Bosman fanklubu

fotoğraf

1.Elşən Qasımov
2.Seymur Şükürov
3.Mirhafiz Babayev
4.Hafiz Rəcəbli

5.Elnur Babayev
6.Nazim Verdiyev
7.İdrak Muradov
8.Ceyhun Babayev
9.Ramin Abdullayev
10.Murad Həsənzadə
11.Nahid Tağıyev
12.Mircavid Babayev
13.Kazım Muradov
9 Fevral 2009-cu il tarixində yuxarıda adları göstərilən 13 nəfər “Xəzər Lənkəran” azarkeşi Bakı şəhəri Ə.M.Topçubaşov 34 ünvanında bir araya gələrək “BOSMAN” fanklubunu təsis etdilər. Həmin bu 13 nəfəri “Xəzər Lənkəran”a olan sonsuz məhəbbət və rəğbət bir araya gətirmişdi. Onsuz da fanklubda birləşməzdən əvvəl də bu azarkeşlər həmişə sevimli komandalarının yanında olub ona dəstək verən insanlar idilər. Komandanın harada oyun keçirməsindən asılı olmayaraq onun yanında olan bu insanlar qələbə və ya digər nəticələrdən asılı olmayaraq sevimli komandalarına daim dəstək olan insanlardır.

Bu 13 nəfərdən ibarət keçirilən təsis yığıncağında həm də fanklubun adı da müəyyənləşdirildi. Niyə məhz “BOSMAN”? Çünki onlar “Xəzər Lənkəran” futbol klubunun azarkeşləridir. “Xəzər Lənkəran” öz adında Xəzər dənizinin və onun Lənkəran limanının(şəhərinin) adını birləşdirir. Bu baxımdan da “Xəzər Lənkəran”ı Lənkəran sahillərindən dünya sularına çıxmış gəmiyə bənzədən həmin insanlar, bosman öz gəmisinə dəniz səfərləri zamanı işi, vəzifəsi və təcrübəsi hesabına nələr edirsə,.. ki, gəmini növbəti limana sağ-salamat çatdırsın, eləcə də bu fanklubun əsas xətti, Lənkəran futbolunu hal-hazırda təmsil edən “Xəzər Lənkəran”a hər cür dəstək olub onu növbəti qələbələrə çatmasında köməklik göstərməkdir.
Ey Kapitan, bizə inan,
Biz təcrübəli bir “BOSMAN”. Tufanlardan çıxacaqdır Uğurla “Xəzər”-Lənkəran!
                      …devizi ilə yola çıxan bu fanklub bu gün də sıralarını genişləndirməklə yoluna davam etməkdədir.
          Həmişə var ol “XƏZƏR” (LƏNKƏRAN)!!!    Həmişə var ol “BOSMAN”!!!
              “BOSMAN” Fanklubunun İdarə Heyəti      09/Fev/2009