Buradasınız Əsas » Muzey » 33-cü doğum gününüz mübarək Elvar bəy!
  • Bookmark and Share

33-cü doğum gününüz mübarək Elvar bəy! 

Elvar-2

Bu günü “Xəzər Lənkəran” ailəsində xoş bir gün hesab etmək olar. Çünki bu böyük ailədə hamının sevimlisi və xüsusi hörmət bəslədiyi bir insan doğum gününü qeyd edir. Bu şəxsin Elvar Quliyev olduğunu desək, əlbətdə hamı ona ən xoş ürək sözlərini bildirəcək. Çünki bu şəxs yorulmadan “Xəzər Lənkəran” üçün can yandıran bir insandır. Bunu sıravi azarkeşdən tutmuş klubun rəhbərliyinə qədər hamı təsdiq edər.

Elvar bəy işinə çox diqqət və hörmətlə yanaşan bir insandır. Komandanın sevincli anlarında onun necə uşaq kimi sevindiyinin dəfələrlə şahidi olmuşuq. Çətin günlərində isə necə pərişan olduğunun və hətta qəhərləndiyinin şahidi olmuşuq. Bax bizim belə kadrlara həqiqətən də böyük ehtiyacımız olub. Bu cür can yanğısı ilə işinə yanaşan və peşəkarlığına heç bir şübhə olmayan belə bir insanlardan təşkil olunarsa, onda bütün  ”Xəzər Lənkəran” ailəsi fəxr edə bilər və əlbətdə ki, daim inkişafda ola bilər.

Təsadüfi deyil ki, onun əməyini qiymətləndirdiyimizə görə bir neçə il ğncə, saytımız Elvar bəydən geniş müsahibə götürmüşdü. Müsahibədə saytımızın “Elvar bəy, neçə dil bilirsiniz?” sualına o, ilk olaraq ana dillərini, Talış və Azərbaycan dillərini saymaqla başlamış və yeddi dil bildiyini söyləmişdi. Biz isə onun hər kəslə ünsiyyət qura bilməsini və hər kəslə dil tapa bilməsini də bura əlavə edib, onun səkkiz dil bilməsini iddia edə bilərik.

Sentyabrın 20-də 33 yaşını qeyd edən Elvar bəyə, ad günün mübarək, deyirik! Sizə saytımız və “Bosman” fanklubu adından ən xoş arzularımızı çatdırır, uzun mənalı ömür və bütün işlərinizdə müvəffəqiyyət arzu edirik. Onu da arzu edirik ki, canınız qədər sevdiyiniz “Xəzər Lənkəran” daim sizi sevindirsin. Elvar bəyi bu doğum günü münasibəti ilə dünyaca məşhur iran müğənnisi Ququşun ifasında, çox məşhur olan “Təvəllodes Mobarək!” mahnısı ilə təbrik edirik!

 

“Bosman” Fanklubu 20. 09. 2014

Şərh yazıya: 33-cü doğum gününüz mübarək Elvar bəy!

  1. Zəfər Lerikli

    Məndə bu təbriklərə qoşuluram.

     

Şərh əlavə et


yeddi − = 1