Buradasınız Əsas » Xəzər Lənkəran » Əvəzedicilər » Əvəzedicilərimiz səfərdən bir xalla döndü
  • Bookmark and Share

Əvəzedicilərimiz səfərdən bir xalla döndü 

evezediciler meydana çixir

Sabah “Rəvan” komandası doğma klubumuz “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu gün isə bu komandaların əvəzedici heyətləri, əsas komandaların görüşəcəyi “Bayıl Arena” stadionunda qarşılaşıblar. XXV  tura təsadüf edən bu qarşılaşmanı baş hakim Yusif Hüseynov, laysmanlar Vüsal Qənbərov və Elnur Ağayev, o cümlədən, dördüncü hakim Səbuhi Bayramov idarə ediblər. Qarşılaşma adıçəkilən məkanda, saat 13:00-da start götürüb. Oyun boyu hər iki komandanın çox çalışmasına baxmayaraq nə “Xəzər Lənkəran”ın, nə də “Rəvan”ın gəncləri rəqib qapısına yol tapa bilməyiblər. Beləliklə XXV turdan gənclərimiz bir xalla ayrılmalı olublar. XXV turdan sonra əvəzedicilərin turnir cədvəlindəki vəziyyəti nəzərinizə çatdırırıq. Xatırladaq ki, bəzi komandaların əvəzediciləri, oyunlarını sabah keçirəcəklər. Hal hazırda turnir cədvəlində “Xəzər Lənkəran” dördüncü yerdə qərarlaşıb və turnir cədvəlinin ümumi vəziyyəti belədir. Cədvəli daha aydın nəzərdən keçirmək üçün, üstünə klik edin.

Evezediciler_XXV_tur

 

 

2 Şərh yazıya: Əvəzedicilərimiz səfərdən bir xalla döndü

  1. Zəfər Lerikli

    Sabah iki turk məşqcilərin ilk dueli baş verəcək və kamandamiz qalib gələcək.Kamandamizin uğurlu seriyalari başlayacaq.Buna cox inaniram.

     
  2. Qabil

    Salam, Mirhafiz müəllim! Məndə bir ümid var ki, komaandamız sabah baxımlı oyun göstərib qalib gələcək.
    *****
    Qabil bəy, sözün düzü bizdə də buna inam çoxdur.

     

Şərh əlavə et


7 − altı =