"Yaşıl Armada" Superkuboku Lənkərana aparacağına inanır

Premyer-liqanın son turunda “Simurq”a qalib gələn  “Xəzər  Lənkəran” rəhbərliyi komandanın Superkubok qarşılaşmasına  daha yaxşı hazırlaşması üçün üçün paytaxda qalıb “Neftçi”nin köhnə bazasında hazırlıq keçməsini daha məqsədəuyğun sayıb. Zaqatala təmsilçisi ilə matçdan sonra istirahətə buraxılan “ağ-yaşıllar” bazar günü axşam saatlarında “Modern” oteldə bir araya gəliblər. Komandanın mətbuat katibi Hüseyn Cəbrayıloğlundan aldığımız bilgiyə görə “gəmiçilər” dünən  12.00-da oteli tərkgünorta edib, hava limanına yollanmalı idi.
Qayğılı inzibatçılar və xəbərləri izləyən həkim.
Superkubok qarşılaşması ərəfəsində “Xəzər Lənkəran” düşərgəsində düşərgəsində nələrin yaşandığını, futbolçuların qarşıdakı oyunla bağlı fikirlərini öyrənmək üçün dünən səhər saatlarında cənubluların son zamanlar Bakıda məskunlaşdığı “Modern” otelinə üz tutdum. Səhər saat 10.00-da otelə çatanda hollda klubun inzibati heyətinə və həkimlərə rast gəldim. İnzibatçılar səfəröncəsi bərk məşqğul idilər. Onlar komandanın geyim dəstlərini, məşq invettarlarını və klubun atributlarını böyük çantalara yığıb, mehmanxananın önünə toplayırdı. Komandanın moldavan həkimi isə kresloda əyləşib meyvə şirəsi içə-içə internetdə son xəbərlərlə tanış olurdu. Bir neçə dəqiqədən sonra Hüseyn bəy gəlişimdən xəbər tutub aşağı düşdü və biz çay süfrəsi arxasında əyləşdik. Cəbrayıloğlu söhbət əsnasında “Xəzər Lənkəran”nın premyer-liqadakı son oyunan toxundu və hakimliklə bağlı iradlarını bildirdi: “Simurq”la matçda Rauf Cabbarov iki dəfə bizə qarşı kobud səhvə yol verdi. Birinci dəfə Kapsa Ağabalanı açıq-aşkar cərimə meydançasınım daxilində yıxsa da hakim penalti vermədi. İkinci səhvi isə təmiz qolumuzu saymamsı oldu. Top Sivanın bədəninə dəyib, qapı xəttini keçsə də Cabbarov Silvanın əllə oynadığını işarə edib, qolu qeydə almadı. Belə hakim səhvləri bütün komandaya təsir edir. Görəsən nə vaxta kimi referilər “Xəzər Lənkəran”ı sıxacaqlar?”
Adətinə xilaf çıxmayan uelsli.
Mətbuat katibi ilə bir az söhbət etmişdik ki, komandanın baş məşqçisi hollda göründü. Çox vaxt idman geyimində görməyə adət etdiyimiz Con Toşakın bu dəfə kostumda və qalstukda olamsı çox maraqlı mənzərə idi. Deyəsən uelsli mütəxəssis Naxçıvana rəsmi geyimdə yollanmağa üstünlük vermişdi. Yeri gəlmişkən kostyumun görünüşündən hiss olunurdu ki, sahibi onu təzə alıb. Hüseyn bəy Toşaka yaxınlaşıb, jurnalistin onunla danışmaq istədiyuini bildirincə, britaniyalı başını yelləməklə iki-üç dəfə ingilis dilində “no, no” söylədi. Təvəzükarlıqdan uzaq olsa da… Toşak onunla kimin danışmaq istədiyini əvəlcə bilmirdi, sonradan görəndə ki, danışmaq istəyən məhz mənəm, gülərək ”may frend yes, yes” dedi., Ancaq oyunla bağlı 10 dəqiqədən sonra danışa biləcəyini bildirdi. Mən də onunla razılaşdım. Sən demə 64 yaşlı çalışdırıcı 10 dəqiqəni gəzintiyə həsr edəcəkmiş. Sonradan mənə bildirdilər ki, uelsli mütəxəssis harda olmasından asılı olmayaraq, hər səhər yeməkdən sonra gəzintiyə üstünlük verir. Bu anda öz-özümə fikirləşdim, bəlkə də onun belə şux, yaşından cavan görünməsinin sirri bundadı. Bizlərdən fərqli avropalılar qidalanmaya ,səhhətinə bir sözlə gündəlik həyat tərzlərinə daha çox fikir verirlər. Nə bilmək olar bəlkə də baş məşqçi məhz belə gəzintilər zamanı komandasını qarşıdakı matçalara hansı heyətlə çıxmasını götür-qoy edir.
Futbolçular qələbəyə köklənib!
Toşakın səhər gəzintisinə yollanmasından istifadə edib, cənublu futbolçulardan bir neçəsinin qarşıdakı oyunla bağlı fikirlərini öyrəndim. Əvvəlcə saat 11.00-da birinci mərtəbəyə hamıdan tez düşən Zohair Benuahi ilə danışdım: “Çempionatdakı son qələbədən sonra komandadaxilindəəhval-ruhiyyə olduqca yüksəkdi. Uşaqlar Superkubok oynuna xüsusi hazırlaşıblar. İnanırıq ki, kuboku qazaqnıb Lənkərana gətirə biləcəyik. Bu azarkeşlərimiz üçün əsl hədiyyə olar. Artıq neçə ildi Azərbaycanda top qovuram. Lənkərandakı kimi azarkeşi, futbola bağlılığı ölkənin heç bir yerində görməmişəm. Çox təəssüf ki, bu görüşdə istənilən qədər fanatımız olmayacaq. Hər halda yol uzaqlığı var. Onları tribunalarda görəndə biz futbolçular da daha həvəsli oluruq. Ancaq buna baxmayaraq onların nəfəsini daim hiss edəcəyik. “Neftçİ” ilə Lənkəranda oynamışıq. Onlarda qeyri-adi heç nə yoxdu ki, çəkinək. Yeri gəlsə biz nlardan daha yaxşı təsir bağışlayırıq. Son oyunlarda bəxtimiz gətirsəydi daha çox xal yığa bilərdik. Sadəcə top qapıdan keçmir. Baş məşqçimiz hər oyun meydana müxtəlif heyət buraxır. Bu onun qərarıdı və ona hörmətlə yanaşırıq. Naxçıvanda ilk dəqiqələrdən forma geymək şansı qazansam çalışacam komandaya faydalı olum. Nildonun bu matçı buraxması bir qədər bizi üzdü. Ancaq bizdə Mbila kimi forvard var. Bu mövsüm həm də klubun 10 illik yubileyidi. Naxçıvanda qazanacağımız kubok yubiley mövsümündə ilk kubokumuz olar inşallah”. Mərakeşlinin ardınca son oyunlarda heç də pis təsir bağışlamayan Ağabala Ramazanov fikirlərini bölüşdü: “Mən “Neftçi”nin yetirməsi olsamda hazırda “Xəzər Lənkəran”nın şərəfini qoruyuram. Vəən böyük arzum Naxçıvan torpağında rəqibi məğlub edib, kuboku Lənkərana gətirməkdi. Qol vursam daha yaxşı olar. Komandamızın potensialına bələd olduğumdan inanıram ki, arzum gerçəkləşəcək. Ancaq onu da vurğulayım ki, bizi çox gərgin oyun gözləyir”.
“Xəzər Lənkəranın” kapitanı Rahid Əmirquliyev də oyunöncəsi inamlı çıxışla yadda qaldı: “Bizi oktyabrın 23-də çox prinsipial matç göləyir. Çox istərdim ki, bu dueldən biz qalib ayrılaq. Qarşılaşmanın Naxçıvanda oynanılmasının bizim üçün heç bir fərqi yoxdu. Baxmayaraq ki, eşitdiyimə görə artıq “neftçi” tərəfi orda azrkeş toplamaqla məşğuldu. İnşallah allahın izni ilə hər şey bizim üçün yaxşı sonluqla bitər. Klubun yubileyinə ilk mükafatımızı Naxçıvanda qazanmaq niyyətindəyik. Mövsümün sonunda isə çempion olmaq istəyirik. Məncə çempionluğa yol elə Naxçıvandan başlayır”. Cənubluların müdafiəsinin dirəyi Adrian Skarlatake də Superkuboku qazanacaqlarına inandığını dilə gətirdi: “Ölkə kubokunun finalında “neftçi”yə uduzsaqda, heç bir komponentdə rəqibdən geri qalmadıq. 120 dəqiqə onlarla başa-baş mübarizə apardıq. Bu matç bizim üçün həm də kubokun finalının revanşıdı. Tək üzüldüyüm məsələ Lənkəranlı azarkeşlərin tribunalarda az olacağı ilə bağlıdı. Onlar komandanın 12-ci oyunçusudu. Ancaq onlar Naxçıvanda olmayacaqlarına görə heyflənməsinlər. Çalışacağıq kuboku Lənkərana gətirib, onları sevindirək. Hamımız bu qarşılaşmanın məsuliyyətini dərk edirik”.
Toşak: “Komanda ilk tituluna yiyələnməlidi!”
Futbolçularla danışdığımız müddətdə artıq Toşak gəzintisini başa vurub, otelə qayıtmışdı. Ona yaxınlaşıb qarşıdakı oyunla bağlı fikirlərini öyrənmək istədikdə “yaxşı olardı ki, vaxt itkisinə yol verməyək. Elə avtobus bizi gözləyən yerə gedə-gedə söhbətləşərik söylədi. Onunla razılaşmamaq mümkün deyildi. Çünki, klub rəsmilərindən aldığımız bilgiyə görə baş məşqçi ümumiyyətlə “Xəzər Lənkəran” gəldikdən sonra mətbuat açıqlama vermir. Hətta dünyaca məşhur BBS, “Röyter”s kim telekanallar və agentlikllər ondan müsahibə almaq istəsə də yox cavabı alıb. Odu ki, onunyanına düşüb, yol gedə-gedə fikirlərini dinlədik: “Superkubok qarşılaşması ərəfəsində komanda da əhval-ruhiyyənin yüksək olması məni sevindirir. Artıq çempionatda da işlərimiz qaydasına düşməyə başlayıb. Son 5 matçda 10 xal toplamışıq. Bəzi görüşlərdə üstün tərəf olsaq da şansları boşa verməklə yadda qaldıq. Təəsüflənirəm ki, “Rəvan”la oyunda Nildo lazımsız yerə zədələndi. Avroliqada İsrail təmsilçindən evdə aldığımız böyükhesablı yenilgi düşərgədə hamının kefinə soğan doğramışdı. Həmin faciədən sonra komanda bir ay özünə gəlmədi. Vaxt ötdükcə futbolçularda özünəinam yenidən qayıtdı və bu da nəıticələrdə öz əksini tapdı. Ümüd edirəm ki, Naxçıvan səfərindən gülərüz geri dönəcəyik. “Neftçi” çətin rəqib olsa da keçilməz deyil. Artıq vaxtdı. Komanda ilk tituluna yiyələnməlidi. Bilirəm ki. azarkeşlərdə bu qarşılaşmada bizdən ancaq qələbə gözləyir. Çalışacağıq onları pərişan etməyək. Özünüzdə gördüz ki, futbolçularım necə motivasiya olunub. Onlarda qələbə haqda düşünür. Bilirsiz ki, mənim çox danışmaqla aram yoxdu. Sadəcə sizin qəzet başqalarından fəırqli Avroliqa oyunları zamanı bizim klubla daha çox maraqlandı. Hər oyundan öncə və sonra sizi mətbuat konfransında və tribunada görürdüm. Daha başqaları kimi, ildə-ayda bir dəfə gözə görünmürsüz. Yəqin ki, Naxçıvandakı oyundan sonra kefim yaxşı olacaq, və sənin suallarına daha ətraflı cavab verəcəm. Hələ ki bu qədər”.
Toşak sözlərini bitirdikdən sonra “yaşıl armada”nın döyüşçüləri bir nəfər kimi avtobusa mindilər və yolüstü oktyabrın 23-də qalib kimi danışacaqlarına inandıqlarını bildirdilər.
Rəşad (“Futbol+” qəzeti)

4 thoughts on “"Yaşıl Armada" Superkuboku Lənkərana aparacağına inanır”

  1. Axşamınız xeyir, Doktor! Müsahibə yaxşı təsir bağışlayır. Ona görəki, komandamızın ayrı-ayrı futbolçularının verdiyi açıqlamalardan aydın olur ki,ümümi komanda üzvləri yalnız kuboku Lənkərana gətirməyə köklənib. Toşakdan tutmuş kapitan Rahidə kimi hər biri ümidverici danışır. Oxuyandan sonra bir xeyli sakitləşdim.
    *****
    “Xəzər Lənkəran” iştirakçısı olduğu ilk Superkuboku qazanacaq. Necə ki, ilk ölkə kubokunun finalında qalib olmuşdu və necə ki, ilk dəfə “Birlik Kuboku”nun finalından qalib ayrılmışdı. İnşallah bu dəfə də belə olacaq!

  2. Ramin Musayev .komandalara ziyafət verəcək .Birdən futbolçularımızın yeməyinə nəsə qatarlar ,Ramindən nə desən gözləmək olar ,Çox şübhəlidir ,
    *****
    Şübhəlidir də sözdür?

Comments are closed.