Buradasınız Əsas » Aktual » Əvəzedicilərimiz lideri udaraq lider oldu! (VİDEO)
  • Bookmark and Share

Əvəzedicilərimiz lideri udaraq lider oldu! (VİDEO) 

evezediciler meydana çixir

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının VIII turu çərçivəsində sentyabrın 26-da “Xəzər Lənkəran”lı gənclər “İnter” klubunun əvəzedicilərini qəbul etdi. “Fırtınalar meydanı”nın ehtiyat meydançasında  saat 16:00-da start götürən matçın ilk dəqiqələrində “Xəzər Lənkəran”ın əvəzediciləri irəli atılaraq fəallıq nümayiş etdirdilər. Qonaqlar da eyni fəallıqla mübarizə apardıqca oyunun marağı artmaqda idi. Əsas heyətdən gənclərə kömək üçün göndərilmiş Sadio Tounkara artıq 2-ci dəqiqədə hesabı açdı. Fasiləyə 1:0-hesabı ilə irəlidə olaraq yollanan “Xəzər Lənkəran”ın əvəzediciləri ikinci hissədə də yaxşı çıxış etmək niyyətini ortaya qoydu. Qarşılıqlı hücumlarla davam edən ikinci yarıda gənclərimiz daha bir dəfə fərqlənə bildilər. Gənc futbolçumuz Fikrət Ulduzlu 58-cı dəqiqədə 2-ci topu qonaqların qapısından keçirdi. Final fitinə qədər hesab dəyişməyincə “Xəzər Lənkəran”ın əvəzedicləri növbəti qələbəsini bayram edərək əvəzidiclər çempionatının lideri oldu. Matçın qəhrəmanlarından biri kimi gənc qapıçımız Tərlan Qasımzadəni göstərmək olardı. Belə ki, məhz onun möhtəşəm qurtarışları və əlbəttə ki, komanda yoldaşlarının yaxşı çıxışı sayəsində qonaqlar kəskin hücumlarını qola çevirə bilmirdilər. Qeyd edək ki, oyunu 250-azarkeş izləyirdi.

Əlavə olaraq bildirək ki, bu qələbədən sonra 17-xal toplayan “Xəzər Lənkəran”lı gənclər əvəzedicilərin çempionatında turnir cədvəlinin ilk pilləsində yerini möhkəmlətdi.

Mənbə: 12cioyuncu.info

3 Şərh yazıya: Əvəzedicilərimiz lideri udaraq lider oldu! (VİDEO)

  1. xl

    tebrikler

     
  2. xl

    admin xezer inter oyununu hec bir kanal vermesede xezerin resmi sayti bunu verecek bunu xeber kimi qeyd ede bilersizse edin bilmezsizse etmeyin http://az.12cioyuncu.info/canli-yayim-niy%c9%99-olmayacaq/

     
  3. Qabil

    Bir daha axşamınız xeyir! Əvəzedicilərimizin oyununu canlı izləyirdim. Uşaqlar əla oynadı. Hiss olunurki, oyundan-oyuna komandada inkişaf var. Oyunun 2-0 olmasında gənc qapıçımız Tərlan Qasımzadənin əla oyunu danılmazdır. Əsasən oyunun ikinci hissəsində Tərlan, rəqibin iki-üç yüz faizli qol imkanını gözəl tullanışla dəf etdi. Hətta oyunu izləyən komandamızın əsas heyət oyunçuları da bu epizodlarda Tərlanı alqışladılar.

     

Şərh əlavə et


səkkiz − = 1