və daha da gurlaşmasını istəyirdim.Bilmirəm sanki qol-qanadımız sınmış kimiyik.
    Öz adımdsn sizə təşşükkür edir və sizin kimi ziyalı sözün həqiqi mənasınds ziyalı bir insanla qiyabi də olsa tanışlığı , özüm üçün fəxr bilirəm.
    Daş zərli kasanı sındırsa əgər,
    Artarmı daş, əskilərmi zər?
    *****
    Biz, yaxın günlərdə start götürəcək DÇ-2014-ü diqqətdə saxlayacağıq. Saytımız, daha doğrusu saytınız fəaliyyətdə olacaq. DÇ-2014-dən sonra isə həm Lənkəran futboluna dair fəaliyyətimizi davam etdirəcəyik və həm də futbol qaydaları haqqında maarifləndirmə işimizlə, dünya futbolu haqda dəyərli materiallarımızla görüşünüzə gələcəyik. Odur ki, darıxmağa heç bir əsas yoxdur. Bizə və saytımıza önəm verdiyiniz üçün sizə təşəkkür edərək, həm də onu bildirmək istəyirik ki, saytımızın mənəvi qazancı olan insanlardan biri kimi qiymətləndirilirsiniz!

    Daş zərli kasanı cismən sındırar,
    Lakin zərin gücü, daşı yandırar.
    Bəs, bu alov gücü, kasada hardan?
    Yanğı əvəzi var saf suda,.. ondan!

     
    • Tənqidci

      Muəllim salam!-Bu şer parçasindan şərhimdə istifadə etdim. Halal edin lutvən.Çox böyuk mənalar bu dörd sətirdə cəmlənib.
      *****
      Buyurun!

       
  7. rakif

    Salam,Doktor.Qərar vermək sizin haqqınızdır.Buna mudaxilə etməyə heçkimin hüququ çatmır.Bu qərar məni və mənim kimi bir çox xəzərsevərləri üzdü.Mən şəxsən bu qərarı dəstəkləmirəm.Bu da sizə olan böyük hörmətimdən irəli gəlir.
    *****
    Çox sağ olun, Rakif bəy.

     
  8. Tənqidci

    Salam əziz sayt istifadəçiləri !
    Son gunlər bəzi insanlar özunun kluba yaxin olmağini açiq surətdə biruzə verməkdədirlər.Bu onlarin şərhlərində açiq sezilməkdədir.Belə ki, hər kəsin sərbəst ifadə azadliği var. Bu gun əgər mən ziyalilarimizin, ağsaqqallarimizin ,alimlərimizin muraciətinə hörmətsizliklə yanaşan klub rəhbərlərini mudafiə edirəmsə, tutulan azarkeşlərimizin və onlarin yaxinlarinin göz yaşlarini kimlərinsə boynuna qoymaqla və kimlərisə bu işdə imza toplamağa sövq etmək istəyirəmsə , deməli , mənim şəxsi maraqlarim var.

    Bu gun mən və mənim fikrimdə olan insanlarin əksəriyyəti “Xəzər Lənkəran” klubunun addimini yanliş sayirlar.Bunun uçun kuçəyə çixib hər kəs azarkeşlərdən sorğu keçirdə bilər. Hər on nəfərdən 8 nəfəri Oğuz Biçərkimilərin fəaliyyətinə yox!-deyir.O insanlar ki , xəyanətə yox deyirlərsə , elə bu gundən klub rəhbərlərin fəaliyyətinidə dəstəkləmirlər.
    Bu gun heç kim butun camiyyə adindan danişa bilməz.Mən sadəcə 10 nəfərdən danişdim.Amma tarixi köklərdən və adət-ənənələrimizdən miras qalan yaxin və uzaq keçmişdən obyektiv və qərəzsiz hər kəs heç bir dəyişilik etmədən kitablar yaza bilər və yazan alimlərimizdə var.
    Bu gun futboldan kənar olaraq- xadimə Rednik uçun ağlayirsa , onda Rednik elə o xadimənin qardaşidir.Bu gun əgər Rednikin stadionun qapisinda pişiklərə mehriban munasibətini görurəmsə, onda mərdlik, insanliq, ləyaqət ,haqqsiz insanlara qarşi mubarizlik kimi xususiyyətlər varsa –onda Rednik mənim qardaşimdir.Bu mənəvi qardaşliqdan anlamayanlar, heç nəyi anlamayib və anlamaqda da çətinlik çəkərlər.
    Rednik getsin öz ölkəsində işləsin.Oğuz Biçərkimi xainlər gəlsin ki, bu boyda muraciətin arxasindaki insanlar sussun!- Bu mumkun deyil.Biz “Xəzər Lənkəran” kamandasini kiminsə varina görə sevməmişik.Biz “Xəzər Lənkəran” kamandasina azarkeşlik edəndə duşunməmişdik ki, Lerikliyəm ,Masallidanan, Lənkəranliyam yoxsa Ağdaşliyam?.-Biz mənən sevdik. və indidə cənubda futbolun inkişafina mane olanlara yerini deyərik.Maddiyyatla çox şey əldə etmək olar amma azarkeş sevğisini pulla alan tarix boyu olmayacaq.Əgər kimsə özunu aldadirsa ,yenə öz işidir.Duşunməsin ki, hamini allada bilər.Indiki anda Rednik arxa planda qalib.Bunu hami anlayir.Kimi gətiriblərsə yenə öz işləridir.Bəs mənliyə ,kişiliyə, ağsaqqalliğa, böyukluyə nə sözunuz?
    “Bosman”.az sayti bu haqsizliqlara dözə bilmədi.Bizim hansi birimizin bu sayt qədər xidmətləri olub ki..?-İndi bilin.Bu sevgi kasasi olan “Xəzər Lənkəran” nə deməkdir:

    Daş zərli kasanı cismən sındırar,
    Lakin zərin gücü, daşı yandırar.
    Bəs, bu alov gücü, kasada hardan?
    Saf su içib ondan, minlərlə insan!

    Bu gundə də mən Azərbaycan kimi bir dövlətimin vətəndaşi kimi talişliğimla fəxr edirəm, keçmişimlədə fəxr etmişəm və bundan sonrada fəxr edərəm.Heç kimə ixtiyar verilməyib ki, indi futbolu siyasətə qatsin.!

    Kimə sərf edirsə yol açiqdir.O klub rəhbərliyi, oda siz! Biz həmişə “Xəzər Lənkəran”la olmuşuq.İndi isə:
    Bizimlə deyilsənsə, bəs kiminləsən “Xəzər Lənkəran”?..

     
  9. R..S

    Dəyər verdiyiniz üçün səmimi minnətdarlığımı bildirirəm .Dəyərli bir insandan bu sözləri eşitmək, əvəsəzisiz hədiyyə kimi qəbul edirəm.Allahdan sizə xoş günlər arzulayıram
    Bu xəbər sevinclə qarşıladım.İnşAllah yazlıarınızı gözləyəcəhik.
    Dünya çempianatına gəldikdə isə bu futbolsevərlər üçün bir bayramdır .Xorvatiya komandası oyunu çox xoşuma gəlir.Deməzdim təkcə bir komandaya azarkeşlık edəcəyəm.Argentina (Messiyə görə) İspaniya, İngiltə, və Almaniya bu komandaıada da azrkeşlik edəcəyəm.çoz təssüf ki həmin vaxt sayt işləməyəcək , gözəl oyunlar barədə fikrlərimizi bölüşərdik.yaxşı ki 12ci oyunçu çalışacaq , yoxsa lap darıxdırıcı olardı .Allah sizləri qorusun.Amin!.
    *****
    Təşəkkür edərək, bir daha bildirirəm ki, sayt fəaliyyətinə davam edəcək.

     
  10. Qabil

    Salam, axşamınız xeyir Mirhafiz müəllim! Bir neçə gündür ki, “Bosman.az” “Xəzər Lənkəran” naminə öz fəaliyyətini dayandırması ilə əlaqədar, özümdə bir boşluq hiss edirəm. Amma buna baxmayaraq “Bosman”ın çıxardığı qərarı indiki zaman üçün düzgün qiymətləndirirəm və başda Siz olmaqla “Bosman”ın qərarını müdafiə edirəm. Sizinlə qiyabi də olsa fikrimi bölüşmək, mənə xüsusi zövq verirdi və buna görə Sizlərə minnətdaram. Onu da əlavə edim ki, çox çəkməz haqq-ədalət öz yerini tapacaq!
    *****
    Təşəkkür edirəm, Qabil bəy! Hər kəsin mövqeyinə hörmətlə yanaşmaq, ilk öncə özünə hörmət edən adamın əxlaqi dəyərlərindəndir. Amma bu mövqeyi olanlara aiddir. Vay o gündən ki, balanslaşdırma adı altında dəyişkən mövqe yəni mövqesizlik göstərər. Siz dəyərli insansınız. Təşəkkürlər!

     
  11. 5R..S

    Salam.Mirhafuz bəy.yəqin ki istilərhamlnı oçdjğu kimi sizi də istirahətə məcbur edib.
    Saytın fəaliyyətındə gecikmələr olur.
    Olanlardan sonra şərh yaxmağa əl gəlmir Çjrkinlikləri görüb soyumuşuq komandadan.Hər yay fasiləsində necə həvəslə maraqlanır və yazırdıq.Düzdü desəm tam olaraq maraqlanmıram yalan olar.İslam bəyin yazdılarını oxuyuram .lakin fikir bidirmək istəmirəm.Bəzən fikir bölüşmək ehtiycı olur.İslAm bəy sağlamlığı normal olmadığı üçün ona əziyyət vermək istəmirəm.
    Siz isə bu barədə mövqeyinizi bildirdiyinizə görə qalram çarəsiz.
    Bunları yazıb bölüşmək istədim.Çox təssüf ki azarkeşləri susdururlar.İnsAllah ümidimizi üzmürük .
    BİR deyim var “hər şey pisdirsə , demək son deyil.son yaxşı olmalıdır,”
    *****
    Sizi salamlayıram! Allah bu əziz və müqəddəs Ramazan günlərinin xatirinə hamımızın axırını xeyirli eləsin İnşallah!

     

Reply to Tənqidci


dörd − 3 =