Zəfər bəyin saytımıza Superkubok hədiyyəsi!

Oyundan sonra superkubokla əlaqədar medalların hər iki komandaya təqdim edilməsini və Superkubokun “Xəzər Lənkəran”a təqdim edilməsi görüntülərini saytımızın fəal izləyicisi və komandamızın sadiq azarkeşi, Zəfər Lerikli video yazı şəklində bizə göndərməklə əslində bütün azarkeşlərimizə hədiyyə edib. Yəqin bilirsiniz ki, bu, Zəfər bəyin birinci belə işi deyil. Zəfər bəy artıq neçənci dəfədir ki, ekranlara “sığmayan” komandamızın oyununun videogörüntülərini imkan olduqca tam şəkildə özü video yaddaşa köçürür və saytımıza göndərir. Zəfər bəyə “Bosman.az” olaraq təşəkkür edir və onun bu təmənnasız əziyyətini yüksək qiymətləndirərək, çox sağ ol! deyirik!

2 thoughts on “Zəfər bəyin saytımıza Superkubok hədiyyəsi!”

  1. Zəfər qardaş, videomateriala görə təşəkkür edirəm. “Xəzər Lənkəran”ın Lənkərana qayıtmasına artıq bir neçə saat qalıb. Biz də yığışıb komandamızı “Samovar”da qarşılamağa hazırlaşırıq. Bir daha Sizi və azarkeşlərimizi təbrik edirəm.

Comments are closed.