Buradasınız Əsas » Rəylər » Allah şəfa versin Mustafa bəy, siz “Xəzər Lənkəran”a lazımsınız!
  • Bookmark and Share

Allah şəfa versin Mustafa bəy, siz “Xəzər Lənkəran”a lazımsınız! 

Mustafa Denizli-8

“Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli ölkəmizi tərk edib. Məlumata görə, fevralın 1-də “Qarabağ”la oyun ərəfəsində səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilən 64 yaşlı mütəxəssis şəxsi həkiminin onun müayinə etməsi üçün İstanbula gedib.

Yüksək təzyiq səbəbi ilə Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilən Dənizli özünü yaxşı hiss etdiyi üçün evə buraxılmışdı. Lakin görünür, türkiyəli hər ehtimala qarşı uzun illər tanıdığı şəxsi həkiminin onu təkrar müayinə etməsini lazım bilib.

Böyük ehtimalla, fevralın 9-da Topaz Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyunda “Xəzər Lənkəran”ı meydana məhz Dənizli çıxardacaq.

Qeyd edək ki, III dövrənin açılış oyununda “Xəzər Lənkəran” “Qarabağ”la görüşə köməkçi-məşqçi Oğuz Çətinin rəhbərliyi altında çıxıb və 1:0 hesabı ilə qalib gəlib.

Mənbə: Apasport.az

3 Şərh yazıya: Allah şəfa versin Mustafa bəy, siz “Xəzər Lənkəran”a lazımsınız!

  1. Demir Agaci

    Allah onun timsalinda butun cemi xestelere shafa versin. Amin!
    *****
    Bu gözəl niyyətinizə biz də qoşuluruq, Amin!

     
  2. van persi

    allah sefa versin

     
  3. Qabil

    Komandamızın yavaş-yavaş özünə gəldiyi bir vaxtda M.Dənizlinin xəstələnməsi yalnız “Xəzər Lənkəran”ı istəməyənləri sevindirəcək. ALLAHDAN Mustafa bəyə şəfa diləyirəm və tezliklə sağalıb komandasının başında durmasını arzulayıram. Qoy “Xəzər Lənkəran”ı istəməyənlərin arzusu elə urəklərində qalsın!

     

Şərh əlavə et


altı + = 11