Buradasınız Əsas » Xəbər » 3 yaşın mübarək olsun, “Arena”!
  • Bookmark and Share

3 yaşın mübarək olsun, “Arena”! 

Arena_Rufet nadirli

Televiziya kanallarında izlədiyimiz futbol icmalları arasında özünəməxsus yeri olan “Arena” verilişi bu günlərdə 3-yaşını qeyd edəcək.

Yarandığı gündən bəri öz prinsiplərinə sadiq qalaraq ölkə futbolunda baş verən hər hansı bir hadisəyə münasibətdə yalnız ədalətli mövqeyi ilə diqqət çəkən bu verilişin fəaliyyəti haqqında ancaq xoş sözlər demək olar. Bir çox futbol icmallarından fərqli olaraq buraya qonaqlar futbol qurumlarının sifarişi ilə çağırılmır və dəvət olunanlar da şablon çıxışlarla zəhlə tökmürlər. “Arena” verilişində idmanın şahı olan futbol haqqında müzakirələr heç də öncədən planlaşdırılmış dar çərçivədə aparılmır, əksinə dəvət olunmuş ekspert və qonaqlar üçün sərbəst şərait yaradılır və fikir azadlığı tam təmin edilir. Bunu bu verilişdə Natiq Muxtarlı ilə birlikdə Rüfət Nadirlinin qonağı olmuş, “Bosman”ın rəhbəri də təsdiq edir. Bütün bunlar da təbii ki, verilişin rəhbəri olan Rüfat Nadirlinin zəhmətidir. Sadalananlar sayəsində “Arena” verilişi getdikcə nəinki bütün cənublu azarkeşlərin hətta ölkənin daha çox sayda futbolsevərlərinin marağına səbəb olur.

Biz də fanklubumuz adından “Arena” verilişinin kollektivini təbrik edir və onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Şərh əlavə et


+ iki = 9