Buradasınız Əsas » Xəbər » Bizi ağılsız istək yandırdı
  • Bookmark and Share

Bizi ağılsız istək yandırdı 

Superkubok oyununda böyük əzmkarlıq, təmkin və ustalıq nümayiş etdirərək qələbə qazanan “Xəzər Lənkəran” bu döyüşdən sonra böyük ruh yüksəkliyi ilə evdə “Qarabağ”la çətin çempionat matçına çıxacaqdı. Bu oyunu da qələbə ilə başa vursaydı, turnir cədvəlində də iki pillə irəliləyib 4-cü yerdə qərarlaşacaqdı. Turun digər görüşlərində rəqiblərin xal itkisi buna imkan verirdi.

Səbirsizliklə gözlədiyimiz oyun saatı gəlib çatdı. Meydanda mübarizə başladı, nə başladı… Onu deyim ki, oyunun televiziyadan canlı verilməməsi yenə azarkeşlərin keyfinə soğan doğrasa da, klubun rəsmi internet saytı vəziyyətdən çıxmağa çalışdı. Ara-sıra donmalar olsa da translyasiyanı qənaətbəxş saymaq olar.

Onu deyim ki, Azərbaycan futbolunda Vüsal Əliyevin timsalında, çoxdan bəri görünməmiş bir hakimliyin şahidi olduq. Sanki İngiltərə Premyer Liqasının oyununa baxdıq. Bütün oyunu öz axarına buraxan, hər xırda epizoda fit çalmayan, sərt oyuna imkan verən və buna baxmayaraq yenə də ipin ucunu əlində saxlayan Vüsal Əliyev, gərginliyin böyüyüb dava-dalaşa da çevrilməsinə imkan verməməklə ölkədə Tofiq Bəhramov, Eldar Əzimzadə və bir neçə belə nümunəvi hakimlər nəslinin kəsilmədiyini hələ də bu sahənin adamının tək-tük qaldığını sübut etdi. Halal olsun, Vüsal Əliyev! Bu gərginliyə dözdün, sürəti saxladın, ən əsası isə onu sübut etdin ki, Azərbaycan hakimi müstəqil olsa, bacarar. Yaşa!

Komandamızın oyununa gəlincə, əziyyətli Superkubok oyunundan sonra bunu nəyə bənzətmək olardı… İllərlə zəhmət bahasına pul toplayıb, əziyyətlə istədiyi yüksəksürətli avtomobili alan bir şəxsin, bu arzusuna çatdıqdan sonra sevincək oturub avtomobili çox yüksək sürətlə idarə etməsi səbəbindən idarəçiliyi əldən verməsi və sevimli avtomobilini hansısa divara çırpması. Əslində hər şey yaxşı idi, avtomobil də, sürücülük bacarığı da. Amma qəza oldu və bu qəza sevincək sürücünün sevinc hissləri içərisində qərq olması ilə idarəçiliyi itirməsi səbəbindən baş verdi.

Oyuna yüksək sürətlə başlayan və davam edən komandamız, əslində tələsirdi. Tələsməklə isə sürətli oyun anlayışları başqa şeylərdir. Sürətli oyun, yüksək tempin ağılla idarə olunmasıdırsa, tələskənlikdən yaranan sürət isə ağılla idarə olunan deyil, səni öz axarına salmış iti axan çay axınına düşmək kimi bir şeydir. Bax bu gün “Xəzər Lənkəran” bunun qurbanı oldu. Yüksək sürətlə oyuna atılmış komandanın qarşısında hər hansı ölkə komandasının qala biləcəyinə inanmıram. “Qarabağ” da müəyyən Avropa təcrübəsi hesabına dayana bildi. Onu da deyim ki, oyunun ilk 15 dəqiqəsi bu təzyiqlərə dözə bilməsəydi, onda hesab bizim xeyrimizə bundan da böyük ola bilərdi.

Qurban Qurbanovun komandası inanılmaz təmkin göstərərək, öz oyun intizamlarını qoruya bildi. Ona görə də biz oynadıq, onlar vurdu. Əslində oyuna heç bu tempdə başlamaq da lazım deyildi. Bu tempə hər an hazır olub, asta oyun sərgiləmək, rəqibin gözləmədiyi momentdə bu tempi işə salıb ani kəsərli hücumla onların müdafiəsini pozmaq lazım gəlirdi. Əgər bir belə top vurulsaydı, daha ağıllı oyun alınardı və məğlub olmazdıq.

Heç olmasa Con Toşakdan ikinci hissədə belə oyun tətbiqin gözləyirdik. Deyəsən elə o da futbolçulara belə bir tapşırıq vermişdi. Lakin qələbə istəyi böyük olan komandamız özünü pərvanə kimi oda vurub yandırdı. Bu futbolda hər zaman olan bir şeylərdir. Toşak öz təcrübəsi ilə oyunun əvvəlindən bu sürətə imkan verməməliydi. Ancaq bunun yaxşı tərəfləri də var. Bir neçə ay öncə meydanda özlərini güclə tərpədən futbolçularımız, bu gün çox sürətli, Avropa oyunu oynadıqlarını göstərməklə, əslində bizə böyük ümidlər verdilər. Lakin daha ağılla oynamaqla bu sürətin sintezini Con Toşak təcrübəsi ilə qaydaya qoymalıdır. Evdə böyükhesablı məğlubiyyət heç də yaxşı olmasa da, bu oyundan sonra komandaya inam başqa prizmadan yarandı ki, yaxın gələcəkdə bunun bəhrəsini mütləq görəcəyik. Bəzən azarkeşlər məğlubiyyətdən və hesabdan razı qalmayaraq ümidsizləşirlər ki, bu da təbiidir. Amma gəlin bu günki “Xəzər Lənkəran” kimi tələsməyək!

 

Mirhafiz Babayev

30 Şərh yazıya: Bizi ağılsız istək yandırdı

  1. orxan

    niye admin xais edirem bu topazin istediyidi yeni bu qumar oyun deyil menim cavabina ne olar soz yaz qumar olduguna gore pul qoyurlar ortaya ve xezer uduzur ve oyun da elden gedir meselen:4-2 xezer revana uduzur
    *****
    Əslində hər şey ola bilər! Amma bu oyunda belə bir şey görünmədi. Hər halda mənə belə göründü.

     
  2. orxan

    eger oyuncular gelmese ve yada mirca rednik gelmese xezer hele uduzacaq

     
  3. Qabil

    Doktor, Sizinlə tamamiylə razıyam. Mövzuya çox gözəl başlıq seçmisiniz. Doğurdan da biz, qələbəni ağılsız istəyimizə qurban verdik. Ümumi götürdükdə komandamız rəqibindən zəif də deyildi. Sadəcə tələskənlik hesabına həlledici ötürmələrin düzgün yerinə yetirilməməsi məğlubiyyəti qacılmaz etdi.

     
  4. Zefer Lerikli

    Men ne qeder calişsamda bu oyuna baxa bilmedim.Bu oyun haqqinda fikir bildirmekde mene cetindir.Men bildiyim odur ki ,Qarabaqla hucum futbolu oynamaq cetindir,kamandamiz mudafiede oynayib reqibin sehfinden yararlanmaqa calişmali idiler.Gorunur ozuneinam hissi ne qeder yaxşi elamet olsada ,futbol hiylegerliyininde oz yeri var.
    *****
    Bəli, Zəfər bəy. Tamamilə doğrudur.

     
    • Zefer Lerikli

      Neftci ile oyun eledi ki, her iki kamanda pervane kimi şama telesir.Bu zaman mudafiede aqilli oynayan qalib gelir.Qarabaq ise hec vaxt mudafieni unutmayan kamandadi.Lenkeranda Qarabaq hucum ederdi,eger Xezerin sebri catsaydi…reqibi mudafiede az sayla yaxalayib qalib gelmek olardi.Neftci ile novbeti oyunda Xezer sehf etmemelidir….bu gun lazim olan taktika ile oynamalidir ki,hercend bu taktika ile bu gun oynamayib ,meqlub oldular…ve isteklerine catsinlar.

       
  5. R.S.

    Yaxşı təhlildi ,təxmini azerkeş gözüylə bunu yəqin etmək olardı .
    Mirhafiz bər Duqlasın oyunu haqda nə deyərdiniz ,Məncə o çox tələsir ,və səhvlərə yol verir .Orxan ondan daha təcrübəliyə oxşayır .Kubok oyununda da bir neçə dəfə səhvə yol vermişdi ,bir təçrübəli qapıçıya da ehtiyac var ,Orxan sadəcə yüxarıdan vurulan zərbələri dəf etməkdə çətinlik çəkir .Amma penaltiləri qaytarmaqda daha yaxşıdı .
    *****
    Əkshücumların əksəriyyətində vurulan qollarda, qapıçı günahkar deyil!

     
  6. ilkin desant

    Siz ne danisirsiz her sey qacmaqla olmur qardaslar gordunuz ki futbolu agilli oynamaq lazimdir qurban qurbanov bizi oz silahimizla oz sefhvlerimzle qelebe qazandi halal olsun qarabaga meni ayilddigi ucun en azindan qarabaga halal olsun kisi kimi oynun oynayib qelebe qazandi ona goreki kamandada duzgun is duzgun rehberler var ve qurbanova mudaxile edmirler yoxsa tuygun kuboku udandan sonra cixib deyirki kisi kimi cixib oynadiq indi kisisense cix de gorum bu ne oyun idi he birde nefcini udana qeder gizleneeksen kameralardan ne ise men bugun bir qerar aldim ve mene yeter aldigim qerar bele gedse xezer cox azerkesini itirecek onsuzda ititre itire gedir nedir nefciye baglamisiz ozunuzu basqa seyden xeberniz yoxdur he nefcini butun oyunda udaq bes sonraki aqibetimiz nece olacaq bizim basimizi nefcini udmaqla aldada bilmezsen ey basbilen kulub rehberleri ne ise hayif biz sadiq azerkeslerden gelin bunlarin oyunlarina serik olmayaq
    *****
    Oyun oynayana da lənət, ona şərik olana da!

     
    • ilkin desant

      Amin mirhafis muellim uje men sabahi fikirlesirem isde bezi nefcinin cindir azerkeslerine ne cavab verecem onu bilerem ki sabah yaxsi davam dusecek olarla ne ise admin gecen xeyre qalsin allah bizleresebir versin insallah ne olur biz fanatlara olur xezeri kamanda eden biz azerkeslerik bu birdaha tesdiqini tapdiki her sey pulla elde etmek olmur esas duzgun idarecilik lazimdir fikrinde isinde gerek pak olasan amma bizim kulubun bas bilenleri hara duzzluk hara pakliq hara olar ancaq yaxsi pul qazanmaqgi bilirler bezileri bu kulubdan qabaq ne isle ne ile harda ve ne seraitde yasadiqlarina nezer yetirsinler heyat yumru bir topun uzerindesen bugun o topun lap basindasan sabah ise o top firlanandan sonra daha bilmirem neyin basinda olacaqlar ay eziz ve sadiq azerkesler axiri gec tez haqq oz yerin tapacaq bu sozum qulaginizda sirga olsun ne vaxtsa yadiniza dusunde deyersiz qeribde yasayan bir lenkeranli balasi demisdi hayif o gozel xan lenkeran adindan bu cure adimizi batirirlar ne ise admin deyesen cox oldu bir daha gecen xeyre qalsin sizinde eziyetiniz coxdur

       
      • Zefer Lerikli

        Qardaş!-kamandamizin ilk 5 oynunu indiki oyunlariyla muqayise etmek bele guluncdur.Kamandamiz suretli ve inamli oynayir,indi.Seni anlayiram ve birazda sebrli olmaqini isteyirem.Inanmaq lazimdir ki ,kamandamiz uduzsada ,rus demişken zato oynayirlar ve reqibden cekinmirler.

         
  7. R.S.

    Növbəti oyun Neftçİ ilədi .Mönkəm hazırlaşmaq lazımdır ,vaxt var.oyuna hazırlaşmağa .Onsuz da alışmışıq stabil oyun görmürük .Bilmirənm nədənsə məğlubiyyət acı olmadı ,

     
    • Zefer Lerikli

      Cunki kamandamiz reqibinden cekinmir ve artirir.

       
  8. mavrib322

    Her vaxtiniz xeyirli olsun.Doktor izahiniz cox gozeldir.Sizinle tam raziyam.Siz oyunu o qeder deqiqlikle tehlil etdiniz ki men elave bir sey deye bilmirem.Ama men bir sey maraqlidir bu Toshak bes bunlari gorumur? Niye lazimi evezlemeler etmedi? Sacconi ni oyuna salmali idi.Men basha dusmurem bu nece izahdir ki bes Sacconi Nildo ile oyunu alinir.Men bununla razi deyilem.Demeli bele bir mentiq cixirki Nildo sagalana qeder Sacconi oynamayacaq ve ya Nildo gedeceyi teqdirde Sacconi de getmelidir.Mentiqsiz bir baxishdir.Oyunda her sey var idi birce qoldan bashqa.
    Bir meseleye de toxunmaq isteyirem.Mence toxunmali meseledir.Biletlerin qiymeti niye 2 manatdir.Vallah men bu rehberliyi basha duse bilmirem.Hec bir kulubun oyunlarinda girish pullu deyil.Bele bir veziyyetde 2 manat o qederde az pul deyil.Eger denominasiyadan evvelki pulla muqayise etsek 10 000 manat edir.Bu coxsayli azerkeshlerin naraziligina sebeb olur.1 manat olanda o qederde diqqet cekmirdi.
    *****
    Siz də o qədər məntiqli yanaşmısız ki, müəyyən məsələlərə, mənim də əlavəm yoxdur.

     
  9. Qabil

    Mənim ücün də məğlubiyyət cox da acı olmadı. Əvvəla ona görə ki, Superkubok oyununun ləzzəti başımdan hələ çıxmamışdı. İkincisi, bu gün məğlub olsaqda çox sürətli futbol oynadıq, komandamızın fiziki durumu çempionatın əvvəlindəkindən yaxşılığa doğru çox fərqlidir. Üçüncüsü, əsas amillərdən biri də bu gün komandamızın stabil oynamağa hazır olmamasıdır. Və nəhayət biz qəbul etməliyik ki, bu gün ölkənin ən güclü kiubuna məğlub olmuşuq. Çünki “Qarabağ”ın oyunçuları fərdi oyuna yox kollektiv oyuna üstünlük verən komandadır. Mən “Xəzər Lənkəran”ı “Qarabağ” komandası kimi görmək istəyirəm.

     
  10. R.S.

    Kulub rəhbərliyi verdiyi sözə əməl edəcəkmi ? BİZ GÖZLƏYİRİK !!
    *****
    Gözləyək!

     
  11. Rakif

    Salam.Sözün düzü mən bu oyuna axıra qədər baxa bilmədim.2-0 dan sonra kompyuteri söndurdum.Mən bu oyuna başqa prizmadan baxardım.XL bütün mövqeylərdə rəqibə uduzurdu.İntizamsız bir oyuna şahidlik edirdik.Doktor bütün çatışmamazlığı ortaya qoyduğu bir halda Con Toşaq uduzmağın səbəbini bilmədiyini deyir.Əgər o,bilmirsə kim bilməlidir.Demək belə çıxır ki,Con cənabları bizə demək istəyir ki,mənim qurduğum komandanın gücü çempionluğa yetməz.Mən doktorla bir şeydə tam razılaşa bilərəm ki,XL komandası fiziki cəhətdən müəyyən qədər artırıb.Onu da ki,gecə-gündüz azərkeşlərin tələbindən sonra komandaya fiziki hazırlıq üzrə mütəxəssis cəlb olundu.Taktiki baxımdan komandanın vəziyəti 0a=dir.Belə də götürəndə işimiz allaha qalıb.
    *****
    Rakif bəy düz buyurursuz. Bütün komponentlərdə “Qarabağ” bizi öz təmkinli oyunu ilə üstələyirdi. Bizi yandıran tələskənlik oldu! “Qarabağ” 22-ci dəqiqədə ilk topunu vurana qədər, yəqin ki, heç kim deməzdi “Xəzər Lənkəran” zəif oynayır. Hamı o dəqiqələrə qədər komandanın qələbə qazanacağına yəqin ki, əmin idi.

     
  12. Qabil

    Hamınızı Salamlayıram! Doktor, biz bir əsas amili tamam unutmuşuq. Superkubok oyunundan sonra komandanın “Qarabağ”la oyuna hazırlığı üçün oyun günü də daxil olmaqla bizim cəmi dürd günümüz var idi. Bir günü Bakıdan Lənkərana gəlməyə sərf olundu. İki gün isə aramsız yağan yağış normal bərpa məşqlərinin keçirilməsinə imkan vermədi. Oyun günü də saat 11-ə kimi yağış yağdığından sənər məşqi istənilən səviyyədə keçməyib. Bizdən fərqli olaraq “Qarabağ” isə düz 20 günə yaxın özünün gen-bol bərpa və taktiki məşqlərini keçib Lənkərana gəlmişdi.Komandamızın məğlub olmasında elə bilirəm ki, bu amilin də rolu oldu.

     
    • R.S.

      Qabil bəy cəmi üç gün .24 ,25 ,26 ,-27 -si oyun günü idi ,24 ,yola sərf edildiyindən qalır 2 gün .deməli iki gün hazırlq olmuşdur ,Bu da ehtiyat skamiyası zəif olan komnda üçün ,çox az vaxtdır ,

       
  13. van persi

    benuahi oynamamali idi

     
  14. Qabil

    R.S. qardaşim, mən də elə Siz deyən kimi yuxarıda qeyd etmişəm. Dörd günün birinci günü yəni 24-ü yolda, 25-26-sı yağışlı günlər olduğundan lazımi məşq keşirilməyib, 27-si saat 11-ə kimi yağış yağdığından səhər məşqi isinmə hərəkətlərindən ibarət olub. Çünki 25-26-sı məşqlərinə baxdığım üçün bu qənaətə gəldim. Belə bir vəziyyətin şəxsən şahidi olan biri kimi mən komandamızı qınaya bilmərəm. İndiki məqamda qələbə, bizə hava və su kimi lazım idi. Ancaq biz nə edə bilərik ki, komandamız məğlub oldu. Onu da deyim ki, ölkə çempionatında hələ heç bir komanda məğlubiyyətdən sığortalanmayıb.

     
  15. Zefer Lerikli

    Qarabaqla oyundan sonra azarkeşlerinin bezilerinin cox aqresiv movqe tutmasi meni duşundursede,amma teecublendirmedi.Onlarin aqresivliyini başa duşurem,ona gore ki,onlarda sevimli kamandalarindan qelebe gozleyirler.Son zamanlar azarkeşlerimiz qelebeden gelen sevince o qeder aciblar ki,buda onlarin haqlaridir ve bunu her oyunda gormek isteyirler.Qelebe olanda haminin uzu gulur,seher işe gedende ,derse yollananda,dostlariyla goruşende uzlerindeki tebessumu uzaqdan hiss etmek olur.Elbette,bunlar gozel duyqulardir,en azi problemlerle az qala her addimda rast geldiyimiz bu heyatda uzumuzun gulen vaxti olur.Qelebe ne qeder şirin olsada,meqlubiyyet hemişe aci olur.Butun meqlubiyyetlere baxmayaraq ayaquste durmaqi bacarmaliyiq.Bele vaxtlarda emosiyalara qapilmaq ve ruhdan duşmek olmaz.Niye? 1).Haminiz bilirsiniz ki,bolgemizi XL klubu temsil edir , bele klubu yaratmaq ve saxlamaq hecde asan mesele deyil. 2).Her maddiyyati guclu olan insan klub yaratsada,onu yaşata bilmez.Cunki ,maddiyyatdanda onemli nuanslar var. 3).PFL ve onun hakimleri ile baş cixartmaq her oqulun işi deyil ve c. Xezer lenkeran klubundan Lenkeran adini cixartsalar-bu kime serf edir ve niye?-Futbol bir oyundur,ordaki meqlubiyyeti yalniz hemin oyuna yazmaq lazimdir.Oynun ise real heyatimizin Qebelesine,Sumqayitina,Lenkeranina ve.c. hec bir aiddiyyeti yoxdur.Teki heyatda qalib olaq!
    *****
    Düşünə bilənlər üçün gözəl analizdir.

     
  16. Qabil

    Axşamınız xeyir, Mirhafiz bəy! Qarşıda daha bir ağır oyunumuz var. Nəzərə almaq lazımdır ki, bu bizim ənənəvi rəqibimiz “Neftçi”dir. Odurki yaxşıca hazırlaşıb qələbə qazanmaqla Qarabağ” məğlubiyyətinin əvəzini çıxmalıyıq.
    *****
    Məşhur: “Ürəyimə damıb ki…”-məsəlinin burda da yeri var!

     
  17. Qabil

    azarkeşlərimizi salamlayıram! AFFA-nın rəsmi məlumatına görə “Xəzər Lənkəran” azarkeşi növbəti dəfə zirvəni heç kimə vermək fikrində deyil. “Xəzər Lənkəran”-“Qarabağ” 7500-nəfər. “Qəbələ”-“Sumqayıt” 500-nəfər. “Simurq”-“Neftçi” 450-nəfər. “Rəvan”-“Bakı” 300-nəfər. “Azal-“İnter” 200-nəfər. Əzizlərim, budur ölkə futbolunun həqiqi mənzərəsi. 4-milyona yaxın Bakı əhalisini hətta biletsiz oyunlara baxmağa cəlb edə bilmirlər. Bakının dörd klubunun bir-biriylə derbi oyununu cəmi 500-tamaşaçı izləyib. Bu fakt bir daha sübut edir ki, “Xəzər Lənkəran”sız ölkə çempionatının siması bax budur. Onsuz da boş tpibunalarda oynayan Bakı klubları, futbolu ehtiyat skamyada oturan oyunçuları üçün oynayırlar. Danışanda isə ağız dolusu deyirlər ki, futbol azarkeş üçündür. Olmayan azarkeşçündürsə onda o futbol deyil, adını siz deyin bəs nədir?

     
    • Zefer Lerikli

      T O P A Z ve C İ B ! Yola verim getsin….

       
    • Zefer Lerikli

      Azarkeşin stadionlarda ne işi?-Azarkeş ona deyerem ki ,topla oynayanlara yox,topa pul qoyan olsun.Ele deyirler azarke.imiz yoxdur,nece yeni yoxdur?-Topla az oynayanlarin siyahicini Qabil beye bir gun gorsedilse,yeqin bele statistika ile hec kimi qinamazdi.TOP-la Az-larin yerleri butun kamandalarin azarkeşlerinden coxdur,Qabil beyde danişirda…

       
  18. Qabil

    Zəfər qardaş, TOPla AZın statistikası ilə heç vaxt maraqlanmamışam. Amma evimizdən 2-3 yüz metr aralıda TOPAZ qumarxanasının Lənkəran şöbəsinin bir PUL yığılan məntəqəsi fəaliyyət göstərir. Orda işləyənlərdən biri də mənim qonşumdur. Lazım gəlsə qumarxananın statistik məlumatlarını öyrənib göndərə bilərəm. Mən hər gün TOPAZ qumarxanasının yanından keçib gedirəm. Sadəcə məntəqəyə girmirəm ona görə ki, TOPla AZa gələnləri ahcaq PUL maraqlandırır, heç vaxt “Xəzər Lənkəran” maraqlı deyil onlar üçün.

     
  19. Zefer Lerikli

    Eziz Qabil qardaş!Azarkeşi olmayan Baki klublarinin oynadiqi futbol yox,bes nedir?- sualina kifayet qeder aciq cavab yazmisiniz.Bezen her sozu aciq yazmaq olmur,ele şerhinize cavabida oz dilimden yazmamişdim.Onsuzda Bakida oturan futbol baş bilenlerini futboldan cox cibleri maraqlandirir.Onlarin ne vecine ki, azarkeş stadiona getsin?-Onlara maraqlidir ki, Topla az oynayanlar coxalsin.Yeqin menimle razilaşarsiniz ki, Baki klublarindan cox Topla az oynayanlarin sayi olduqca coxdur.Teşekkur edirem!

     
    • Zefer Lerikli

      Yeqin menimle razilaşarsinz ki Baki klublarinin azarkeşinden cox Topla az oynayanlarin sayi olduqca coxdur.(fikrimi bele izah etmek isteyirdim)

       
  20. Qabil

    Zəfər qardaşım, dediklərin həqiqətdir.Həqiqətən də TOPla AZın sayı TOP oynayanlardan qat-qat çoxdur. TOPla AZın azarkrşlərindən həmişə zəhləm gedib. Çünki, ortada PUL söhbəti var və bu PUL söhbətində “XəzərLənkəran”ın öz meydanında TOP oynunda məğlubiyyətinə, TOPla AZın azarkeşlərinin üçqat sevinənlərini görmüşəm. Biz isə qardaşım, TOP oyununun azarkeşləriyik, bizim TOPla AZın azarkeşləriylə heç bir birliyimiz ola bilməz.Onların sayı tək Bakıda yox, elə Lənkəranda da çoxdur. Çünki, harda PUL var ora axın həmişə çox olur.

     

Reply to R.S.


8 − yeddi =