Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » 20-ci Dünya Çempionatı Braziliya 2014 (Video və Sxematik olaraq izlə)
  • Bookmark and Share

20-ci Dünya Çempionatı Braziliya 2014 (Video və Sxematik olaraq izlə) 

Braziliya_2014

2014-cü ilin futbol üzrə dünya kuboku yarışlarına Braziliya ev sahibliyi edəcək. Bu 2014-cü il iyun ayının 12-dən, iyulun 13-ə kimi davam edəcək ki, bu sayca keçirilən 20-ci dünya kuboku yarışıdır. 2007-ci ilin 17 noyabrında FİFA bu qərarı verib. Cənubi Amerikada keçiriləcək bu yarış 2007-ci il, 30 oktyabrda keçirilən səsverməyə qatılan tək ölkə Braziliya oldu ki,  nəticədə yarışlara ev sahibliyi etmə hüququnu qazandı. Bu yarış Braziliyanın ev sahibi kimi ikinci cəhdi olacaq. Birinci dəfə isə 1950-ci ildə bu yarış Braziliyada keçirilmişdi. 1978-ci ildə Argentinada keçirilən dünya kubokundan sonra, bu yarış cənubi Amerikada ilk yarışdır. Eyni zamanda Braziliya da, Meksika, İtaliya, Fransa və Almaniyadan sonra, bu yarışları 2-ci dəfə qəbul edən ölkələr sırasına qoşuldu.

15 oktyabr 2013-cü ildə seçmə qrupların oyunları bitmiş və Braziliyaya vəsiqə verəcək yerləri tutan komandalar bəlli oldu. Amma yarışlara qatılacaq daha 8 komanda pley-off oynadıqdan sonra bəlli olacaqdı ki, buna da püşk, 21 oktyabr 2013-də aydınlıq gətirdi. Bu matçlar da 15-19 noyabr 2013 oynandı və Braziliyaya gedəcək milli komandala tam aydınlaşdı. FİFA bu dəfə bir texnoloji yenilik edəcək. Belə ki, top qapı xəttini keçəcəksə, daha əvvəlki kimi mübahisə yaranmayacaq. Buna topa və qapı xəttində edilmiş yeni texnologiya kömək edəcək.

Final mərhələsində iştirak edəcək komandalar və püşk nəticəsində müəyyən olunmuş 8 qrupun tərkibi ilə aşağıda təqdim etdiyimiz keçid vasitəsi ilə sxematik olaraq tanış ola bilərsiz. Buradan sxematik olaraq izlə.

Şərh yazıya: 20-ci Dünya Çempionatı Braziliya 2014 (Video və Sxematik olaraq izlə)

  1. Qabil

    Axşamınız xeyir, Mirhafiz müəllim! Dünya çempionatının sxematik cədvəllərində hər şey nəzərə alınmaqla tərtib edilib. İnşallah yayda Dünya çempionatı başlayanda biz bu cədvəllərdən gen-bol istifadə edərik.
    *****
    Bəli, Qabil bəy, ölkə futbolunda ürəyimiz sıxılırkən, yayda dünya futbolu dadımıza çatacaq.

     

Şərh əlavə et


8 − səkkiz =