Zirvələrçün yaranıb, doğma “Xəzər Lənkəran”!

xezer_emblem_qeseng
Bildiyiniz kimi, martın 12-si və 13-ü Unibank Premiyer Liqasının iki günə təyin olunmuş final mərhələsinin ilk, ümumiyyətdə isə XXIII turu keçirildi.
 
Martın 12-si ilk “6-lıq”da iki oyun keçirildi. “Bakı öz meydanında “Qarabağ”ı üstələyib xallarını 15-ə çatdırdı.
 
Digər oyunda isə doğma “Xəzər Lənkəran”,  fırtınalar meydanındakı “Qəbələ” üzərindəki parlaq qələbəsi sayəsində xallarını 18-ə yüksəltdi və “6-lıq”dakı ilk turdan liderliyi ələ keçirdi. Qalırdı ki,17 xala malik olan “İnter”, o da “Neftçi” ilə oyunda xal itirsin. Bizlərin arzuladığı və proqnozlaşdırdığımız kimi, “İnter” – “Neftçi” oyunu heç-heçə bitincə,”İnter” 2 xal itirib bir xal qazandı ki, bununla da xallarını 18-ə çatdırdı. Onlar “Xəzər Lənkəran”-la eyni xala malik olsalar da, onu zirvədən sala bilmədilər. Çünki öz aralarındakı oyunların nəticələrinə görə “Xəzər Lənkəran” hələlik “İnter”lə iki dəfə görüşmüş və bu görüşlərin birində qalib gəlmiş, digəri isə heç-heçə ilə nəticələnmişdir. Bundan əlavə, vurulan və buraxılan topların fərqinə görə də komandamız daha yaxşı nəticəyə malikdir.
 
Beləliklə ilk cəhdəcə zirvəni ələ keçirən “Xəzər Lənkəran”-a bundan sonrakı çempionat oyununda elə “İnter”lə qarşılaşmada qələbə arzulayırıq. Belədə, “Xəzər Lənkəran” çempionatın şəriksiz liderinə çevriləcək və inşallah çempionluq yolunda daha bir addım atmış olacaq.
 
 
 
            Zirvələrçün yaranıb, doğma “Xəzər Lənkəran”
 
            Çempionluğa doğru, yaxınlaşır anbaan!
 
Arxiv: Bosman.at.ua
 

1 thought on “Zirvələrçün yaranıb, doğma “Xəzər Lənkəran”!”

Comments are closed.