Yoxlayaq görək, həm komandamızı, həm də canlı yayımı

Antaliyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” ilk yoxlama oyunu keçirir. Yanvarın 13-də axşam məşqindən imtina edən komanda bir gün sonra, yanvarın 14-də yoxlama oyununda gücünü sınayacaq. Yerli vaxtla saat 17:00-da start götürəcək qarşılaşmada komandamızın rəqibi Türkiyənin Superliqa təmsilçisi “Çaykur Rizespor” klubu olacaq. Əldə olunan məlumata görə yoxlama oyunun “Xəzər Lənkəran” klubunun rəsmi saytı vasitəsi ilə canlı yayımlanacağı gözlənilir. Qeyd edək ki,  matçın canlı yayımına hazırlıq məqsədi ilə yanvarın 13-də rəsmi saytda artıq test işləri uğurla aparılmışdır.
“Xəzər Lənkəran”-“Çaykur Rizespor” Oynunu CANLI izlə-14. 01. 2014; Bakı vaxtı ilə 19:00
İkinci izləmə keçidi
Mənbə: 12cioyuncu.info

5 thoughts on “Yoxlayaq görək, həm komandamızı, həm də canlı yayımı”

  1. Sabah Dənizlinin yeni kamandasinda calişdiği ilk zəhmətini və taktikasini görmək olar.Dənizli öz oynunu oynadacaq və hec bir oyuncuya artiq manever etməyə qoymayacaq.Dənizli bir toxunuşlu oturməyə ustunluk verən məşqcilərdəndir.Sabah oyuncularda bunu görməyə dəyər.Qapiyada ilk toxunuşda zərbə vurmağini sevən məşqcilərdəndir.Bir yayimin öturməsi yaxşi olaydi ki, bu oyuna baxa biləydik.

    • Muəllim salam!-Yəqin ki, oyuna baxmisiniz.Kamandamizin oyunculari topu yungulcə saxlayir və öturmə edirdilər.Bu Mustafa bəyin tapşiriğidir məncə.Tounkara isə biraz öz ampulada qalib.İkinci hissədə Nildo şpaqatla yadda qaldi.Görunən odur ki, bu adamda alinmirda..Hucumda bizdə problem qalmaqdadir.Hucumcu transferi qişda cox vacibdir.
      *****
      Salam Zəfər bəy, fikirlərinizlə razıyam.

  2. DOKTOR, canlı yayım lap yerinə düşdü. Komandamızın nəyə qadir olduğunu güclü rəqiblə oyunda daha dəqiq görmək olur.
    *****
    Bu əlbəttə, belədir.

  3. xezer udacaq
    *****
    İnşallah gözəl oyunun və ardınca qələbənin şahidi olarıq. Qələbə olmasa da, gözəl oyun tərzi bizə bəs edər.

  4. Salam DOKTOR! Qış fasiləsində ilk oyunumuz ümumi götürəndə normal təsir bağışladı. Normal ona görə deyirəm ki, “Rizespor”un Türkiyə Superliqasının təmsilçisi olmasını nəzərə alıram. Komandamızın qol imkanları rizəlilərdən çox oldu amma, bu imkanlardan yenə yararlana bilmədik. M.Dənizli komanda üzərində hələ çox işləməlidir. Start 11-liyin tam heyətini təyin etdikdən sonra komandanın nəyə qadir olduğunu görə bilərik. Oyun haqqında Sizin fikirlərinizi də bilmək mənim üçün maraqlı olardı. Qabaqcadan təşəkkür edirəm!
    *****
    Qabil bəy, fikirlərimizi kiçik bir yazı şəklində ifadə etməyi düşünürük.

Comments are closed.