Buradasınız Əsas » Bosman » “Bosman” fanklubu Mirça Redniki 52-ci doğum günü münasibəti ilə təbrik etdi!
  • Bookmark and Share

“Bosman” fanklubu Mirça Redniki 52-ci doğum günü münasibəti ilə təbrik etdi! 

rednic_la_debut

Bu gün “Xəzər Lənkəran” azarkeşinin heç vaxt unutmayacağı dahi mütəxəssis, gözəl insan Mirça Rednikin 52 yaşı tamam olur. Mirça Rednik bizimlə təxminən bir il müddətində birgə oldu ki, bu bir ildə sanki onunla bərabər 100 ilin həyəcanını yaşadıq. Bu bir ildə biz əsl futbolun nə demək olduğunu, əsl futbol həyəcanının necə yaşandığını dərk etdik və əsl həqiqətdə biz bir il əsl futbolla yaşadıq. Bütün bunlara görə də Mirça Rednik heç zaman unudulmayacaq.

Bu gün “Bosman” fanklubunun Polşa Respublikasındakı üzvü İdrak Muradov bu münasibətlə “KAA Gent” klubunun başında, Belçikada fəaliyyət göstərən Mirça Redniklə telefon əlaqəsi yaradaraq onu doğum günü münasibəti ilə həm fanklubumuz adından və həm də bütün “Xəzər Lənkəran” azarkeşləri adından təbrik edib.

Sizinlə, 2011-ci il Aprelin 9-da Mirça Rednik hələ bizimlə olarkən “Qarabağ”la oyun öncəsi Suraxanı qəsəbə stadionundakı son məşqdə  “Bosman” fanklubunun üzvlərinin məşqdə iştirak edərək və məşq sonrası Mirça Redniki təbrik etdikləri anları bir də xatırlayaq:

rednik_ad_gunu

 Bildiyiniz kimi bu gün komandamızın baş məşqçisi Mirça Rednikin doğum günüdür. Bu münasibətlə artıq Mirça Redniki saytımızda təbrik etdiyimizdən xəbərdarsız. “Bosman” fanklubu bununla kifayətlənməyərək sabah “Qarabağ”la XXVI tur oyununun bu gün son hazırlığına Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda son məşqinə çıxmış “Xəzər Lənkəran”ın həm məşqini izləmiş həm də bu fürsətdən istifadə edərək baş məşqçimiz Mirça Redniki şəxsən təbrik etmişdir. Fanklubumuzun nümayəndə heyəti Mirça Rednikə onun fotoşəkli və təbrik mətni olan xüsusi çərçivədə hazırlanmış xatirə hədiyyəsi və üzərində “Happy Birthday mr. Mircea Rednic” yazılmış “Ağ-yaşıl” rənglərə boyanmış tort hədiyyə etmişdir.

            “Qarabağ”la məsul oyunöncəsi komandamıza və onun baş məşqçisi Mirça Rednikə bir dəstək nümayiş etdirən fanklubumuzun nümayəndə heyəti onunla söhbətdə komandamızın bugünki günü ilə fəxr etdiklərini çatdırmış və hələ Mirça Redniklə Azərbaycanda həmçinin Avropada “Xəzər Lənkəran”ın daha böyük uğurlar əldə edəcəyinə ümidvar olduqlarını dilə gətirmişlər. Həmçinin nümayəndə heyəti “Bugünki reallıqları bilirik və görürük. Sizin komandaya gətirdiyiniz yeni oyun uslubunu, bəxş etdiyiniz ruhu və göstərdiyiniz nəticələri nəzərə alaraq artıq Çempion kimi qəbul edirik” fikrini Mirça Rednikin diqqətinə çatdırmışlar.

            Eyni zamanda Mirça Rednik “Mən burada sizinlə çox xoşbəxtəm. Hələ çempionat qurtarmayıb. Ümid edirəm ki, sonda hər şey sizin arzuladığınız kimi olacaq. “Xəzər Lənkəran” və sizlər üçün əlimdən nə gəlirsə edəcəyəm. Mən bu münasibətinizdən çox məmnun oldum, sizləri çox sevirəm”-deyə öz fikirlərini bildirmişdir.

            Daha sonra Mirça Rednik saytımızda gedən təbrikə və şəxsən onu və komandanı ziyarət etdiklərinə görə bundan əvvəlki təbrik yazısının “şərh bölməsinə” komandamızın rəsmisi və tərcüməçisi Elvar Quliyev vasitəsi ilə münasibət bildirmişdir. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:

             Elvar Guliyev  

            Salam çox hörmətli Mirhafiz müəllim və “Bosman” fanklubunun üzvləri! İndicə Mirça ilə sizinlə görüşün təəssüratlarını soruşdum. O, doğum günündə ona belə diqqət göstərildiyi üçün “Bosman” fanklubuna və bütün “Xəzər Lənkəran” azarkeşlərinə təşəkkürünü bildirdi. Dediklərini olduğu kimi yazıram: “Səhər açılandan həm Rumıniyadan, həm də komandamın azarkeşlərindən saysız təbriklər alıram. Doğrudan da, belə bir gündə həm azarkeşlərin, həm də klub rəhbərliyinin göstərdiyi diqqət məni çox sevindirir və işləmək üçün əlavə güc, stimul verir. “Xəzər Lənkəran” azarkeşlərinin bu münasibəti, personama olan hörmət və sevgisi məni çox kövrəldir. “Bosman” fanklubunun üzvlərinin hədiyyəsi və məşqə gəlib məni təbrik etmələri ümumiyyətlə, çox xoş sürpriz oldu. Belə azarkeşlərlə ölümə də getmək olar. Həmin fanklubun rəhbərinə minnətdarlığımı bildirirəm!! 

            Sizləri sevindirmək üçün çempionluq və kubok uğrunda sona qədər mübarizə aparacağımıza söz verirəm. Hər zaman arxamızda olan, bizi yalnız qoymayan azarkeşlərimizə təşəkkürlər və Hamımıza uğurlar!!!!”

rednik-2Rednik_futbolc_tanisliq-03Mircea Rednicrednik=1Mircea-Rednic_KAA-GentRednik ve BMH_2

5 Şərh yazıya: “Bosman” fanklubu Mirça Redniki 52-ci doğum günü münasibəti ilə təbrik etdi!

  1. Zəfər Lerikli

    Redniki niyə axi çox istəyirsiniz?-Belə suallar demək olar ki, butun “XL” azarkeşlərinə verilib və hər bir azarkeşdə bu sualla bir cur cavab verib.Mənimdə cavabim sadədir: Əgər Rednik “XL”-da heç bir uğur qazanmasaydi belə, bir insan kimi yenə indiki kimi sevilərdi.Vəssalam.

     
  2. Qabil

    Axşamınız xeyirli olsun, Müəllim! Həmişə Mirça Rednikin adı gələndə təəsf hissi keçirirək. Ona görə ki, o vaxt biz M.Redniki qoruya bilmədik. Çünki, M.Redniklə bərabər həm də “12-ci oyunçu” azad azarkeş qrupu və “Bosman” fanklubu da bəzi bədxahlar tərəfindən təklənmiş oldu. Əgər o vaxt bütün “Xəzər Lənkəran” azarkeşləri “12-ci oyunçu” və “Bosman” fanklubları ətrafında birləşib M.Redniki müdafiə etsəydi, haqq-ədalət qalib gələrdi. M.Rednikin gedişindən keçən hər ay ötdükcə ürəklərdə Rednikə sevgi bir qədər də artır. Zaman göstərdi ki, Sislərə əks gedib yalançı canfəşanlıq edən fanklubların quruca adları qalıb. Sizlərsə günü bugün də “Xəzər Lənkəran” naminə daha da geniş fəaliyyətinizi davam etməkdəsiniz.
    *****
    Axşamınız xeyir, Qabil bəy! O günlərdə biz nələr etmədik. Bəlkə yazsam bir kitab əmələ gələr. Təəssüf ki, bizim klub rəhbərliyini də buna təhrik etdilər. Biz o vaxtı indiki bu günlərin belə olacağını görürdük. Bir daha təəssüf ki, klub bunu gec başa düşdü. Sizə isə bu yöndə fəaliyyətimizi qiymətləndirdiyiniz üçün təşəkkür edirəm!

     
    • İslam Cabbarlı

      Bəli, nələr etdiyimizi və həmçinin başımıza gələnləri toplasaq ayrı ayrılıqda iki kitab olar. Bizim həmin ərəfədə dediklərimizi qəbul etməməklə bütün camiə özü özünü uçruma sürükləyirdi. Çox çalışdıq çox əlləşdik anladaq, başa salaq ki, tarix həmişə bu və ya digər formada təkrarlanır. Hadisələrdə sadəcə personajlar dəyişir, məna eyni qalır. Tarixdən dərs almaq lazımdır. Amma yox, qulaq asmaq istəmidlər. Həmin ərəfədə ədalətli mövqemə görə “Xəzər Lənkəran”ın bir bədxah fan klubunun bədxah üzvləri müxtəlif saytlarda və sosial şəbəkələrdə, xüsusən də Facebookda şəxsən mənim haqqımda nə qədər iyrənc söyüşlər yazırdılar. (Allah onlarla bilsin) İndi isə hərə bir deşikdə gizlənib. “Xəzər Lənkəran”ı bu günə salıb qaldılar kənara. Biz isə həqiqəti deməkdən çəkinmirdik, dedik və üstündə də durduq, indi də deyirik. Həmişə olduğu kimi “Bosman” fan klubu və “12-ci oyunçu” azarkeş qrupu həmişə həqiqətin yanında oldu. İndi də yalnız biz meydandayıq, “Xəzər Lənkəran”ın ən çətin günlərində də biz varıq.
      Siz də Qabil bəy, həqiqət yolunda döyüşənlərlə birgə olduğunuz üçün və bu yola bunca yüksək dəyər verdiyiniz üçün təşəkkür edirəm.
      *****
      Allah, həqiqət yolunda olanlara daim kömək olsun! Əslində olur da… Çünki əlahəzrət zaman hər şeyi sübut edir və yoluna qoyur. Hələ bundan heç kim qaça bilməyib və qaça da bilməz! Ədalətin yeri Allah yanında olduğu üçün!

       
  3. MALIK

    Mende MIRCA REDNIKI tebrik edirem o, cumleden azerkeslerimizi, onun ugurlari bizim ugurlarimizdir, harda olursa olsun,birdeki ALLAH bize o gunu qismet etsin Mirca Rednik XL-ni yene calisdirsin. Biz yene seni gozleyirik REDNIK..
    *****
    Kim təminat verə bilər ki, bura yenidən gələrsə, onu yenə gözdən salma kompaniyası başlamayacaq və daha dərin ölçülü torba hazırlamayacaqlar. Bunu artıq klub dərk etməmiş deyil. Sözüm, bu yöndə həmişə “fəaliyyət” göstərmiş bir qism mətbuata və onlarla əlaqəsi olan futbol başbilənlərinədir.

     
  4. mavrib322

    Her vaxtiniz xeyirli olsun!
    Doctor o gunler yadima dushdu.O heqiqeten de dahi idi.Azerkeshe deyer vermeyi bacaran bir meshqchi idi,Bele bir insanin dahiliyini vaxtinda azca da olsa deyerlendire bildiyimize gore cox sevinirem.Ve size minnetdaram.

    Var səbəb getsə çəməndə uzağa ətri gülün
    Yol azan bülbülü ta kim çəkə bilsin çəmənə
    M.Fizuli
    *****
    Sizi salamlayıram! Gözəl dəyərləndirmənizə görə təşəkkür edirəm!

     

Şərh əlavə et


7 − = bir