XXXIII "Böyük oyun"

Premyer Liqanın son dövrəsinin start turu “Böyük oyun”la əlamətdar olacaq. Paytaxtda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran” 10 illik rəqabətin tarixində 33-cü dəfə qarşılaşacaq. 3 dəfə Azərbaycan kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 28 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb.

 İndiyədək baş tutan qarşılaşmalar kimin güclü olduğunu müəyyənləşdirməyib. Belə ki, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” 9 dəfə qalib gəlib. Komandamızın qələbələrindən ikisi xüsusi əhəmiyyət kəsb edib. Bunlardan biri ilə Superkuboku başı üzərinə qaldıran “ağ-yaşıllar” ölkə kubokunda da rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb.
14 dəfə isə “Böyük oyun”un qalibi müəyyənləşməyib. Lakin heç-heçənin qeydə alındığı bu görüşlərdən birinin taleyi penaltilər seriyasında həll olunub. Azərbaycan kubokunun finalında “Neftçi” qalib gəlib.
Səfərdəki 15-ci “Böyük oyun”a qədər “Xəzər Lənkəran” rəqib meydanında 2 dəfə qalib gəlib və 6 dəfə bərabərliklə kifayətlənib.
Bu 14 oyunda meydan sahibləri 23, qonaqlar 13 qol vurmağı bacarıb. “Böyük oyun”larda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dır. Komandamız 2011-ci il martın 3-də kubokun ¼ finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.
Mənbə: Lankaranfc.com

5 thoughts on “XXXIII "Böyük oyun"”

  1. Salam, Mirhafiz müəllim! Saytımız vasitəsiylə “Neftçi”-“Xəzər Lənkəran” oyununda komandamıza dəstək olacaqlarına görə “Araz Naxçıvan”ın “Nəqşicahan”, “Sumqayıt”ın “Gənclik-50” və “Bakı”nın “Şəhər uşaqları” fanklublarının rəhbərlərinə öz səmimi təşəkkürümü bildirmək istəyirəm.
    *****
    Salam, Qabil bəy! Bu xəbər doğru olarsa, onlara böyük çox sağol! düşür. Biz həmişə mehribanlığın tərəfində olmuşuq.

  2. MÜƏLLİM, xəbərin doğruluğuna inanıram. Çünki məlumatı fanklub rəhbərlərinin “Sportarena.az” saytının onlara verdiyi sorğudan götürmüşəm. Qeyd etdiyim fanklub rəhbərləri sorğuda “Xəzər Lənkəran”a azarkeşlik edəcəklərini bildiriblər.
    *****
    Onlara da, sizə də təşəkkürlər!

  3. “BÖYUK OYUN ” YOXSA ” ALLAH QORUSUN”!
    Bəli, futbol azarkeşləri qonşu Turkiyədən tutmuş, ta İspaniyaya kimi futbolda çox “derbi” adi ilə məhşurlaşan “BÖYUK OYUN”-larin şahidi olublar. Turkiyədə “Qalatasaray-Fənərbaxça” , İspaniyada “Barselona-Real Madrid” və s.Ona görə və sair və ilaxir ki, bu kimi gərgin keçən yarişlar avropanin bir çox ölkələrində rast gəlinir.Həmin oyunlar nə qədər gərgin mubarizə şəraitində keçsədə, heç vaxt Azərbaycan premyer liqasinda keçirilən oyunlar kimi “qəribə maraqlara” səbəb olmur və yaddaşlardan tez silinirlər.
    Avropada tikilib və istifadə verilən stadionlar həm gözəlliyi ilə, həmdə azarkeş sayina görə möhtəşəm görunur.Çunki, heç vaxt İspaniyada bu əzəli rəqiblərin qarşilaşmasini turk demişkən stada izləməmişəm və bəzən mənə elə gəlir ki, azarkeş sayinin çox olmasini Ispaniya ,Italiya, Ingiltərə və Turkiyədə – “PFL”-in rəsmi saytinda statistikaya salmaq uçun ,çəkilmiş azarkeş portretlərindən “tribunada boş yerlər”ə qoymaqla nail olurlar.Yoxsa onlar necə 70-90 min azarkeşi stadiona gətirə bilərdilər?.
    Avropa təcrubəsi həqiqətən “PFL”-nin işinə yaxşica yarayib desəm, yanilmaram.Çunki, stadionlarimizin əksər tribunalarinda və qapiarxasi yerlərində eni 40 və uzunluğu 60 metrə çatan plakatlarla “avropanin derbi oyunlarini izləyən “azarkeşlər” qonaq kimi təşrif buyururlar.Və maraqlisida ondadir ki, “həmin plakatlarda şəkilləri əks olunmuş azarkeşlər” butun oyunlara gəlir , eyni yerlərində oturmaqla ,eyni mimikalarla yaddaşlarda qalirlar. Heç bir polisdə onlari qovmur .Yalniz kuləkli havalarda bu azarkeşlərin həyəcanini əməlli hiss etmək olur.Yoxsa Böyağa muəllim deyir ki ,kamandamizi sixirlar və polislər stad arxasi 2 min azarkeşimizi qovmaqla “derbimizə” baxmağa qoymurlar.Kişi haqlidirda….haqsizdirda.Həmin gul kimi “azarkeş plakatlari ” olan yerdə kimə lazim “XL” azarkeşi?
    Bu sadəcə “BÖYUK OYUN” deyilən bir oyunda yox,butun oyunlarda azarkeşə oynanilan “kiçik oyun” kimi görsənirsə onda “Böyuk oyun”-lardan bizi:
    ALLAH QORUSUN !

    • “XL” kamandasinin martin 29-da “Neftçi” kamandasi ilə keçirilən qarşilaşmasi “böyuk maraq”larin futbolumuzda olmağini bir daha subut etdi.Avropanin hansi kamandasi “derbi” oyunlarinda “zəif” heyətlə meydana çixar?-Deyərsiniz ki, heç bir kamanda.Onda sualim belədir: Bəs “XL” kamandasinda start onbirliyini muəyyələşdirməklə “ZƏİF”-lə oyunda “zəif” heyəti formalaşdirmaqda kimin nə maraği var idi ?
      Əgər çox fikirləşib və nəticədə klub, məşqçi gorsənirsə eybi çox ,nəbadə “futbol başbilənləri”-nin adini duşunəsiniz, ….a. Onda yenədə bizi:
      Allah qorusun!-deməkdən başqa çarəm qalmir.

      • Elə bilirsiniz ki futbol başbilənləri bu oyunlari tək öz kabinetlərində oynayirlar?-Yox belə oyunlari tək oynamaq olmaz.Belə oyunlari oynamaq uçun klublara “dost”lar göndərilir və ya klublarda “dost”lar tapmaq lazim gəlir.Kim deyə bilər ki, Affa-nin baş katibinin oynamaq uçun “XL”-da “dost”lari yoxdur.Yalniz böyuk oyunlari “Boyuk dost”larla oynayirlar.Belə oyunlar elə “böyuk oyun” kimi azarkeşlərə böyuk bəlalar gətirir. Bizi belə oyunlardan:
        Allah qorusun!

Comments are closed.