Elnur Cəfərov Avropa Çempionatının seçmə mərhələsində qol hesabını açdı

Azərbaycanın U-17 milli komandasının düşərgəsində olan “Xəzər Lənkəran”ın 16 yaşlı istedadı Elnur Cəfərov bu gün Rusiyada Avropa Çempionatının ilkin seçmə mərhələsinin birinci matçına çıxıb. Millimizin rəqibi İslandiyalı yeniyetmələr olub. Turnirin formatına uyğun olaraq iki 40 dəqiqəlik hissədən ibarət olan matç 3:3 hesabı ilə nəticələnib. Bütün oyunu meydanda olan gənc forvard son oyunlarda olduğu kimi yenə də fərqlənib. Əvvəlcə oyunun 11-ci dəqiqəsində vurulan qola assistentlik edən yetirməmiz ikinci hissənin əvvəlində özü də rəqib qapısına yol tapmaqla turnirdə qol hesabını açıb.
Mənbə: Lankaranfc.com

1 thought on “Elnur Cəfərov Avropa Çempionatının seçmə mərhələsində qol hesabını açdı”

Comments are closed.