18-ci dünya çempionatı, 2006-cı il. Almaniya (VİDEO və Sxematik)

Bu çempionatda da 32 komanda iştirak etdi. Yalnız 1 komanda – Almaniya seçmə mərhələdə iştirak etmədən final mərhələsinə qatıldılar. Səkkiz komanda çempionatda ilk dəfə olaraq iştirak etdi. Bu komandalar Anqola, Qana, Kot-D’ivuar, Serbiya və Çernoqoriya, Toqo, Trinidan və Tobaqo, Ukrayna, Çexiya milli komandaları idi. Dünya çempionatları
tarixində ikinci dəfə oyunsonrası penaltilər təyin olundu. Italiya komandası çempion adına layiq görüldü. Maraqlıdır ki, 12 il əvvəlki çempionatda da məhz italyanlar finalda penaltilər seriyasında braziliylılara uduzmuşdular. Qrupların tərkibi aşağıdakı kimi idi:
 
     A qrupu: 
Almaniya, Ekvador, Polşa, Kosta-Rika
 
    B qrupu: 
İngiltərə, İsveç, Paraquay, Trinidad və Tobaqo
 
     C qrupu: 
Argentina, Hollandiya, Kot-D’ivuar, Serbiya və Çernoqoriya
 
      D qrupu: 
Portuqaliya, Meksika, Anqola, İran
 
      E qrupu: 
İtaliya, Qana, Çexiya, ABŞ
 
F qrupu: 
Avstraliya, Braziliya, Yaponiya, Xorvatiya
 
   G qrupu:
Fransa, İsveçrə, Cənubi Koreya, Toqo
 
    H qrupu: 
İspaniya, Ukrayna, Səudiyyə Ərəbistanı, Tunis
 
Qrupların qalibləri yəni bir və ikinci yerləri tutan komandalar 1/8 finala yüksəldilər. 1/8 və ¼ final oyunları da maraqlı olması və gərginliyi ilə yadda qaldı. Yarımfinal oyunları isə daha gərgin keçdi. Meydan sahiblərinin gənc komandası gələcək çempionla oyunda yaxşı təsir bağışladı. əsas vaxtda qapılara qol vurulmadı. Əlavə vaxtın da bu hesabla qurtaracağını təxmin etmək olardı. Lakin italyanlar oyunun son anlarında 2 qol vurdular və finala çıxdılar. 119-cu dəqiqədə Qrosso və 120+1-ci dəqiqədə isə Del Pyero fərqləndi. Fransızlar isə 33-cü dəqiqədə penaltidən Zidanın vurduğu yeganə qolla portuqaliyalıları məğlub etdilər.
3-cü yer uğrunda Almanlar baxımlı və sürətli futbol nümayiş etdirdilər və layiqli qələbə qazandılar. 56-cı və 78-ci dəqiqələrdə Şvanştayger iki qol vurdu. 60-cı dəqiqədə Almanların təşkil etdiyi hücum zamanı Peti topu öz qapısına göndərdi. Portuqalıyalıların təsəlli qolunu 88-ci dəqiqədə Nunu Qomeş vurdu.
Final oyunu hərəkətli başladı.artıq 7-ci dəaiaədə İtalyanların qapısına penalti təyin olundu. Zidanın zərbəsi dəqiq oldu. 19-cu dəqiqədə Materatsi hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi. əlavə vaxtda məhz bu iki oyunçu arasına baş verən epizod bəlkə də oyunun taliyini həll etdi. Oyunun gedişində Zidan ona nə isə deyən Materatsiyə yaxınlaşıb və başı ilə onun sinəsinə zərbə endirdi. İtalyan bu epizoddan maksimum istifadə etdi. O, elə yıxıldı ki, bunu nəzərdən qaçırmaq mümkün düyildi. Hakim Qrasio Elisondo Zidanı meydandan kənarlaşdırdı. Oyundan sonra təyin olunmuş penaltilərin beşini də italyanlar dəqiq yerinə yetirdilər. Fransız Trezegenin səhvi həlledici oldu (5-3). İtalyanlar 4-cü dəfə dünya çempionu adına layiq görüldülər.
********************************

Daha sxematik olaraq bax
********************************
Video izlə

Arxiv: Bosman.at.ua