Avropa Liqası 2013/14 I Təsnifat mərhələsindən, Qruplara və Finala qədər (Sxematik)

Əvvəllər hər ölkəsinin çempionu olmuş komandalar arasında Avropa üzrə püşk atılır və ev və səfər matçları olmaqla həmin komandalar iki dəfə görüşürdülər. Uduzan çıxır prinsipi ilə finala qədər davam edən bu cütlüklər UEFA-da atılan püşk vasitəsi ilə müəyyən edilirdi. Reytinqə görə ölkələr sıralanır və az reytinqə malik olan ölkələrin komandaları bir-birlərinə rəqib olurdular. Sonrakı mərhələlərdə iştirak isə komandaların qələbə qazanaraq növbəti mərhələyə yüksələ bilməsindən asılı idi. Bu o zamanlar Çempionlar Kuboku turniri adını daşıyırdı.
Bundan başqa paralel olaraq daha iki turnir keçirilirdi. Bu turnirlərdən biri öz ölkələrinin kubokunu qazanmış komandalar arasında, həmin prinsiplə keçirilirdi ki, bu da Kuboklar Kuboku turniri adlanırdı.
Bir də ölkə futbolunun Avropadakı reytinqlərinə görə hər milli çempionatda 2-ci, 3-cü, reytinq yüksəldikcə 4-cü, 5-ci yerləri də tutan komandalar arasında UEFA Kuboku turniri adı altında keçirilirdi. Bu da həmin prinsiplərlə keçirilir, cütlüklər UEFA-da atılan püşk vasitəsi ilə müəyyən edilirdi.
Sonralar Çempionlar Kubokunun həm adı və həm də formatı dəyişdirilərək Çempionlar Liqası adı altında keçirilməyə başladı. Sonrakı iki turnir olan UEFA KubokuKuboklar Kuboku birləşdirilərək, formatı da indiknə uyğun dəyişdirilərək Avropa Liqası adı altında keçirilməyə başladı.
Avropa Liqasını da sizə sxematik olaraq təqdim edirik və burada bütün qruplara qədərki mərhələ də daxil bütün hesablar əksini tapmaqla diqqətinizə çatdırırıq. Buradan izləyə bilərsiniz.