Buradasınız Əsas » Təqvim » Ölkə kuboku » “Araz-Naxçıvan”ın Lənkərandakı məşqində…
  • Bookmark and Share

“Araz-Naxçıvan”ın Lənkərandakı məşqində… 

Araz-Nax_Lenkeranda

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Araz-Naxçıvan” “Xəzər Lənkəran”ın qonağı olacaq.

Məlumata görə, Muxtar Respublika təmsilçisi artıq qarşılaşma üçün Lənkərana gəlib.

Dünən günün ikinci yarısından sonra Cənub şəhərinə çatan “qırmızı-ağlar” “AB Qala” otelində məskunlaşıb. “Araz-Naxçıvan” saat 17.00-da Lənkəran stadionunun ehtiyat meydançasında məşqə çıxıb. Bir saatdan çox davam edən məşqdə futbolçular daha çox topla çalışıblar.

Mənbə: Korner.az 

5 Şərh yazıya: “Araz-Naxçıvan”ın Lənkərandakı məşqində…

  1. Demir Agaci

    Qonaqlar xos gelib sefa getiribler. Bilmek isterdim, bu vaxta kimi Naxcivan komandasi Lenkerana gelibler? Bunu sizler ve diger boyuklerimiz biler. Hormetle…
    *****
    Naxçıvanın “Araz” komandası Lənkərana çox-çox gəlib. Amma bu SSRİ dövrünə təsadüf edib ki, onda Lənkəranın “Xəzər” komandası ilə birlikdə SSRİ Çempionatının II dəstəsinin əvvəl IV, sonra isə IX zonasında mübarizə apardığı dövrə təsadüf edib. Bundan başqa müxtəlif vaxtlarda bu yarışlarda Azərbaycanı Kirovabadın (Gəncənin) “Kəpəz”, Stepanakertin (Xankəndinin) “Qarabağ”, Sumqayıtın “Polad”, Zaqatalanın “Daşqın”, Mingəçevirin “Energetik” və sair komandaları təmsil edib.

     
  2. Demir Agaci

    Genis melumatiniza gore tesekkur edirem. Hormetle
    *****
    Dəyməz…

     
  3. MALIK

    Maraqli oyun olacaq. Nacivan komandasinin geliside maraqlidir. Eger stadion azerkeslerle dolsa onlar hele bele azerkes destesi gormeyibler.

     
  4. Qabil

    Salam, Mirhafiz müəllim! Mən də onu əlavə edərdim ki, 1979-1985 ci illərdə Lənkəranın “Xəzər” komandası çox güclü heyətə malik idi. Həmin heyətlə “Xəzər” mənfur ermənilərin “Kotayk”, “Şirak” gürcülərin “Dila”, “Lokomotiv”, “Kolxeti” və sair komandalarına Lənkəranda divan tutardı. Mən o oyunların əksərinə canlı baxmışam. Sonradan SSRİ çempionatının birinci dəstəsinə vəsiqə qazanmış məşhur Murtaz Xurçilavanın “Dinamo Batumi” komandasına Lənkəranda 6-0 qalib gəldik. Onu da qeyd edim ki, o dövrdə də yerli komandalarımız erməni və gürcü komandalarına qarşı zəif, “Xəzər”ə qarşı isə çox aqressiv oynayırdılar. Yadımdadır 1982-ci ildə erməni komandası “Kotayk” birinci pillədə, “Xəzər” isə üçüncü pillədə olarkən yerli komandalarımız(adlarını bilərəkdən yazmıram) öz meydanında ermənilərə xal verdi “Xəzər”i isə dalbadal məğlub etdilər. Odövrdə belə bir tendensiya mövcud idi. Əgər erməni komandası ilk pillədə idisə o biri erməni komandaları mütləq ona xallar verirdilər ki, çempion olsun. Bizdə isə tam əksinəydi, yerli komandalarımız ermənilərə mübarizəsiz xal verir, “Xəzər”lə ən güclü oyunlarını oynayırdılar…
    *****
    Bəli Qabil bəy, çox mətləblərə toxundunuz. Amma mən deyərdim ki, bunlardan heç də heyfslənmirəm. Erməniyə xal verən komandadan əslində, “Xəzər”ə xal vermək heç də baş ucalığı gətirməzdi. Yaxşı ki, bu elə bu cür də yaddaşlarda qalıb. Mən Lənkəranın “Xəzər”i ilə bir də qürur duyuram!

     
  5. Qabil

    Əlbəttə qürur duyulmalı komandaydı o zamankı “Xəzər”imiz. Çünki komandada heyət üzvlərinin əksəriyyəti Lənkəran məktəbinin yetirmələri idi. Nəzərə alsaq ki, futbolçular 400-500 manat məvacibə futbol oynayırdı və indikindən çox azarkeş stadiona gəlirdi. İndiki “Xəzər Lənkəran”ın hər cür şəraitini, futbolçuların aldığı yüksək məvacibi, yaxşı qidalanmalarını, istirahət və sairi göstərdikləri oyuna görə müqayisə etməli olsaq, əsgi “Xəzər”imizin futbolçuları sən demə qəhrəman imişlər. Adi bir misal gətirim. Lənkərandan hər hansı bir erməni və gürcü şəhərinə(ən azı 5-6 yüz kilometr məsafə) ortabab konfortlu LAZ-avtobusla get,futbol oyna və gecəylə də Lənkərana qayıt. Naxçıvana “Araz”la çempionat oyunlarına getmək üçün Zəngilana ordan erməni ərazisin keçməklə Naxçıvana gedərdilər. İndi hər şey əla təşkil olunub, bircə yaxşı oynamaq qalır…
    *****
    Haqlı fikirlərə, nə deyəsən?!

     

Şərh əlavə et


yeddi − = 6