Blatterlə Platiniyə 8 illik qadağa qoyuldu

FİFA prezidenti Seep Blatterlə UEFA prezidenti Michel Platininin 8 il futbol fəaliyyəti ilə məşğul olmaları qadağan edilib.
Qərarı dekabrın 21-də FİFA-nın etika komitəsi qəbul edib.
Onlar həmçinin cərmə ediliblər.
Qeyd edək ki, bundan əvvəl təşkilat ətrafındakı qalmaqala görə Blatterlə Platininin fəaliyyəti 90 günlük dayandırılmışdı.
Söhbət FİFA- rəhbərinin 2011-ci ildə Platininin hesabına 2 milyona yaxın İsveçrə frankı köçürməsindən gedir.
Onların hər ikisi ittihamı rədd edir.
Bu 79 yaşlı Blatter üçün karyeranın sonu deməkdir.
60 yaşlı Platini isə gələn ilin fevralında FİFA prezidentliyinə seçkidə mübarizə apara bilməyəcək.
1998-ci ildən FİFA-ya rəhbərlik edən Blatter bu il mayın 29-da yenidən 5-ci müddətə prezident seçilsə də iyunun 2-də korrupsiya qalmaqalına görə istefa verməli oldu.