Zaur Ramazanov “Xəzər-Lənkəran"a qayıtdı

Azərbaycan futbolunun təcrübəli oyunçularından biri, hücumçu Zaur Ramazanov “Xəzər-Lənkəran” klubuna keçməsi ilə bağlı müqavilə imzalayıb. 34 yaşlı Z.Ramazanov artıq “Xəzər-Lənkəran” komandasında vaxtı ilə oynayıb. Həmçinin Azərbaycanın MOİK (Bakı), Karvan (Yevlax), “Bakılı” (Bakı) və “Qarabağ” (Ağdam) klublarında çıxış edib.
O, iki dəfə Azərbaycan çempionatının ən sərrast futbolçusu olub və iki dəfə “Mövsümün ən yaxşı futbolçusu” seçilib. Z.Ramazanov Azərbaycan futbol tarixinə 3 il ardıcıl ölkə kubokunu qazanmış futbolçu kimi daxil olub.
Mənbə: ”Lankaranfc.com”
 
Arxiv: Bosman.at.ua