Buradasınız Əsas » Xəzər Lənkəran » Əvəzedicilər » Əvəzedicilərimiz qalib gəlməklə, əsas heyəti sabahkı Böyük Oyuna, böyük ölçüdə motivə etdi
  • Bookmark and Share

Əvəzedicilərimiz qalib gəlməklə, əsas heyəti sabahkı Böyük Oyuna, böyük ölçüdə motivə etdi 

Evezediciler-2

Bu gün əvəzedici heyətlər arasında ölkə çempionatının 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” “Neftçi”ni qəbul etdi.

İlk hissə qarşılıqlı hücumlarla keçdi və komandalar bərabər səviyyədə mübarizə apardı. Oyunun əvvəlində paytaxt futbolçuları hesabda irəli çıxdı. Birinci yarıya əlavə olunmuş vaxtda təyin olunan kornerdən sonra Mirqasım Cabbarlı qarışıqlıqdan lazımi şəkildə istifadə edib hesabı bərbərləşdirdi.

Fasilədən sonra isə üstünlük tam olaraq ağ-yaşıl tərəfə keçdi. Əvvəl Elnur Cəfərov sol cinahda topla irəliləyib, cərimə meydançasına daxil olan Kazım Kazımlını gördü. Sonuncu topu bir toxunuşda qəbul edib, ikincidə tora göndərdi – 2:1.

Ardınca Cəfərov özü də qapıya yol tapdı. Önündə olan üç müdafiəçini effektli fəndlə yığışdıran gənc forvard qarşısını boşaltdı və qapıçı ilə təkbətək çıxıb topu qapıdan keçirdi – 3:1. Matçın ən yaxşısı olan Elnur son dəqiqələrdə daha bir qol vura bilərdi, lakin bu dəfə rəqib qolkiper yaxın məsafədən vurulan topu dəf edə bildi.

Bu qələbədən sonra “Xəzər Lənkəran” əvəzediciləri xalını 33-ə çatdıraraq cədvəlin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, ilk dövrədə Lənkəranda keçirilmiş oyun “Xəzər Lənkəran”ın 6:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Evezediciler-1Evezediciler-3

 

Mənbə: Lakaranfc.com

4 Şərh yazıya: Əvəzedicilərimiz qalib gəlməklə, əsas heyəti sabahkı Böyük Oyuna, böyük ölçüdə motivə etdi

  1. Qabil

    Gecəniz xeyirli olsun, DOKTOR! Oyunun ikinci hissəsi demək olar ki, super idi. Əsasən gənc hücumçumuz Elnur Cəfərov əla oyun hümayiş etdirdi. Kazım Kazımlıya verdiyi bir məhsuldar ötürmə qolla nəticələndi. Özü isə sürəti və texnikası sayəsində müdafiəçiləri arxada qoyub qapıçı ilə dueldən qalib ayrıldı.
    Doktor, Sizin və İslam bəyin bir vaxtlar Elnurun müdafiəsi üçün çəkdiyiniz zəhmət hədər getmədi.
    *****
    Təşəkkür edirəm Qabil bəy!

     
  2. Demir Agaci

    Tebrikler. Buna cox sevindim. Inshaallah bugun de esas komanda ile sevinerik.
    *****
    Bu bizim yubileyə əsl hədiyyə olardı…

     
  3. Demir Agaci

    8 de kecirilen oyunlarin neticesine munasibetinizi bilmek isterdik. Bir yazinizda genish izah vermisdiniz ki bezi neticeler deyishse bizim xeyrimize olar. Demek olar ki bele oldu. Qarabag klubu da hec hece etseydi lap ela olardi.
    *****
    Sabahkı oyunumuz da daxil olmaqla, turun nəticələrini şərh etməyi düşünürük.

     
  4. van persi

    insallah bugun xezer qalib geler

     

Şərh əlavə et


7 + = səkkiz