Buradasınız Əsas » Xarici Futbol » Avropa Liqası » Avropa Liqası, birinci təsnifat mərhələsi, ilk oyun “Olimpiya” Beltsı (Moldova) 0 – 0 “Xəzər Lənkəran”
  • Bookmark and Share

Avropa Liqası, birinci təsnifat mərhələsi, ilk oyun “Olimpiya” Beltsı (Moldova) 0 – 0 “Xəzər Lənkəran” 

olimpia_fc

Avropa Liqası, birinci təsnifat mərhələsi, ilk oyun “Olimpiya” Beltsı (Moldova) 0 – 0 “Xəzər Lənkəran” (Azərbaycan)

 Komandamız dünən səfərdə avroliqanın ilk təsnifat mərhələsinin ilk oyununa bu heyətlə çıxdı:

25. K. Ağayev

21. R. Todorov

3 . E. Beqiri

22. D. İmedaşvili

4 . E. Allahverdiyev

72. D. Ayhan

14. R. Əmirquliyev

18. A. Qurbanov ( 9-Z. Ramazanov. 86 )

30. M. Souza

12. A. Lalin      ( 10-X. Məmmədov. 89 )

15. E. Opara     ( 20-A. Hüseynov. 90+2 )

Ehtiyat oyunçular:

1. D. Kramarenko

7. R. Poladov

17. A. Məmmədov

55. T. Cəlilov

Baş məşqçi: Ağasəlim Mircavadov

Bu oyunun reportajı ilə bağlı azarkeşlərimizdə hədsiz narahatçılığın olmasına baxmayaraq, “Sports.md” saytına təşəkkür etməyə dəyər. Çünki bu reportajla bağlı Azərbaycanın hər hansı bir telekanalı və ya klubumuzun səy göstərməməsi azarkeşlərimizdə narazılıq yaratmışdı. Amma bu boşluğu moldovolıların hesabına doldura bildik.

İnsafən komandamız bu oyunda pis təsir bağışlamadı. Qol epizodları yaratsalar belə bundan lazımınca istifadə olunmadı. Fikrimizcə, komandamızın yay təlim-məşq prosesini, həmçinin transfer siyasəti ilə bağlı işlərin normal səviyyədə olmamasının nəticəsi olaraq, “Xəzər Lənkəran” bu səfər matçından qələbə ilə dönə biləcəyi halda bu mümkün olmadı.

Belə ki, E. Oparanın və Z. Ramazanovun bu məsul oyunöncəsi komandaya cəmi üç gün əvvəl qoşulması başadüşülən deyil. Məhz belə çatmamazlıqlar və belə heyətlə bu alınan nəticəni normal hesab etmək olar. Qeyd etdiyimiz kimi, transfer dönəmindən yararlana bilməyən klubumuz belə gedərsə, “Olimpiya” səddini Lənkəranda keçməyi bacara biləcəyi təqdirdə, ikinci təsnifat mərhələsində Buxarest “Dinamo”su qarşısında aciz qalacağını indidən göz önünə gətirmək olar.

Bu nə  doğma və həmişə iddialı olan “Xəzər Lənkəran” klubuna və nə də onun çoxminli, çılğın azarkeşlərinə yaraşan hal deyil. Oyundan sonra baş məşq  çimiz A. Mircavadovun dediklərinə bir daha qulaq assaq bəzi məqamlar hər bir xəzərsevəri narahat etməyə bilməz: -” Oyun elə də maraqlı olmasa da, gərgin keçdi. Bu hesab bizə sərf etsə də, cavab oyununda diqqətli olmalıyıq. Qol vəziyyətlərimiz də oldu, lakin onlardan yararlana bilmədik. Bu oyuna lazımi şəkildə hazırlaşa bilməmişdik. Yəni bütün futbolçular eyni vaxtda toplanışda olmadı. Məsələn, Opara, Ramazanov yalnız üç gün məşq etmişdi. Rəqib bir real qol vəziyyəti yaratdı ki, onda da mərkəz müdafiəçilərimiz anlaşa bilməmişdi. “Olimpiya”nın 9-nömrəli oyunçusu xoşuma gəldi. Cavab oyunu tam fərqli taktika üzərində qurulacaq. Oyunçu alınmamasına gəlincə, bu sualı rəhbərliyə verin. “Olimpiya” “Şerif” qədər güclü komanda olmasa da, hər halda, meydanda yetərincə çox hərəkət edirdi. Ümumilikdə pis komanda deyil.”

 

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


8 − = altı