Buradasınız Əsas » Rəylər » 7 dəfə zad, 7 edər?
  • Bookmark and Share

7 dəfə zad, 7 edər? 

sual isaresi-buludlardan

S. Komanda    O         Q         H         M        T / F    X

1. Qəbələ         8          5          1          2          13-7    16

2. Qarabağ      8          4          3          1          11-4    15

3. Neftçi          8          4          3          1          10-5    15

4. AZAL           8          4          1          3          8-10    13

5. Bakı             8          4          1          3          16-7    13

6. Simurq         8          3          3          2          7-6      12

7. Xəzər Lən     8          2          3          3          6-8      9

8. İnter             8          2          1          5          14-15  7

9. Rəvan          8          1          2          5          5-18    5

10. Sumqayıt    8          1          2          5          5-13    5

Premyer Liqada VIII tur bu gün yekunlaşdı. Bu turda ümumi olaraq qapılara cəmi iki top vurulub. Məhsuldarlığın az olduğu bu turda cəmi iki topdan biri Lənkəranda bizim qapımıza vurulub ki, bu da “İnter” tərəfindən olub. Digər qol da “Bakı”-“Sumqayıt” oyununda meydan sahibləri tərəfindən vurulub. Qalan üç matçda qol susqunluğu olub. Yəni hər üç matç 0:0 hesabı ilə bitib. Bunlar, “Neftçi” – “Qarabağ”, “Simurq” – “Qəbələ”, “Rəvan” – AZAL matçlarıdır ki, quru hesabla yekunlaşıb.

7 turdan sonra “Xəzər Lənkəran”ın 9 xalı var idi və elə 7-ci yerdə qərarlaşmışdı. Bu turda məğlub olan komandamız təbii ki, xal ehtiyatını artıra bilmədi. Lakin sonuncu yerdə olan “İnter” qapımızdan ümumi turun iki qolundan birini keçirməklə xal ehtiyatını 7-yə çatdırsa da, “Xəzər Lənkəran” elə 7-ci yerdə qaldı. Bu tur lider də dəyişə bilərdi ki, liderlər qrupunda yer alan komandaların oyunu susqun bitincə, burada da bir dəyişiklik olmadı. Heç-heçə sayəsində “Qəbələ” xal ehtiyatının üstünə birini də gələrək, 16-xalla liderliyini qorumuş oldu. Bu isə o deməkdir ki, 7-ci yerdə qərarlaşan “Xəzər Lənkəran”, liderdən 7 xal geridə qalır.

Əslində “Xəzər Lənkəran” bu tur “İnter” qarşısında heç də pis təsir bağışlamadı. Bütün oyunu hücumda keçirən komandamız sadəcə yaratdığı qol fürsətlərini dəyərləndirə bilmədi. Elə bircə səhv də komandamızın məğlubiyyətini rəsmiləşdirdi.

Bu araşdırma nəticəsində meydana çıxan 7 rəqəmi, yadıma bir neçə il əvvəli saldı. Bir vaxtlar 7-ci yerin nə olduğunu bilməyən “Xəzər Lənkəran”, Rednikin komandamızdakı son ilində ilk pillənin sahibi olaraq, ən yaxən izləyicisindən, yəni ikinci pillədən 7 xal fərqi ilə üstün idi.

İndi hər oyun zamanı azarkeşlər hər dəfə ölüb-dirilirlər ki, komanda xal itirməsin və bu 7 xallıq fərq aradan qalxsın və ya daha da böyüməsin. Azarkeşə nə qədər çətin gəlir bu 7 xallıq fərqin əriməsi. Görəsən bu mümkün olacaqmı fikirləşirlər. Amma 7 xal fərqi ilə lider olduğumuz zaman bəzi dılğır yazarlar, bəzi dılğır dırnaqarası futbol mütəxəssisləri, bəzi dılğır futbolçular və bəzi də dılğır azarkeşlər hansısa maraqlara görə Rednikə qarşı çıxır və və ona qarşı sanki dılğır bir mərkəzdən idarə olunurdular. Nəticədə olan, elə komandamıza oldu. Ötən il ilk altılığa düşə bilmədik, deməli 7-ci yerdən yuxarı qalxa bilmədik. Bu il də hələki 7-ci yerdəyik, özü də liderdən 7 xal fərqi ilə.

Bu dılğırlar görəsən indi ağıllanıblarmı ki, nə oldusa “Xəzər Lənkəran”a və nəticədə ölkə futboluna oldu? Yoxsa bu dılğırların da başına 7 dəfə daş düşməlidir ki, bundan nəticə çıxarsınlar. Daş düşməsə də olar. Hörmətli Etibar Cəbrayıloğlu demişkən elə belələrinin başına Rednikin pişikləri 7 dəfə zad eləsələr bəs edər.

Mirhafiz Babayev

3 Şərh yazıya: 7 dəfə zad, 7 edər?

  1. Zefer Lerikli

    Bu dilgirlarin maskasi cirilanda necede duşuk gorunurler.Rednikin pişiklerinin verdiyi son melumata gore Rednik gelse-onlar birinci defe 7 maskanin uzerine zad ederler.Bu dilgir maskalilarin sayinin cox olmasida istisna olunmur.

     
  2. Qabil

    Axşamınız xeyir olsun Doktor! Eşitdıyimə görə 7 rəqəmi müqəddəs rəqəmdir. Ona görə də ədəbiyyayda, kinoda 7 rəqəmindən çox istifadə olunub. Məsələn, “7 oğul istərəm”, “7 samuray”, “7 dən-77 yə”,”7 gün 7 gecə”,Koroğlunun 7777 dəlisi və s. İNŞALLAH 7 rəqəmi bizə də düşərli olar. Qaldı o dılğırların məsələsinə, çox gözəl qeyd etmisiz, sanki bunlar dılğır bir mərkəzdən idarə olunurlar. Bu dılğırlar ağıllanan deyil, dılğır elə həmişə dılğırdır. O dılğırların vurduğu ziyanın hesabına elə 7-ci yerdəyik də…
    *****
    Sizin də axşamınız xeyirli olsun! Təki sizin də dediyiniz bu müqəddəs 7 rəqəmindən sonra komandada işlər sahmana düşsün.

     
  3. MALIK

    Men o, dilgir azerkeslerden ikisini taniyiram Rednike gore o, dilgirlarla cox mubahise etmisem.. Hetta biri Rednikin getmesi ucun bazarda tebligat aparardi… ALLAH nehlet etsin onlara…
    *****
    Və nəticədə komandanı bu vəziyyətə salanlara. Türk demişkən “Nerdeydik, Nerelere geldik?…

     

Şərh əlavə et


altı − = 0