Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » 12-ci dünya çempionatı, 1982. İspaniya (VİDEO və Sxematik)
  • Bookmark and Share

12-ci dünya çempionatı, 1982. İspaniya (VİDEO və Sxematik) 

Ispaniya1982_logo

12-ci çempionat yeni sistem üzrə keçirilmişdir: final mərhələsində həmişəki kimi 16 deyil, 24 komanda iştirak edirdi. Ispaniya yarışların təşkilatçısı və Argentina dünya çempionu final turnirinə birbaşa dəvət olunmuşdular. Qalan 22 vəsiqə seçmə oyunlarda əldə edildi. Avropadan 13 komanda, Cənubi Amerikadan 3 komanda, Şimali və Mərkəzi Amerika və Karib dənizi ölkələrindən 2 komanda, Afrikadan 2 komanda, Asiya və Okeaniya ölkələrindən isə 2 komanda qruplarda fərqlənərək İspaniyada çıxış etmək hüququ qazandılar.24 finalçı püşk yolu ilə aşağıdakı 6 qrupa bölünmüşdü:

 

 1-ci qrup: 
İtaliya, Polşa, Peru, Kamerun

 

 2-ci qrup: 
AFR, Əlcəzair, Çili, Avstriya

 

    3-cü qrup:
Argentina, Belçika, Macarıstan, Salvador

 

     4-cü qrup: 
İngiltərə, Fransa, Çexoslovakiya, Küveyt

 

            5-ci qrup:

İspaniya, Honduras, Yuqoslaviya, Şimali İrlandiya

 

6-cı qrup: 
Braziliya, SSRİ, Şotlandiya, Yeni Zelandiya

Hər qrupda birinci və ikinci yerləri tutan komandalar çempion adı uğrunda mübarizəni davam etdirmək hüququ qazanırdı. Seçmə oyunlarında birlikdə çıxış etmiş AFR və Avstriya komandaları ikinci qrupda birbirinin köməyinə gəldi. Futbol dünyası üçün heç vaxt arzu olunmayan, azarkeşləri məmnun etməyən bir hal baş verdi. Əlcəzair komandası yaxşı oyun nümayiş etdirərək keçmiş  çempionlara – AFR futbolçularına 2-1 hesabı ilə qalib gəldi. Bundan sonra avstriyalılar həm Çili komandasını 1-0, həm də əlcəzairliləri 2-0 məğlubiyyətə uğradaraq ikinci mərhələyə vəsiqə qazandılar. Əlcəzair futbolçuları isə Çili idmançıları üzərində qələbədən (3-2) sonra liderə çatdılar (hərəsi 4 xal). Indi hər şey Avstriya və AFR komandaları arasındakı son oyundan asılı idi. Bü görüşdə əslində mübarizə olmadı: AFR futbolçuları onlara lazim olan 1 topu vurduqdan sonra komandalar meydançada vaxt keçirirdilər. Beləliklə Əlcəzair komandası süni şəkildə turnirdən kənarda qaldı. AFR və Avstriya isə qrupun qalibi oldular. Digər qruplarda da maraqlı mübarizə sonrası növbəti mərhələyə çıxan komandalar bəlli oldu.

Çempionatın ikinci mərhələsi üçün atılan püşk qüsurlu idi. Belə ki, bəzi qrupların tərkibi çox güclü, bəzilərininki isə zəif idi.

 

 A qrupu: 
Polşa, SSRİ, Belçika

 

     B qrupu: 
AFR, İspaniya, İngiltərə

 

   C qrupu: 
İtaliya, Braziliya, Argentina

 

D qrupu: 
Avsrtiya, Şimali İrlandiya, Fransa

Yarımfinala yalnız qrupun qalibi çıxırdı. C qrupunda bu baxımdan çempionatın 2 güclü komandası mübarızəni dayandırmalı idi. Yarımfinala çıxan komandaların hamısı Avropanı təmsil edirdi. Italiya və Polşa, AFR və Fransa komandaları qarşılaşdılar, birinci oyun qaliblər üçün ciddi problemlər yaratmadı: dünya çempionatının ən “parlaq ulduz”u olan italiyalı Rossi polyakların qapısına hər hissədə 1 top (22-ci və 74-cü dəqiqələr) vuraraq öz komandasının finala çıxmasını təmin etdi.

AFR və Fransa komandalarının oyunu isə son dərəcə gərgin keçdi. Bu dramatik oyunda hesab 18-ci dəqiqədə açıldı. Fransa komandası ruhdan düşmədi, üstünlüyü tamamilə ələ keçirdi. 10 dəqiqə sonra hesab bərabərləşdi. AFR komandasının müdafiəçisi cərimə meydançasında Roştonu tutub saxladı və təyin olunmuş 11 metrlik zərbəni Platini dəqiq yerinə yetirdi. əlavə vaxt təyin olundu, oyun yenidən başlanan kimi 92-ci dəqiqədə Trezor Fransa komandasına müvəffəqiyyət qazandırdı. 6 dəqiqə sonra Jiresin vurduğu top dirəyə toxunub qapıdan keçdi. AFR komandası bu hesabla razılaşmadı. Zədəli olduğuna görə əvvəlki oyunları tam qüvvə ilə keçirə bilməyən Rummeniggenin meydana çıxması ciddi dönüş yaratdı. O müdafiəçilərdən yuxarı tullanaraq topu başı ilə Ettonun qapısından keçirdi (102-ci dəqiqə). 7 dəqiqə sonra isə Fişer başı üzərindən gözəl zərbə ilə hesabı bərabərləşdirdi (3-3). 11 metrlik zərbələr seriyasında 1-ci beş zərbədən 4-ü qapıdan keçdi. Zərbələr ilk səhvə qədər davam etdirilməli idi. Fransız Bossinin vurduğu topu Şumaxer qaytardı. Növbə AFR komandasının üzvü Xrubeşə çatdı. Bu futbolçu dəqiq zərbə vurdu. AFR futbolçuları 8-7 (əsas vaxtda 1-1; əlavə vaxtda 2-2; 11 metrlik zərbələrdə 5-4) hesabı ilə qalib gəlib finala çıxdılar. Fransa və Polşa futbolçuları 3-cü yer uğrunda oyun keçirdilər. Fransızlar oyuna hücum üslubunda başladılar və hesabı açdilar. Fransa komandası çempionat ərzində xeyli yorulmuşdu və bu oyuna bir neçə əsas oyunçusu olmadan çıxmışdı. Bu, oyunda özünü biruzə verdi. Fasilə ərəfəsində polşalılar cavab topu vurdular (Şarmax). 45-ci dəqiqədə isə Mayevski fərqləndi. Ikinci hissənin lap əvvəlində Kuptseviçin zərbəsindən sonra hesab 3-1-ə çatdı. Fransa komandası toplardan birinin əvəzini çıxa bildi (3-2). Fransa komandası çempionatda gözəl oyunu ilə yadda qaldı. Onları “Avropali braziliyalılar” da adlandırırdılar.

Final oyunu Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirildi. Italyanlar 24 cü dəqiqədə fərqləndilər. Konti qapıçı ilə təkbətək çıxarkən Brigel onu kobudluqla saxladı. Təyin olunmuş 11 metrlik zərbəni Kabrini qapının yanından vurdu. Birinci hissə (0-0) hesabı ilə bitti. Ikinci hissədə Rossi 57-ci dəqiqədə fərqləndi. Italyanlar 70-ci dəqiqədə hesabı artirdılar. Tardelli gözəl ötürmədən ustalıqla istifadə etdi. 81-ci dəqiqədə Konti topla təxminən 40 metr hərəkət etdikdən sonra topu Altobelliyə ötürdü. Altobelli bu gözəl ötürməni ustalıqla qola çevirdi (3-0). AFR futbolçuları 83-cü dəqiqədə fərqi azaltmağa nail oldular. Italyanlar 3-cü dəfə dünya çempionu adını qazandılar.

 

***************************

Daha sxematik olaraq bax

***************************

Videonu izlə

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


4 + = on