Buradasınız Əsas » Aktual » Artıq, bir oyun təxirə salındı
  • Bookmark and Share

Artıq, bir oyun təxirə salındı 

PFL

Topaz Premyer Liqasının XIX turunda sabah keçirilməli olan “Sumqayıt” – “Qəbələ” qarşılaşması baş tutmaya bilər. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar həmin görüşün baş tutmayacağı istisna deyil: “Meydanın öt örtüyü qar altında qalıb. Bizə verilən məlumata görə, hazırda stadionda təmizləmə işləri aparılır. Sabah baş tutmayacağı təqdirdə, qarşılaşma bazar günü oynanılacaq”.

Sabah daha bir matç keçirilməlidir ki, mərkəzi oyunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”ı qəbul edəcək. Musayevin sözlərinə görə, bu görüşün təxirə salınacağı gözlənilmir: “Sumqayıtdakı stadiondan fərqli, mərkəzi arenada vəziyyət fərqlidir. Yəni, öt örtüyünün altında istilik sistemi quraşdırılıb. Bu səbəbdən mərkəzi oyun baş tutacaq”.

—-

“Sumqayıt” – “Qəbələ” qarşılaşması nəzərdə tutulan vaxtda başlamayacaq. Bu barədə apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. O bildirib ki, yağan qarla əlaqədar bir gün ertələnən görüşün start fiti bazar günü saat 14:00da veriləcək.

Mənbə: Apasport.az

10 Şərh yazıya: Artıq, bir oyun təxirə salındı

  1. van persi

    oyun bas tutsa yaxsidir

     
  2. Zəfər Lerikli

    Salam!-Bu gun coxdan gözlədiyimiz an nəhayət gəlib catdi.Kamandamiz uzərinə duşən vəzifələrini transfer cəhətdən muəyyən dərəcədə yerinə yetirdi.Yeni gələn oyuncularda bir necə saatdan sonra Qarabağ-Xəzər Lənkəran oynunun gərginliyinin şahidi olacaqlar.Cox istəyərdik ki ,yeni əcnəbi oyuncularimizi meydanda görə bilək.Oyuna gəlincə,cox dramatik bir səviyyədə mubarizə gedəcəyini duşunurəm.T.Bəhramov adina stadiona bu gun sevimli azarkeşlərimiz oynu canli izləməkdən ötru yəqin ki ,havanin şaxtali olmasina baxmayacaqlar.Kamandamiz ilk oyunda hec-hecə etsələr,bu məncə qənaətbəxş olar.Qələbəni cox istəyirik amma kamandamizin tam bu oyuna hazir olmadiği aydindir.Qələbə umidi ilə stadiondayiq.
    *****
    Səbirsizliklə qələbə gözləyirik!

     
  3. farid

    salam admin,siz bu oyunnan ne gozleyirsiz, men qelebe.
    *****
    Gözləməklə, reallıq arasında fərq var. Sualınızı ilk hissədən sonra gördüm və cavab belə alındı.

     
  4. Qabil

    Axşamınız xeyir, Mirhafiz müəllim! Sizi və “Xəzər Lənkəran” azarkeşlərini QƏLƏBƏ münasibətiylə təbrik edirəm.
    *****
    Bu həyəcan sonrası təbrikə biz də ürəkdən qoşuluruq.

     
  5. Qabil

    Komandanı oyuna çıxarmış Oğuz Çətinin qısa müsahibəsindən iki cümlə. “Biz özümüzdən üst sırada olan rəqiblər üzərində qalib gəlməyə məcburuq. Bu oyun göstərdi ki, “Xəzər Lənkəran” üçün heç nə bitməyib”.

     
  6. Zəfər Lerikli

    https://www.youtube.com/watch?v=RRRLHpqvzGg .Muəllim salam!-Mən bu oynun sevincini stadiondan hiss edə bilmədim.Biz azarkeşlərə bu ədalətsizlik axi nədəndir?
    *****
    Zəfər bəy, əvvəla sizi bu gərgin qələbə münasibəti ilə təbrik edirik. Göndərdiyiniz videomaterialı bütün izləyicilərimizə təqdim edirik. Görüntülərdə polis tərəfindən sadəcə azrkeşlərimizin bir yerə yığılmasının istənməsinin şahidi oluruq. Bu da ona görədir ki, azarkeşlərimiz təklənib hər hansı başqa klub azarkeşləri tərəfindən ehtimal olunan zorakılığa məruz qalmasınlar və onları qorumaq polis əməkdaşları tərəfindən asan həyata keçirilsin. Görüntülərdən belə hiss olunur. Sadəcə polisin bu istəyi mədəni səviyyə sərhədlərinə uyğun olmayıb, kobud tələb səviyyəsində həyata keçirilir. Əgər görüntüdə anlaşılmayan başqa reallıqlar da olubsa, bu haqda yazın və biz bunu işıqlandırmağa borcluyuq.

     
    • Zəfər Lerikli

      Muəllim salam!.Həmişə T.Bəhramov adina stadionda oyun zamani biz azarkeşlərə sektor ayrilardi.VİP sektorlarda oturanda sol tərəf bizə,sağ tərəf meydan sahiblərinə ayrilib.Mən adətim uzrə 17-ci sektora yaxinlaşanda girişdə azarkeşlərimizin tərəddud icində olduğunu gördum və uzlərində naraziliqlar asanliqla secilirdi.Bunlara baxmayaraq 17 sektorun pillələrindən uc-dord pilləkən aşaği duşub və stadiona nəzər yetirməyə başladim.

      Qarabağli azarkeşlərin gulə-gulə bizləri öz sektorlarina dəvət elədiyinin şahidi oldum.Lakin azarkeş qardaşlarimiz bundan imtina etdilər və VİP sektorun sağ tərəfinə kecib yerləşməyə başladilar.Yerimi yenicə rahatlamişdim ki,polislər bizi axirinci,halbuki sovetlər dövrundə ermənilər oturduğu qapiarxasi axirinci sektora getməyimizi tələb etdilər.İnsafən polis sivil hərəkət etdi və zorakiliq olmadi.Azarkeşlərimizdə qorxudan və acizlikdən bu qərari verənlərə etirazini bildirdilər.
      Nəzərdən qacmadi:
      1.Qarabağ azarkeşləri öz saylarini bizim hesabimiza artirmaq istəyirdilər.
      2.Bizi uzaqlaşdirdiqdan sonra azarkeşlərimiz :
      “Qarabağ bizimdir və bizim olacaq” sədalari ilə bu haqsizliqlara cavab verdilər.
      3.Azarkeşlərimizdən əksəriyyəti oynu izləməkdən imtina etdilər.
      Məndə “Gənclik” tərəfdə yaşadiğima görə ikinci hissəni evdə televiziyadan izlədim.Təşəkkur edirəm və tezliklə bu haqsizliqlara son qoyulmağini futbol “başbilənlər”indən tələb edirəm.
      Bizim xətrimizə o dəydi ki ,stadionda 500 azarkeş olmadiği halda niyə bu addim atildi.
      *****
      Əslində Zəfər bəy, komandamız meydanda qazandığı qələbə ilə, azarkeşlər də bütün Azərbaycanın arzuladığı şüarla hamının cavabını vermiş olublar.

       
  7. van persi

    men demisdim oyun texire salinmasa yaxsi olar deye

     
  8. R.S.

    Nəsə Bosman oyun haqda fikir bildirməyə tələsmir .Bəlkə bu qələbəni yazı ilə qeyd hörmətli Bosman edək?
    *****
    Yazı hazırlanarkən, gələn şərhinizə, elə yazı ilə cavab verməli olduq. Buyurub oxuya bilərsiz.

     
  9. Qabil

    Salam, hörmətli DOKTOR! “Zəif” yenə bizə ilişməyə başlayıb. Jurnalistin “Xəzər Lənkəran”ın yeni transferlərlə güclənməsi haqda suala cavabı pulla ölçüb. “Zəif”in cavabı belə olub: “Deyirlər ki, “Xəzər Lənkəran” bir milyona Eliası transfer edib. İnanın heç beş yüz min futbolçuya çatmayıb. Əgər çatıbsa ataba atama lənət”.
    Maraqlıdır, görən “Zəif”i nə vadar edib ki,”Xəzər Lənkəran”ın pullarını saymağa başlayıb.
    *****
    “Zəif”liyindən belə edib, yəqin.

     

Şərh əlavə et


− yeddi = 1