Buradasınız Əsas » Azarkeşlər » “Bakı” ilə görüş ətrafında…
  • Bookmark and Share

“Bakı” ilə görüş ətrafında… 

Bize ve edalete gore vurus

“Xəzər Lənkəran” aprelin 12-də “Bakı”nın qonağı olacaq. Cütlüyün 10-illik tarixçəsinə əsasən nəzəri olaraq iddia etmək olar ki, bu komandaların turnir cədvəlindəki mövqeyi də aralarındakı 11-xallıq fərq də nisbi sayılmalıdır. Çünki bu iki komandanın görüşlərində hər zaman gözlənilməz nəticələr qeydə alına bilər. Belə ki, “Xəzər Lənkəran” indiyə qədər “Zolaqlı”lar üzərində nə az nə çox 3-dəfə (3:0) böyükhesablı qələbə qazanıbsa, elə özü də (1:4 və 0:3) böyükhesabla məğlub olub. Müqayisə üçün bildirək ki, “Xəzər Lənkəran” nadir hallarda Premyer Liqanın eyni klubuna iki dəfə böyük hesabla məğlub olur. Bu dueldə hansı birinin güclü olduğuna görə qalib gəlməsi, eyni zamanda da çempionatda zəif çıxış sayəsində məğlub olması şərt deyil.  Gözlənilməz nəticələrin arxasında iki klubun biri birinə qarşı olan və çox zaman biruzə verilməyən pis münasibəti daha aşkar desək nifrəti olmuşdu. Bunun təməli isə hələ 2006-cı ilin avqustunda paytaxt klubunun qapıçısı Xalidu Sissokonun “XL” azarkeşlərinə qarşı etdiyi ədəbsiz jesti ilə qoyulmuş və 2009-cu ilin aprel ayında yenə də Sissokonun Lənkərandakı oyundan sonra yerli polis əməkdaşının üzünə tüpürməsi ilə davam etmişdi. Nəhyət 2010-cu il may ayında, 2009/10 mövsümündə kubokun finalındakı, Fair Play hadisəsi ilə münasibətlərin korlanması özünün pik həddinə çatmışdı. Axı məhz həmin hadisədən sonra “Xəzər Lənkəran” klubu və azarkeşləri də daxil bütün cənubda “Bakı” klubuna qarşı xüsusi nifrət hissi yaranmışdı.

Təəssüf ki, klubdaxili və komandadaxili stabilliyi qoruya bilməyən, həmçinin fan klubların sayına, ümumilikdə isə azarkeş kütləsinin say çoxluğuna və fəallığına rəğmən 10-il ərzində camiə kimi normal sistemlə formalaşa bilməyən “Xəzər Lənkəran” tərəfi həmin  nifrəti idman mübarizəsində intriqaya çevirərək münasibətlərə meydanda aydınlıq gətirə bilmirdi. Bunun nəticəsi olaraq da sonrakı illərdə “Bakı” ilə qarşılşamların prinsipiallığı müəyyən sayda “Xəzər Lənkəran” azarkeşlərinin şüarları və bannerlərindən o yana keçmirdi. Bütün bunlardan məharətlə istifadə edən paytaxt klubunun rəhbərliyi isə cənub təmislçisinə qarşı olan daimi nifrətini hətta tez tez heyətin dəyişməsinə baxmayaraq komanda üzvlərinə zaman zaman aşılaya bilirdi ki, nəticə də cütlüyün statistik göstəricilərində “Bakı” böyük fərqlə irəli keçmişdir. Bəli, son illərdə yalnız “Xəzər Lənkəran” azarkeşləri üçün “Bakı” klubu Fair Play qaydalarına tüpürməklə yadda qalıb. Və artıq bir neçə ildir ki, bu nə klubda, nə də komandada bu kimsənin vecinə deyil. Əksinə “Bakı” klubunda “XL”-ə qarşı nifrəti bir kimsə dilə gətirməsə də konkret əməllərdə bunu görmək olur. Elə qarşıdakı matçda da “ağ-göy” geyimli futbolçular meydanda əzmkarlıqla mübarizə apararaq bu fikri isbatlayacaqlar. Bəs “Xəzər Lənkəran”lı futbolçular? Güman ki, futbolçularımız üçün “Bakı” sıradan bir komandadır, elə baş məşqçi Mustafa Dənizlinin də yetirmələrini bu oyuna xüsusi kökləyəcəyi inandırıcı görünmür. Hər halda Dənizli mətbuat qarşısında çempionatda iddia qalmadığını dilə gətiribsə bu belədir. Ötən turda “Qəbələ” üzərində qazanılan qalibiyyətə gəldikdə isə, bildirmək lazımdır ki, bu qələbə ilə 70-dəqiqə ərzində rəqib qapısı istiqamətində çərçivəyə bircə zərbə göndərə bilməyən komandanın nəhayət 70-ci dəqiqədə vurduğu qola tribunaları 10000 – 15000 azarkeşə alışmış “Fırtınalar meydanı”nda  cəmi 2500 azarkeşin (PFL-in protokoluna əsasən)sevinməsi arasında bir qanunauyğunluq vardır. Başqa sözlə belə qələbələrlə uzağa getməyin real olması absurddur və bu da azarkeşlərin sayını getdikcə azaltmaqdadır. Uyğunlaşmadan söz düşmüşkən, nə olubsa qış fasiləsinin ən bahalı transferi Ribeiro de Olivyera Elias “cənub mirvari”si olan Lənkərana, “Qafqazın Çelsi”si olan “Xəzər Lənkəran”a tam uyğunlaşa bilmir ki, bilmir. Mustafa Dənizli bu futbolçunun uyğunlaşa bilməməsini əsas gətirərək onu meydana az az buraxırsa, nə mirvarini nə də Çelsini braziliyalıya uyğunlaşdırmağın imkanlar xaricində olduğunu bilməlidir. Belədə üzünü tutub Eliasa demək istəyirsən ki, hansı iqlimi deyirsənsə bizim diyarda var, üstəlik nə “priyomlar”,variantlar, söz-söhbətlər, danışıqlar – istər paradnı, istər separadnı, həmçinin dad dəyişən zorbalar da, lazım gəlsə hərbə zorbalar da, tapşırıq olsa torbalar da, bir sözlə nə deyirsənsə o da bizim əlimizdə, daha nə lazımdır axı?

Beləliklə qarşıdakı “Bakı” ilə qarşılaşma komandamızın “Qəbələ” ilə kubok oyunu önəsi son ciddi hazırlığı sayılacaq. Bu Mustafanın dediklərindən belə anlaşılır. Amma azarkeşlər üçün məsələ tam başqadır: “komanda hər dəfə meydana çıxıb öz şərəfinə oynamalıdır”.

Biz azarkeş olaraq öz növbəmizdə xatırladırıq ki, “Bakı” elə həmin “Bakı”dır. Azarkeş olaraq həm də soruşuruq ki, “Xəzər Lənkəran” da həmin “Xəzər Lənkəran”dırmı?

Mənbə: 12cioyuncu.info

3 Şərh yazıya: “Bakı” ilə görüş ətrafında…

  1. Zəfər Lerikli

    “Baki” ilə oynumuz çox vaxt alinmir və onlar həmişə bizə qarşi çox aqresiv davranirlar.İnanmiram ki ,”XL” kamandasi -“Baki” ilə oyuna siradan olan növbəti oyun kimi baxsin.

     
  2. Qabil

    Salam, Mirhafiz müəllim! Qarşıda komandamızı “Bakı”yla çətin qarşılaşma gözləyir. “Bakı” bizim üçün həmişə arzuolunmaz rəqib sayılmalıdır. Nahaq yerə Fair-Play “Bakı” adlandırılmayıb ki. Mən deyərdim “Bakı” elə həmin “Bakı”dır, dəyişənsə “Xəzər Lənkəran”dır. İndiki “Xəzər Lənkəran”ı o zamankı “Xəzər Lənkəran”la müqayisə etmək belə sadəlövhlük olardı. Stadionda nə həmin azarkeş var nə həmin oyun nə də həmin maraqlı bannerlər. Hər şey futbolun gözəlliyi üçün idi. “Bizə, özünə və ədalətə görə vuruş!” səhv etmirəmsə bu banner A.Mircavadovun ikinci dönəmində “Bakı”yla oyunda qaldırılmışdı. Hansı ki, bu oyundakı məğlubiyyət bizi çempionluqdan məhrum etmişdi.
    *****
    Qabil bəy, sizi salamlayır və dediklərinizlə razı olduğumu bildiririm. Bir də onu demək istəyirəm ki, bu oyunda məşqçilərin məsuliyyəti daha böyükdür. Çünki Toşak məhz səfərdə “Bakı”ya 3:0 məğlub olandan sonra istefa vermişdi. Həmin oyuna adyutant kimi gəlmiş Oğuz Çetin, hələ o vaxtkı “Xəzər Lənkəran”ın potensialını yüksək qiymətləndirmiş, Toşakın bu potensialdan düzgün istifadə etməməsi qərarına gəlmişdi ki, boş qalmış məşqçi postunu təhvil almışdılar. İndi komanda o vaxtkından daha da güclənib. “Bakı” həmin komandadır, Çetinin görüşünə görə biz daha da güclənmişik. İndi sözünün üstündə durub özlərini sübut etməyin məqamı gəlib. Yadınızdadırsa, “Bir fotonun əhəmiyyəti” adlı yazı ilə yaxınlarda çıxış etmişdik.

     
  3. Azərbaycanlı

    Bu oyunda da Oğuzu Çetini qaldırmaq lazımdır azarkeş səviyyəsinə, qoy o zirvədən Mustafabola qiymət versin.
    *****
    Tam məntiqli fikirdir.

     

Şərh əlavə et


6 − beş =