Buradasınız Əsas » Rəylər » Ağasəlim Mircavadov: «Ramazan ayında oyunlar iftardan sonra keçirilməlidir» – MÜSAHİBƏ
  • Bookmark and Share

Ağasəlim Mircavadov: «Ramazan ayında oyunlar iftardan sonra keçirilməlidir» – MÜSAHİBƏ 

metb.konf.Agaselim

“Altılıq uğrunda yarışda sürpriz klublar da ola bilər”

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Ağasəlim Mircavadovun müsahibəsi

– Ağasəlim müəlllim, builki çepionatın favoritləri və gözləntiləri haqqında sizin fikirlərinizi bilmək istərdik.
– İlk öncə çempionatın başlanması münasibətilə bütün idman azarkeşlərini, futbolçu və məşqçiləri təbrik edirəm. Hər bir Azərbaycan futbol klubuna uğurlar diləyirəm. Bu ilki çempionat daha gərgin, daha maraqlı olacaq. Gərginlik ondan ibarətdir ki, yerli oyunçularla bağlı komandalara limit tətbiq edilib. Yəni hər komanda oyuna çıxanda heyətində ən azı 3 yerli oyunçu olmalıdır. Klubların əksəriyyəti güclü legionerlər alıblar. Buna misal kimi Avroliqada oynayan “Bakı” və “İnter” klublarını göstərə bilərəm. “Azal”ın “Bakı” üzərində qələbəsi, “MOİK”in “Muğan” üzərində qələbəsi ilə ilk turdan gərginlik başladı. Altılıq da yerində qalıb. Mən futbol federasiyasını alqışlayıram ki, onlar çalışırlar ki, çempionata maraq artsın, oyunlar daha da maraqlı olsun və azarkeşlər də oyunlara gəlsinlər. Bu, əsas amildir.

– Artıq mübarək Ramazan ayı daxil olmaqdadır. Bununla bağlı idmançıların yeni vəziyyəti yaranır. Bildiyimiz kimi, bir çox idmançılar da oruc tutmaq kimi vacib ibadəti həyata keçirirlər. Bu baxımdan oyunların keçirilməsi və oruc tutan idmançılarla bağlı nə deyə bilərsiniz?
– Mübarək Ramazan ayının gəlməsi münasibətilə bütün müsəlmanları təbrik edirəm. Bu bizim əsas bayramımızdır. İdmançılara gəldikdə isə, mən “Xəzər Lənkəran” klubunu da çalışdıranda klub üzvlərinin çoxu oruc tuturdu. Azərbaycan müsəlman ölkəsidir. Ölkədə ildən-ilə də oruc tutanların sayı artır. Bu çox sevindirici haldır. İndiki istidə həm oruc tutmaq, həm futbol oynamaq təbii ki, asan deyil. Tövsiyəm bu olardı ki, oyunlar bir qədər gec başlasın. Həm istiyə, həm də iftarlara görə. Mən bildiyimə görə, Türkiyə premyer liqasında iftar açandan sonra oyunlar başlanır. Azarkeşlər iftarlarını açır və sonra stadionlara gəlirlər. Bu da saat 20:00-21:00 radələrinə uyğun gəlir. Lakin bir çox stadionlarımızda süni işıqlandırma olmadığından bu bir qədər çətin ola bilər. Amma tez başlamaq da oruc tutan oyunçular və azarkeşlər üçün ağır ola bilər. Həm azərkeşlər, həm də idmançılar haqqında fikirləşmək lazımdır.

– Bu çempionatın qalibi kimi hansı komandanı görürsünüz?
– İlk tur arxada qalıb. Hələ indi kimin qalib gələcəyini demək çətindir. Bizim yüksək liqamızda 12 komanda var, 12-də çempionluq uğrunda mübarizə aparır. 6-7 klub birinci turdan öz fikirlərini bildirirlər. 4 və 5-ci turdan sonra bu namizədin adı bilinəcək. Altılıq uğrunda yarışda sürpriz klublar da ola bilər. Mən ilk növbədə Gəncə futbol azarkeşlərini təbrik edirəm ki, axır ki, Gəncəmizə də böyük futbol gəldi. Mən arzu edərdim ki, bu klub daha da inkişaf etsin. Çünki bu şəhər doğrudan da Azərbaycan futboluna çox gözəl və dahi futbolçular verib. Mən inanıram ki, burada yenə də yaxşı uşaqlar var, onların inkişafı üçün vaxt lazımdır. Gəncə stadionu yaxşı vəziyyətdə deyil. Onu bərpa etsələr ölkədə çox gözəl stadionlardan biri olacaq.

Mənbə: deyerler.org

 

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


dörd − = 0