Buradasınız Əsas » Bosman » “12-ci oyunçu” azarkeş klubu və “Bosman” fanklubunun birgə müraciəti
  • Bookmark and Share

“12-ci oyunçu” azarkeş klubu və “Bosman” fanklubunun birgə müraciəti 

Bosman loqo XL loqolu

12cioyuncu loqo kohneBosman loqo XL loqolu

Premyer liqanın XXX turunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı “12-ci oyunçu” azarkeş klubunun və “Bosman” fanklubunun müraciəti.

 
2009/2010 Azərbaycanın futbol üzrə premyer liqasının final mərhələsi artıq sona yaxınlaşır. Sona üç tur qalsa da hələ heç bir komanda çempionluğu qarantiləməyib. Gərgin gedən bu mübarizədə çempionluğa bir neçə komanda real namizəd görünür ki, bunlardan biri də “Xəzər Lənkəran” klubudur. “Xəzər Lənkəran” klubunun növbəti matçı “Neftçi” komandası ilə keçiriləcək.
Bildiyiniz kimi, bu komandalar arasında keçirilən demək olar bütün oyunlar öz prinsipiallığı və gərginliyi ilə diqqət çəkib. Bu gərginlik və prinsipiallıq həm hər iki klub arasında, o cümlədən də hər iki tərəfin azarkeşləri arasında müşahidə olunub. Bu gərginliyi yaradan əsas səbəblərdən isə meydandankənar amilləri göstərə bilərik.
“Xəzər Lənkəran” Azərbaycan çempionatında iştirakının ilk günündən iddiasını ortaya qoymuş bir klubdur. Görünür bu iddia bəzilərini qane etmir. Hər vəchlə, xüsüsən də “Neftçi” ilə oyunlarda klubumuza edilən müxtəlif haqsızlıqlar lap əvvəldən müşahidə olunmaqdadır.
Ayrı-ayrı misallar çəkmədən, elə bu komandalar arasında Lənkəranda keçirilən son oyunu yada salmaq kifayətdir. Burada hakim Əfqan Həmzəyevin əli ilə müxtəlif formada ağlagəlməz haqsızlıqlar etməklə, xeyli gərginlik yaratmiş və klubumuzu iki xaldan etmişdilər. Bu azmış kimi “Neftçi” rəsmiləri hətta “Xəzər Lənkəran”a texniki məğlubiyyət belə tələb etməkdən çəkinmirdilər. Heç bir idman və əxlaq normalarına sığmayan belə tələblər əlbəttə bizi hiddətləndirir. Bu hiddətin nəticəsi idi ki, bu müraciəti imzalayan hər iki fanat qurumu həmin ərəfədə AFFA prezidenti R.Abdullayevə müraciət etmişdi və çox sağ olsun ki, AFFA rəhbəri Azərbaycan futbolunun bir neçə rəsmi şəxslərini cəzalandırmışdı.
Göstərilən son oyunda matçlara texniki hazırlıq səbəbindən çatmamazlıqlar, əslində gülünc görünür.PFL prezidenti tərəfindən bəyan edilən, güya qulaqcıqların başqa oyuna göndərilməsi, hakimlərin bayraqlarındakı “batareyaların qurtarması” səbəbindən hakimlər arasında əlaqənin pozulması kimi göstərilən bəhanələr əlbəttə gülüncdür. Eyni zamanda hakimlərlə bağlı, niyə məhz hakimlər komitəsi deyil, PFL prezidentinin məsul açıqlamalar verməsi maraqlıdır.
Sonra, hər hansı mübahisəli epizodun kamera azlığindan aydin görünə bilməməsi faktı da gülüncdür. Bunlar hamısı əvvəlcədən hazırlanır ki, sonra həmin epizodlara aydınlıq gətirmək mümkün olmasın və beləcə maraqlı tərəf öz istəyinə çatsın.
Biz “Xəzər Lənkəran”azarkeşləri olaraq, qarşıdakı “Neftçi” – “Xəzər Lənkəran” matçında belə hallara yol verilməməsi üçün həm futbol qurumlarına və həm də yayım hüququna malik AZtv rəhbərliyinə müraciət edərək, bu matçda belə hallara yol verməmələrini tələb edirik. Əks halda, texnikanın belə inkişaf etmiş bir vaxtında biz onsuz da bütün oyunöncəsi, matç zamanı hakimləri və matç sonrası bütün məqamları texnikanın videoyaddaşına köçürəcək və sonra lazım gələcəksə aidiyyətli qurumlara və mediaya təqdim edəcəyik. Bununla bəlkə haqsizlığın qarşısını almaq mümkün oldu.
Eyni zamanda Bakı şəhər baş polis idarəsinə, mayın 1-də keçirləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunu zamanı stadionda və oyun sonrası, stadiondan kənarda qonaq azarkeşlərin təhlükəsizliyinin təminatını yüksək səviyyədə təşkil olunmasına nəzarət etməsi xahişi ilə müraciət edirik.
Son olaraq həmin oyunda iştirak edəcək bütün “Xəzər Lənkəran” azarkeşlərinə bildiririk ki,bu dəfə də komandamızın matçda qalib gəlməsinə mane olacaq bəhanələr axtarıla biləcəyi həmişəki kimi realdır.Məhz bu oyunda komandamıza növbəti təzyiq vasitəsi kimi qonaq azarkeşlərin əməllərini bəhanə gətirə bilərlər.Oyundan əvvəl və sonra stadion kənarında ev sahibi komandanın fanatları ilə hər hansı bir konfliktə getməklə, bizə qarşı yönələn növbəti aksiyanın iştirakçısına çevrilə bilərik.

 

İnetrnet saytlarında və “Futbol +” qəzetində təqdim olunan yazılarda, “Neftçi” fanatlarının radikal, həmçinin Lənkəranlıları təhqir edən fikirləri bir daha düşünməyə əsas verir ki,azarkeş qarşıduramsından rəqib tərəfin sui istifadə edəcəyi gözlənilə bilər.İstənilən formada olan təzyiqlərə qarşılıq verməməklə biz Lənkəranlı futbol azarkeşlərinə yaraşacaq səviyyəmizi nümayiş etdirməliyik.
Bütün “Xəzər Lənkəran” azarkeşlərini təxribatlara uymamağa və komandanı sivil yollarla dəstəkləməyə çağırırıq.
Kim güclüdürsə, qoy o da qalib olsun !

 

 

 

“12-ci oyunçu”azarkeş klubu və “Bosman” fanklubu                     28.aprel 2010

 

Arxiv: Bosman.at.ua

 

Şərh əlavə et


1 − = sıfır