Əlvida, Denis Silva!..

Denis_neftci
Futbolçu həyatı belədir deyirlər, bir gün bu klubda sabah başqasında. Biz peşəkar futbolçuyuq, həyatımız belədir… Amma bu da peşəkarlıqdır ki, başqa bir kluba keçdikdən sonra, uzun müddət oynadığın əvvəlki klubuna son ana qədər, mən yenə ora qayıdıram, hətta sənədlərin belə göndərildiyi haqda məlumatlar yayıldıqdan sonra, həmin ölkədə başqa bir klubla müqavilə bağlayasan? Əlvida Denis!
 
Çox gözəl edib, formana Denis Kruz yazdırmısan. Biz səni, “Xəzər Lənkəran”da Denis Silva kimi çox sevmişdik. Sən də bizi sevdiyini deyirdin…
 
Bizim sənə qarşı olan sevgimiz, sənin ölkəmizdə başqa bir kluba keçmək haqqında fikrə düşdüyün anda bitdi. Biz, sənə qarşı olan sevgimizi əbədi itirilmiş bir şey kimi dəfn etdik… Əlvida Denis!
Arxiv: Bosman.at.ua
 

1 thought on “Əlvida, Denis Silva!..”

  1. (18/İyun/2010 10:28)
    Denisin ve Juninionun getmesi bizi cox sarsitdi. Dunen Juni ile msn-de bir xeyli danisdim. Ailesinin yaninda olmasina gore Baki sheherini secdiyini dedi. Biz fanatlari cox sevdiyini, hec vaxt unutmayacagini ve bizim de onu unutmayacagini xahis eledi. Juni hemise menim qelbimde olacaq…

Comments are closed.