Əvəzedicilərdən növbəti qələbə

Bu gün əvəzedicilərimiz səfərdə AZAL komandasının əvəzediciləri ilə qarşılaşıblar. Gərgin keçən oyunun 19-cu dəqiqəsində Elvin Mirzəyev hesabı açıb. Hissənin sonunda isə 45-ci dəqiqədə Qurbaəli Əliyev hesabı bərabərləşdirməyə nail olub. Beləliklə ilk hissə 1:1 hesablı Bərabərliklə yekunlaşıb. İkinci hissədə də bu hesab uzun müddət davam edib. Yalnız oyunun sonlarına yaxın, yəni 87-ci dəqiqədə əsas heyət oyunçumuz olan təcrübəli Eduard Oriol qələbə topumuzu vura bilib və hesab 1:2 komandamızın xeyrinə dəyişib. Beləliklə qonaq olan komandamızın uğurlu çıxışı davam edib.
Bununla da əvəzedicilərimiz 7 turdan 4-nü qələbə, 2-ni heç-heçə, yalnız 1-də məğlub nəticə göstərməklə 14 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar.Əvəzedicilərimiz bu 7 turda rəqib qapılarından 13 top keçirə biliblərsə, öz qapılarından 6 top buraxıblar. xatırladaq ki, turnir cədvəlinə bizdən 2 xal çox toplamış “İnter” komandasının əvəzediciləri başçılıq edir.

6 thoughts on “Əvəzedicilərdən növbəti qələbə”

  1. tebrik edirem
    ********
    “Bosman.az” saytı olaraq biz də bu təbrikə qoşuluruq və davamının gəlməsini arzulayırıq!

  2. admin xezer azal oyununa internetden baxmaq olar?
    ******
    Təəssüf ki, bu oyun heç bir informasiya kanalı və ya internet vasitəsilə görüntülü olaraq yayımlanmayacaq. Amma “Bosman.az” saytı olaraq azarkeşlərimizi intizarda qoymaq fikrində deyilik. Bu barədə işləri dəqiqləşdirib az sonra məlumat verəcəyik.

  3. Əvəzedicilərin qələbəsi əsas həyyət üçün bir stimuldur. Həm əsas komandanın bugünki oyuna köklənməsində bu qələbənin rolu, həmdə əvəzedici heyyət oyunçuları ilə əsas komandanın oyunçuları arasındakı rəqabətin birazda artmasına aparan yoldur.Nəticədə qazanan “Xəzər Lənkəran”ımız olacaq.Sağ olun uşaqlar, uğurlar Sizə!

  4. onlaynda olsa bilek
    *********
    Yəqin ki, olacaq. “Bosman.az” saytının əməktaşları AZAL-la oyunun keçiriləcəyi “AZAL Arena” Stadionuna yollanır və oradan onlayn mətn şəklində məlumatları ötürəcəklər və bu məlumatlar ani olaraq, “12cioyuncu.info” saytında yayımlanacaq. Biz məlumatları ötürməklə və “12cioyuncu.info” yayımlamaqla əməkdaşlıq edəcəyik. Bunun nəticəsində “Xəzər Lə
    nkəran” sevərləri intizarda qoymayacağıq. “12cioyuncu.info” saytında onlayn reportaj başladığı andan siz sadəcə tez tez səhifəni yeniləməklə mətnin ardını izləyə bilərsiniz.
    “Bosman.az” saytının redaksiyası.

  5. “AZAL”-“XƏZƏR LƏNKƏRAN” oyununun ONLAYN reportajına görə SİZLƏRƏ təşəkkürlər! Etdiyiniz bu fədakarlıq azarkeş ordumuz üçün gözəl hədiyyədir. SAÖ OLUN!
    ********
    Çox sağ olun. Biz azarkeşlərimizi intizarda qoya bilməzdik. Hansı ki, heç bir yerdə reportaj olmayacaqdı. Azarkeşlərimizin ehtiyacını ödəməkdən qürur duyuruq. Ən böyük sevinci də sevgimiz olan “Xəzər Lənkəran” yaşatdı hamımıza. Bütün camiəmizi təbrik edirik!

Comments are closed.