Əzəli rəqib "Xəzər Lənkəran"ın bərpa ilindəki məşqçisinə etimad göstərdi (Video)

“Neftçi” PFK-nın yeni baş məşqçisi Nazim Süleymanov “Bakcell Arena”da mətbuat konfransı keçirərək media nümayəndələrinin suallarını cavablandırıb. Avropada tarix yazmış bir klubun sükanı arxasına keçməyin böyük məsuliyyət tələb etdiyini deyən təcrübəli mütəxəssis, “Neftçi”də olması ilə qürur duyduğunu bildirib. Nazim Süleymanov ona göstərilən etimada görə klub prezidenti Sadıq Sadıqova minnətdarlığını bildirərək, “Neftçi” PFK-nın uğurları üçün əlindən gələni əsirgəməyəcəyini jurnalistlərin diqqətinə çatdırıb.

26 Oktyabr 2013


Mənbə: neftchipfk.com

4 thoughts on “Əzəli rəqib "Xəzər Lənkəran"ın bərpa ilindəki məşqçisinə etimad göstərdi (Video)”

  1. Nazim S .deyib ki Məni qoymadılar Xəzərdə işləməyə yəqin Rednik kimi onun da torbasın tikiblər.
    *****
    Nazim Süleymanov, cənublu olsa da, “Neftçi”nin futbolçusu olub. SSRİ-nin axır illərindən Rusiyada oynayıb və bu ölkənin bombardiri olub. İstedadlı futbolçu və istedadlı məşqçidir. Ona uğurlar arzulayırıq.

  2. Mən deyərdim ki, Nazim Süleymanov yaxşı futbolçu olduğu kimi həm də öz yaşıdları arasından yetişən məşqçilərin ən yaxşılarından sayılır. Bir cənublu kimi yeni işində ona uğurlar arzulayıram. “Xəzər Lənkəran”ın ölkə futboluna ikinci qayıdışında Nazim Süleymanovun da danılmaz xidmətləri vardır.
    *****
    Tamamilə doğrudur.

  3. Məlum olduğu kimi, “Neftçi” klubu yeni baş məşqçi ilə müqavilə bağlayıb. Bu tanınmış futbol mütəxəssisi Nazim Süleymanovdur. Artıq “Xəzər Lənkəran” klubu bununla bağlı “Neftçi”yə təbrik məktubu yollayıb.
    Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportarena.az saytına açıqlamasında bildirdi ki, təbrik rəsmi məktubla kluba göndərilib.
    http://sportarena.az/news/12244/?n=l#sthash.1ejdHTqd.dpuf

  4. Mirhafiz muellim!-Noyabrin 2-de kamandamizin oynu canli yayimlanacaqi gozlenilir.Nedense menim bunlara inamim yoxdur-birde gorursen ki canli yayim verilmedi.Bu yayimla baqli son saatlara qeder eger deyişilik olsa mutleq saytda bildirin.hec olmasa ikinci hissesine catib bezi kadrlar elde etmek olar.Hemin gun stadiona getmek istemediyimin mueyyen sebebi var.Kamandamizin oynundan 2 saat evvel maraqli bir qarşilaşmanida izlemek isteyirem.

Comments are closed.